Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə119/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   115   116   117   118   119   120   121   122   ...   163

VALİLƏR VƏ SƏRKƏRDƏLƏR


Əbu Bəkrin hökmranlığının məziyyətlərindən biri budur ki, onun hakimiyyəti dövründə Bəni-Üməyyə tayfasından çox az adam vali, yaxud ordu sərkərdəliyinə seçilmişdir. Ömər ibn Xəttabın hakimiyyətində hökumət ən çox əməvilərin əlində dolanırdı. Osman ibn Əfvanın dövründə isə hər bir şeyə hakim kəsilən yalnız Bəni-Üməyyə tayfası idi. Lakin hər üç hökmranın dövründə Ömərin imam Əlini (ə) üç dəfə Mədinədə öz yerində nümayəndə qoyduğundan başqa haşimilərdən heç kimi bir vəzifəyə tə`yin etmədi, özü isə səfərə getdi5:

1. “Beytül-Müqəddəs”ə getdiyi zaman.6

2. “Qadisiyyə” və “Cəsr” müharibələrində orduları hazırlayan zaman.7

3. Şama gedən zaman.8

Salman Farsi imam Əli (ə)-ın məsləhəti ilə az müəyyən bir müddət ərzində ikinci xəlifə tərəfindən Mədayinin9, Əmmar isə Kufənin valiliyinə10 seçildi. Bərra ibn Azib (imam Əli (ə)-ın yaxın səhabəsi) ordu sərkərdəsi tə`yin edildi və o, Qəzvin şəhərini fəth edərək, oranın əhalisi ilə sülh müqaviləsi bağladı.1 Bir vaxtlar da Lsman ibn Hənif Kufənin vergilər üzrə məs`ul vəzifəsini öz öhdəsinə götürdü.2

Bunlardan başqa ikinci xəlifənin valiləri aşağıdakılardan ibarətdir:

Şam: Müaviyə, Misir: Əmr ibn As, Bəhreyn: Müğeyrət ibn Şö`bə və Əbu Hüreyrə Düveysi, Bəsr: Əbu Musa Əş`əri və Müğeyrət ibn Şö`bə, Kufə: Sə`d ibn Əbi Vəqqas və Müğeyrət ibn Şö`bə.

Onların hər birinin tərcümeyi-halı haqda mütaliə etmək xüsusi bir kitab tələb etdiyindən, biz burada onların içərisindən yalnız Müğeyrət ibn Şö`bənin həyatı ilə bağlı qısa anlayış vermək istəyirik. Hər şeydən öncə adıçəkilənlərin valiliyə seçilməsinə diqqət yetirilməlidir ki, xəlifənin e`tiqadına görə bu vəzifənin onlara həvalə edilməsində işlərin idarəsində onların dindarlığı və dini qayda-qanunlara iltizamlılıqları deyil, yalnız qüdrətli olmalarıdır. Buna əsasən, burada layiqli iş Müaviyənin Şama, Əmr ibn Asın isə Misrə vali seçilməsidir. Halbuki Müaviyə elə kəslərdən idi ki, Peyğəmbəri-Əkrəm (s)-in adını çəkməyi çərxi-fələyin səhifəsindən silmək üçün and içmişdi3 və ölünə qədər də şərab içirdi.4 Əmr ibn As isə İslamı qəbul etməzdən öncə yetmiş beyt şe`rlə Peyğəmbəri-Əkrəm (s)-ə nalayiq sözlər deyir və o həzrəti lə`nələtləyirdi. Əbu Hüreyrəyə gəldikdə də, o, səhabələr arasında yalan danışmaq və fırıldaqlıqla tanınırdı.5



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin