Günah lüğət elmində


-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ



Yüklə 8,29 Mb.
səhifə57/66
tarix05.03.2018
ölçüsü8,29 Mb.
#44155
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ


“Bəqərə” surəsinin 37-ci ayəsində buyurulur:

فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

Adəm (tərki-övladan, qadağan olunmuş ağaca yaxınlaşdıqdan sonra) öz Rəbbindən müəyyən kəlmələr öyrəndi, onların vasitəsilə tövbə qıldı və Allah onun tövbəsini qəbul etdi. Allah tövbələri qəbul edən və mərhəmətlidir!”

Allahın Adəmə (ə) tövbə üçün öyrətdiyi “kəlmələr”in nədən ibarət olması ilə bağlı təfsirçilər arasında müxtəlif rə’ylər var. Bə’zi təfsirçilərin əqidəsinə görə, bu kəlmələr “Ə’raf” surəsinin 23-cü ayəsindəkilərdir: “(Adəm Həvva) dedilər: “İlahi! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan bizə rəhm etməsən, mütləq ziyankarlardan olarıq.”

Bə’zilərin nəzərincə, bunlar dualar, raz-niyazlar, o cümlədən, balığın qarnında həbs edilən Yunis peyğəmbərin duasından ibarətdir: Ey mənim Rəbbim! Həqiqətən, mən özümə zülm etdim, məni bağışla. Çünki Sən bağışlayanların ən yaxşısısan!...”

Lakin Peyğəmbəri-əkrəm (s)-dən, yaxud səhabələrdən nəql olunan müxtəlif rəvayətlərdə bu “kəlmələr”in Allah-taalanın Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseynin (ə) haqqına and verilməsi kimi şərhləri gözə dəyir.

Süyuti Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Mən Peyğəmbəri-əkrəmdən (s) soruşdum: Adəm peyğəmbərin Allahdan öyrəndiyi və onun vasitəsilə tövbə etdiyi “kəlmələr” nə idi? Peyğəmbər (s) buyurdu: O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseynin haqqına and verərək tövbə etdi Allah da onun tövbəsini qəbul etdi.”1

Yenə orada imam Əlidən (ə) belə nəql olunur: “Mən Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum, Həzrət buyurdu: “...Allah Adəmə öyrətdi ki, belə desin:

اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَاَغْفِرْلِى اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحِيمُ، اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، سُبْحانَكَ لا اِلهَ اِلاّ اَنْتَ عَمِلْتُ سُوءً وَظَلَمْتُ نَفْسِى فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوّابُ الرَّحِيمُ فَهؤُلاءِ الْكَلِماتُ الَّتِى تَلَقَّى آدَمُ:

İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm. Sən pak və münəzzəhsən, Səndən başqa heç bir mə’bud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, məni bağışla. Həqiqətən, Sən bağışlayan və mərhəmətlisən. İlahi! Mən Səni Məhəmməd və ali-Məhəmmədin haqqına and verirəm, Sən pak və münəzzəhsən, Səndən başqa heç bir mə’bud yoxdur. Mən pis iş görüb özümə zülm etdim, mənim tövbəmi qəbul et. Həqiqətən, Sən tövbələri qəbul edən və mərhəmətlisən.” Adəmin Allahdan öyrəndiyi “kəlmələr” bunlardan ibarət idi!”2

Bu rəvayətdən açıq-aydın başa düşülür ki, bu üç təfsir arasında ziddiyyət yoxdur. Ola bilər ki, onların hər biri Adəm peyğəmbərə öyrədilmişdir. Adəm də onların həqiqətini, dolğun mə’na və batinini duymaqla onda kamil ruhi dəyişiklik baş vermiş, Allah-taalanın lütf və mərhəmətini qazanmışdır.

İbn Məğazili “Mənaqib” kitabında Səid ibn Cübeyrin İbn Abbasdan belə nəql etdiyini yazır: “Peyğəmbəri-əkrəmdən (s) Adəmin Allah-taaladan öyrəndiyi “kəlmələr” barəsində soruşulduqda, Həzrət buyurdu:



سَئَلَهُ بِحَقِّ مُحَمَّدٍ وَعَلِىٍّ وَ فاطِمَةَ وَالْحَسَنِ وَالْحُسَيْنِ اِلاّ ما تُبْتَ عَلَىَّ فَتابَ عَلَيْهِ:

O, Allahı Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verərək tövbəsinin qəbul olunmasını istədi və Allah da onun tövbəsini qəbul etdi.”1

Əllamə Qunduzi “Yənabiul-məvəddət”, Beyhəqi “Dəlailun-nubuvvət”, Bədəxşi “Miftahun-nəcah”, Abdullah Şafei “Mənaqib” kitablarında da bu hədisi nəql etmişlər.2 Əksər kitablarda bu hədisin sonu İbn Abbasa gedib çıxsa da, onun ravisi təkcə o deyil. Çünki “Əd-durrul-mənsur”da Deyləminin “Müsnədül-firdovs” kitabından nəql edilən bu hədisin sənədi imam Əliyə (ə) yetişir. Əli (ə) buyurur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayə (“kəlmələr”in nəyə işarə olunduğu) haqda soruşdum... Həzrət (s) buyurdu: Allah-taala Adəmə tövbəsinin qəbul olunması üçün Məhəmməd ali-Məhəmmədin haqqını and verməyi öyrətdi.”3

Bu haqda həm şiə, həm də əhli-sünnə mənbələrində imam Sadiqdən (ə) də müxtəlif sənədli rəvayətlər nəql olunmuşdur.

Əhli-beytin (ə) fəzilətlərini bəyan edən bu hədislərin üstündən gözüyumulu keçmək olmaz. Adəm peyğəmbərin tövbə etməsi və bağışlanması üçün Allah tərəfindən əmr olunur ki, Allahı Məhəmməd (s) və ali-Məhəmmədin (ə) haqqına and versin! Bu məqam Əhli-beytdən (ə) başqa kimsəyə aid olmayan, məhz onlara məxsus çox böyük məqamdır. Belə bir şəraitdə, imamət və xilafət məqamına onlardan başqasını layiq bilmək olarmı?! Bu fəzilətlər göstərir ki, imamət və vilayət Peyğəmbərin (s) sülaləsi və Əhli-beytində qiyamət gününə qədər davam edəcək və bu təəccüblü deyil!

***


Yüklə 8,29 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin