Simli alətlər üç qrupa bölünürlər. B u qruplardır: Simli, barmaqla çalınan və yaylı



Yüklə 238,58 Kb.
səhifə2/4
tarix05.01.2022
ölçüsü238,58 Kb.
#111881
1   2   3   4
Nəfəsli alətlər

Salamuri cingiltili səsli nəfəs alətidir. O, Kartlidə, Kaxetidə, Mesxetidə, Tuşeti və Pşavidə yayılmışdır. Alimlər qədim şəhərlərdə qazıntılar apardıqda Qərbi Gürcüstanda da salamuri tapmışlar. Bu salamuri xüsusilə bahalı idi, çünki onu hazırlamaq üçün qu quşunun sümüyündən istifadə edilmişdir. Hal-hazırda salamurini ərik ağacından və ya qamışdan hazırlayırlar. Ərik ağacından dilsiz salamuri hazırlanır, qamışdan isə - dilli. Balaca, nazik taxta lövhəni salamurinin dili adlandırırlar. O, salamurinin boğazında yerləşmişdir. Dilli salamuri daha kiçikdir və o, daha çox səs çıxarır. Dilli salamurinin hazırlanması daha mürəkkəbdir, nəinki dilsiz. Salamuri çobanların sevimli alətidir. Bu gün də musiqi qruplarında salamuridə musiqi alətləri ilə birlikdə tez-tez ifadə edirlər.

Salamuriyə oxşar olaraq düdük də nəfəsli alətdir. Amma salamuridən fərqli olaraq, yalnız bir simləri deyil, qapağı və səs tənzimləyicisi var. Düdüyün yaranmasına haqqında mübahisə uzun zamandır var və bu gündə həllini tapmışdır. Bəzi alimlər hesab edirlər ki, düdük şərq alətidir, bəziləri də hesab edirlər ki, qədim gürcü xalq alətidir. Bu alətin meydana gəlməsi haqqında mübahisə ona görə aparılır ki, onun səsi zurnanın səsinə bənzəyir. O, həqiqətən də şərq alətidir. Bunun haqqında gürcü yazıçısı Mixeil Adamaşvili yazırdı: “Camaat düdük və zurnanı bir-biri ilə səhv salır. Bu sonuncu həqiqətən də buraların deyil. Bir çox ölkə gəzmişəm, amma heç bir yerdə bu aləti görməmişəm. Z urna isə hər yerdə var idi”. Düdüyün müşayiəti ilə ifa edilmiş mahnılar çox kədərlidir, düdüyün də çox kədərli və zərif səsi var. Acarıstanda düdüyə bənzər musiqi aləti var, onu pilil adlandırırlar. Onun da düdüyə oxşar olaraq gövdəsi və qapağı var. Pilil Acarıstanda nağa-ranın müşayiəti ilə ifa olunur.

N əfəsli alət kimi qudastviri xüsusilə məşhurdur. O, Gürcüstanın müxtəlif guşələrində yayılmışdır. Raçada onu ştviri çağırırlar, Acarıstanda – çibon, Mesxetidə tulum, Kartli və Pşavidə isə - stviri. Qudastviri iki əsas hissədən ibarətdir: dəridən və buynuzdan. Dəri qoyunun dərisindən hazırlanır. Buynuz və dərini bir-biri ilə qamış boru əlaqələndirir. Qudastviri ilə rəqs mahnıları ifa edilir. Tez-tez onu nağara səsi də müşaiət edir. Qudastvirinin ifaçılarını mestvire adlandırırlar. Əvvəllər raçveli mestvirelelilər bütün Gürcüstanda məşhur idilər. Onları səyyar musiqiçilər də adlandırırdılar. Onların şənliklərə və toylara gəlişinə hamı sevinirdi.

N əfəs alətlərindən xüsusilə gürcü çoxlu simləri olan salamuri maraqlıdır. Onu Sameqreloda larçemi adlan-dırırlar, Quriyada isə soinari. O, altı, müxtəlif uzunluğu olan millərdən ibarətdir. Quriyanın soinarisi daha balacadır, nəinki meqrel larçemi, başqa tərəfdən onların arasında fərq yoxdur. Çoxlu simləri olan salamuri əsasən çobanın həyatı ilə əlaqədardır, necə ki adi salamuri. Sonralar onu toylarda və şənliklərdə də istifadə edirdilər. Bu gün isə bu alətdə xalq musiqi qrupları çox tez-tez ifa edirlər. Alətin borularını ifadan yarım saat öncə su ilə doldururlar ki, səsləri daha təmiz olsun.


Yüklə 238,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin