Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə15/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   176

FİTRƏTİN MƏ᾽NASI


Qur᾽ani-kərimdə «fətərə» kəlməsi dəfələrlə istifadə olunmuşdur.

(«Fətərəhunnə», «fatirus-səmavati», «izəs-səmaun fətərət» və s.)

Bu kəlmə bütün yerlərdə yaradılış (misli olmayan yaradılış) və xəlq etmək mə᾽nasını daşıyır. Amma bu kəlmə «fi᾽lət» vəznində olanda yalnız insan və din barəsində işlədilmişdir. Ərəb ədəbiyyatında kəlmənin «fi᾽lət» şəklində işlədilməsi, onun hər hansı bir növ mə᾽nasına dəlalət etməsini bildirir. Məsələn, oturmaq mə᾽nasını bildirən «cilsət» kəlməsi bu şəkildə işlənərsə, xüsusi bir oturuş tərzi mə᾽nasını bildirəcəkdir. Bu qrammatik qaydaya əsasən, «fitrətəllah» kəlməsi xüsusi yaradılış forması mə᾽nasını daşıyacaqdır. Bununla demək istəyir ki, biz insanı xüsusi bir yaradılış tərzilə xəlq etmişik.

Qeyd etdiyimiz kimi, «fitrət» «ibtidai yaradılış» mə᾽nasını daşıyır. İnsan gördüyü işləri təbiətdən götürür. Belə ki, əvvəl təbiət mövcud olmuş, sonra isə insan onu özünə örnək tutaraq müxtəlif lazımi vəsaitlər düzəltmişdir. Amma Allah-taalanın gördüyü işlər təqlidetmə və örnək götürmə üslubu ilə deyildir. Ona görə də Qur᾽anda fitrət kəlməsi örnək əsasında olmayan, ibtidai yaradılış mə᾽nasını daşıyır.

İbni Abbas demişdir: Mən Qur᾽ani-kərimdə işlədilən fitrət kəlməsinin mə᾽nasını iki qəbilədən olan ərəblə qarşılaşdıqdan sonra başa düşdüm. Bu iki ərəbin quyu üstündə ixtilafları varmış. Ərəblərdən biri o birisinə «ənə fətərtuha», yə᾽ni «onu birinci mən düzəltmişəm» sözlərini deyirmiş. Müşahidə etdiyimiz kimi, ərəblər quyu üzərində olan malikiyyətini və quyunu birinci qazdığını bildirmək üçün «fətərə» kəlməsindən istifadə etmişlər. Bu kəlmə ayrı yerlərdə də «ibtidaiyyət» mə᾽nasını daşıyır.

Fitrət kəlməsini araşdırdıqdan sonra belə bir nəticə əldə olunur.

1. İnsan yaradılışı sabiqəsi olmayan bir xilqətdir;

2. Bu yeni məxluqda qabaqca yaradılmış varlıqlarda olmayan xüsusiyyətlər vardır.

Bu yeni xəlq edilmiş varlığı (insanı) başqa varlıqlardan ayıran hansı xüsusiyyətlərdir? Məxluqatın saysız-hesabsız xüsusiyyətləri vardır, amma onlardan yalnız üçünün bəhs etmək istədiyimiz mövzuya bağlılığı vardır:

1. Təbiət;

2. İnstinkt;

3. Fitrət;

İndi isə bu elmi terminləri müxtəsər şəkildə araşdıraq. Yeri gəlmişkən fitrət məfhumunu digər oxşar terminlərlə müqayisə edərək onun həqiqi mə᾽nasını daha da aydınlaşdıraq.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin