Simli alətlər üç qrupa bölünürlər. B u qruplardır: Simli, barmaqla çalınan və yaylı



Yüklə 238,58 Kb.
səhifə1/4
tarix05.01.2022
ölçüsü238,58 Kb.
#111881
  1   2   3   4

Gürcü xalq musiqi alətləri müxtəlifdir. Hər bir alətin özünün yaranma və yayılma tarixi vardır. Gürcü xalqı musiqini çox sevir. Onlar yasda və şadlıqda, iş zamanı və ya istirahət edərkən mahnı oxuyurlar. Buna görə də Gürcüstanın bütün bölgələri gürcü musiqi alətləri ilə zəngindir. Burada həm zərb və eləcə də simli, nəfəsli və klavişli alətlərə rast gəlmək olar.


Simli alətlər

Simli alətlər üç qrupa bölünürlər. B u qruplardır:



Simli, barmaqla çalınan və yaylı alətlər. Simli alətlərə panduri və çonquri aiddir.

Pandurinin üç simi var. Ona Gürcüstanın bütün bölgələrində rast gəlmək olar. Panduridə qəhrəmanlıq, zarafat və sevgi mahnılarını ifa edirlər. Panduri musiqisinə rəqslər də ifa edirlər. Bu zaman panduriyə uyğun olaraq tamaşaçılar ritmik əl çalırlar. Belə bir rəqs və musiqini “taşpandura” (əlçalma və panduri) adlandırırlar. Panduri gürcü xalqı üçün çox sevimli alətdir. Qədimlərdə Gürcüstanda elə bir gürcü ailəsi yox idi , hansında panduri olmayaydı.

Çonqurinin isə panduridən fərqli olaraq dörd, bəzən də beş simi vardır. O, əsasən Qərbi Gürcüstanda yayılmışdır. Çonquri və panduridə əsasən qadınlar ifa edirlər, xüsusilə də iş zamanı. Onlar mahnı oxuyur və xoş musiqi ilə başqalarını da əyləndirirdilər. Çonqurinin hazırlanmasına ən azı üç gün lazımdır. Onun mərkəzi hissəsi mütləq küknar ağacından hazırlanmalıdır ki, çonqurinin səsi cingiltili və təmiz olsun.

Q ədim gürcü barmaqla çalınan üçsimli alət çanqidir. Çanqi əsasən Svanetidə yayılmışdır. Çanqi xarici görünüşünə görə oxa çox bənzəyir, onun üzərinə simlər bərkidilmişdir. Çanqini iynəyarpaqlı ağaclardan hazırlayırlar, xüsusilə də şam ağacından hazırlanmış çanqi məşhurdur. Çanqini Svanetidə kədər və dərd aləti də adlandırırlar. Svanların onun yaranması haqqında əfsanələri də vardır. Əfsanəyə əsasən, çanqini gənc oğlu ölmüş bir qoca kişi hazırlamışdır. Çanqinin qulpu onun oğlunun qoludur, simləri isə - barmaqlarıdır. Çanqinin cingiltili səsi qocanın göz yaşlarıdır – svan əfsanəsi belə nəql edir...

Çanqidən başqa, Svanetidə daha bir simli alət saxlanılmışdır. Onu Çuniri adlandırırlar. O, simli alətdir. Onun ortası dairəvidir, qulpuna simlər bərkidilmişdir. Alətdə simlərin vasitəsilə ifa edirlər. Çunirinin təmiz və cingiltili səsi var. Onu svanlar tez-tez havanı əvvəlcədən ö yrənmək üçün istifadə edirlər. Əgər yağışlı hava gözlənilirsə, o zaman çunirinin səsi təmiz olmur və sakit çıxır. Çuniridə svanlar əsasən qəmli mahnılar oxuyurlar. Çanqiyə bənzər olaraq onu da kədərli alət hesab edirlər.


Yüklə 238,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin