Görkəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı



Yüklə 164,73 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix29.11.2022
ölçüsü164,73 Kb.
#120131
  1   2   3   4   5   6   7
D pdf kurs other



Mündəricat
Giriş......................................................................................................3
I Fəsil....................................................................................................7
II Fəsil...................................................................................................23
Nəticə....................................................................................................25
İstifadə edilmiş ədəbiyyat.....................................................................26
2


Giriş
Görkəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı
ilə yanaşan, özü bu dildə ölməz sənət əsərləri yaradan Şah İsmayıl Xətai xidmətləri
olan nadir şəxsiyyətlərdəndir. Xalqımızın inkişafının ən mühüm mərhələlərindən
biri onun adı ilə bağlıdır. Xətai doğma zəminə möhkəm bağlı olan bir adam kimi
ozan-aşıq sənətinə rəğbətlə yanaşmış, klassik şeir formaları ilə yanaşı xalq şeirinin
müxtəlif şəkillərində dillər əzbəri ola biləcək əsərlər yaratmışdır. Bir yandan yazılı
ədəbiyyatın, başqa bir yandan xalq yaradıcılığının zəngin ənənələrindən bəhrələnən
bu sərkərdə şair ədəbi fəaliyyətində məzmunla formanı həmişə vəhdətdə götürmüş,
hər formadan, janrdan, vəzndən yerinə görə istifadə etmişdir. Sadəlik, aydınlıq,
səmimilik, həyata, onun tələblərinə dərindən bağlılıq mənəvi aləmin, aydın
məfkurənin, sabaha dərin inamın, hər cür şərə odlu nifrətin parlaq ifadəsidir.
Şah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf
etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruzla, həm
də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan
nümunə, örnək ola bilən əsərlərilə ədəbiyyatımızı zənginləşdirmişdir. Onun
səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi
meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu
poeziya gah qılıncla bərabər döyüş meydanına getmiş, gah müdrik el ağsaqqalının,
təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu
bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa
məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya
hər şeydən öncə, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu
poeziya qəbul etmir.
Xətainin heca vəznində, xalq şeiri formalarında yazdığı əsərlər yeni bir
istiqamətin başlanğıcı olmuş, bu meylin get-gedə güclənib aparıcı mövqe
qazanmasına gətirib çıxarmışdır.(9,5)
Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq danışıq dili əsasında
zənginləşməsində Xətai yaradıcılığı xüsusi mövqeyə malikdir. Xətainin ədəbi-bədii
3


yaradıcılığına dair həm xaricdə, həm vətənimizdə bir çox tədqiqat işi yazılmışsa da
şairin əsərlərinin dil xüsusiyyətləri monoqrafik planda geniş tədqiq edilməmişdir.
XVI əsrin birinci yarısında Azərbaycanda Səfəvilər xanədanı adi ilə qüdrətli
dövlət quran Şah İsmayıl Xətai dövlət xadimi olmaqla yanaşı, eyni zamanda,
doğma ana dilinin bütün incəliklərinə bələd olan sənətkar bir şair kimi də şöhrət
qazanmışdır.
Xalqının şərəfini, şöhrətini, milli iftixarını qoruyan, ədəbiyyat xəzinəsini
ölməz əsərləri ilə zənginləşdirən şairi, Azərbaycan ədəbi dilinin inkişafı,
təkmilləşməsi və səlisləşməsi işində böyük rol oynamış,bu dilin keyfiyyətcə
yüksəlməsinə çalışmışdır. Xətai istedadlı bir sənətkar kimi başa düşürdü ki, doğma
dilini bilməyən, həmin dilə əhəmiyyət verməyən, onun inkişafına çalışmayan bir
sənətkar həqiqi sənətkar ola bilməz. Bu səbəbdəndir ki, onun dili ümumxalq
Azərbaycan dili ilə qırılmaz surətdə bağlı olmuşdur. O, bacarığı və fəaliyyəti
sayəsində Azərbaycan ədəbi dilinin şeir üslubunu, öz dövrünə görə görünməmiş bir
yüksəkliyə qaldırmış və doğma ana dilində ölməz əsərlər yaratmışdır. Nəhayət, bu
dildə, Azərbaycan ədəbiyyatında ilk məsnəvilərdən olan “Dəhnamə” poemasını
yazmışdır.
Azərbaycan, fars və ərəb dillərində şeir yazmaq qabiliyyətinə malik olan
Xətai əsərlərinin əksəriyyətini doğma ana dilində yaradaraq öz dövrünün
ədəbiyyatına töhfələr vermişdir. (2,3-6)
Ş.İ.Xətainin Azərbaycan dilinin tarixində oynadığı rolu, Azərbaycan
dövlətçiliyinin tarixində oynadığı rol gücündədir, bəlkə də, ondan artıqdır-
hökmdar-dövlət xadimi kimi Azərbaycan dilinə imkan daxilində böyük rəsmi
səlahiyyətlər vermiş şair-sənətkar kimi Azərbaycan dilində gözəl əsərlər
yaratmışdır. Ş.İ.Xətainin yaradıcılığı zəngindir; eyni zamanda, bu, kəmiyyətdən
çox, keyfiyyət zənginliyidir; şair həm klassik üslubda, həm də folklor üslubunda
yazıb yaratmışdır. Qəzəlləri, qəsidələri, rübailəri, məsnəviləri və s. klassik üslubda,
qoşmaları, gəraylıları, bayatıları və s. folklor üslubundadır. Mərhələnin tarixi
keyfiyyətinə uyğun olaraq, Ş.İ.Xətainin klassik üslubdakı yaradıcılığı, folklor
4


üslubundakı yaradıcılığından daha həcmli və keyfiyyətcə daha yüksəkdir. Bununla
belə, şair ilk dəfə olaraq şifahi xalq ədəbiyyatı janrlarına davamlı şəkildə müraciət
etmiş və xalq şerinə klassik mövqeyi qazandırmışdır. 
Ş.İ.Xətainin klassik janrlardakı əsərlərinin dili klassik üslubun kamil dövrü
üçün səciyyəvi olan mükəmməlliyə malikdir-tədqiqatlar göstərir ki, Ş.İ.Xətaidə
qoşma poetikası, qəzəl poetikasından qidalanırdı; şübhəsiz, qoşma standartlarının
bilavasitə xalqdan gələn cəhətləri əsas idi; lakin şairin bədii təfəkküründə qoşma,
həmişə qəzələ tabe idi ki, başqa sözlə, Ş.İ.Xətainin bədii siması qəzəldə görünürdü,
qoşma ümumən dövrün ədəbi-bədii təfəkkür kontekstində fakültativ hadisə idi.
(5,234-235)
Həm klassik poeziya, həm də xalq şeiri janrlarında yazmaq Xətai dilinin əsas
üslubi keyfiyyətlərindəndir. Klassik yanırlar, onun leksikonunu zənginləşdirir,
dolğunlaşdırır, aşıq dili çərçivəsindən çıxarır, folklor janrları isə bu dili kütləvi və
anlaşıqlı şəklə salır. Aydınlıq fərdi üslubi bir kateqoriya kimi Xətai dilinin
mahiyyəti, baş çalarıdır. Onun başlıca ideya silahı şiəlik təriqətinin təbliği idi.
Təbliğatın dili aydın, ona qulaq asanların anlayacağı tərzdə olmalıdır. Zamanında
Kərbəla müsibətindən danışan “Şühədanamə”nin sadə dillə tərcüməsi də Şah
İsmayılın şiəlik təbliğatı ilə bağlı idi. Xətainin qarşısında belə aydın bədii nitqin
nümunəsi var idi: xalq poeziyasının dili; Qurbanin dili; Miskin Abdalın dili. Xətai
həmin dilə müraciət edir və onun bədiiliyinə publisist qayə aşılayır. Xətai öyüd,
nəsihət veririr və rəhbərə, dövlət başçısına qulaq asmağa çağırır. Təbliğat uğurları,
siyasi kəsəri ana dilinə dövlət qayğısını artırır. Dövlətin əsas əhalisi türk kütləsi
olduğundan türk dili diqqət mərkəzinə qaldırılır. Qısa müddətdə qazandığı böyük
uğurlarda – ölkənin birləşdirilməsində bədii sözün bu aydın və kəsərli nüfuzu
Xətaiyə az kömək etmir. Xalq şeiri janrlarındakı dilin kütləviləşməsi, sevilməsi
uğur gətirməsi şairi aludə edir və klassik janrlardakı dilində də o ölçüdən
uzaqlaşmamağa çalışır. Xətainin dilində üslubi ikiləşmə bir nəfəsin hərarəti ilə
birləşir.
5


Xətai dilində işlənən onlarla obraz və ifadələr, aşıq poeziyasının ənənəvi
nümunələridir. Onun dili atalar sözü və məsəllərin işlənməsi cəhətdən də bir
danışıq aktını xatırladır: hikmətli sözlər handan-hana gəlmir, onların yeri o qədər
sıxdı ki, elə bir nəsihətamiz söhbətə qulaq asırsan. Xətainin dilindəki milli sözlərin
müəyyən qismi XVI əsrin sonuna doğru arxaikləşir. Bu leksikonun, həm klassik,
həm də xalq şeri janrlarında işlənməsi göstərir. Təqlidi sözlər klassik
şairlərimizdən heç kəsdə olmadığı qədər Xətai dili üçün səciyyəvidir. Bu da bədii
dilinin xəlqiliyi və konkretliyi ilə bağlıdır. Beləliklə, Xətai, dövlət xadimi kimi
Azərbaycan dili üçün yaratdığı tarixi-siyasi şəraiti bir şair kimi öz yaradıcılıq
təcrübəsində gerçəkləşdirir.(3,281-286)
Ş.İ.Xətai dilində ismi söz birləşmələrinə də yer verilmişdir. İki və daha artıq
müstəqil sözün sintaktik üsulları əsasında birləşməsindən əmələ gələn söz
birləşmələri bir sintaktik vahid kimi dilimizin bütün dövrləri baxımından
səciyyəvidir. Yazılı abidələrimizin dilində rast gəlinən ismi və feli birləşmə
modelləri, eləcədə təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr əsasən
müasir ədəbi dilimizdəki kimidir. Burada fərqli cəhət müasir ədəbi dilimiz üçün
arxaik olan fars və ərəb izafətlərində özünü göstərir. 
Müasir dilimizdəki təyini söz birləşmələrinin hər üç növü haqqında yaxşı
elmi-tədqiqat işləri yazılmışdır. Hər üç növ təyini söz birləşməsinin quruluşu,
tipləri, məna xüsusiyyətləri, vəzifəsi tədqiq olunmuş və müəyyən nəticələr əldə
olunmuşdur. Əlbəttə, mövcud xüsusiyyətlərini tarixi aspektdə tədqiqi göstərir ki,
belə birləşmələrin əmələ gəlmə üsul və qaydaları ilə müasir dil arasında o qədər də
ciddi fərq yoxdur. Qanunauyğun inkişaf prosesi, onların bütün sahələrdə öz
ifadəsini tapmışdır. Lakin buna baxmayaraq təyini söz birləşmələrinin, bəzən şəkil
cəhətdən oxşarlığı, mənaca birinin digərinin yerində işlənməsi halları da olmuşdur.
Zaman keçdikcə belə oxşarlıq itmiş, şəkilçilərin yerində işlənməsi, dəqiq şəkil
alması həmin birləşmələrin məna dəqiqliyinə səbəb olmuşdur. Məhz belə bir
dəqiqlik, onların keyfiyyətinə müsbət təsir göstərmişdir. 
6


İsmi birləşmələri üç növə ayrılır: I növ təyini söz birləşməsi, II növ təyini
söz birləşməsi, III növ təyini söz birləşməsi. (10,367)
I Fəsil
Təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələrinin yaranmasında heç bir morfoloji
göstəricisi iştirak etmir, tərəfləri arasında yanaşma əlaqəsi olur, əsas tərəfi isim və
isimləşə bilən sözlərlə, aslı tərəfi isə atributiv isim, sifət, say, əvəzlik və feli sifətlə
ifadə olunur. Digər tərəfdən, I növ təyini söz birləşmələrində asılı tərəf əsas tərəfi
izah edir, həm də cümlə daxilində təyin vəzifəsində çıxış edir. Əsas tərəfi isə daha
çox mübtəda, xəbər və tamamlıq olur. 
Xətai dilində də rast gəlinən I növ təyini söz birləşmələrini aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Hər iki tərəfi isimlə ifadə olunanlar:
Eşqin nədir cahanda sənin ey pəri sifət 
Heyrandurur fələkdə gəzən mahtab ana. (9,34)
Yüzinə qarşı ğönçə gül dügiçün
Şəhər ağzına çalmış qan oturmuş. (9,112)
Gül yüzini yad edəndə, ey pərirux, ğönçə ləb,
Od çıxar susən təki hər dəm zəbanımdan mənim. (9,134)
2. Birinci tərəfi sifət, ikinci tərəfi isimlə ifadə olunanlar:

Yüklə 164,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin