2. HƏSƏD, ƏDAVƏT VƏ KİN-KÜDURƏTDƏN AMANDA QALMAQ
Bu amil Əlinin (ə) tək-tənha qalmasında o qədər tə`sirli idi ki, əhli-sünnə alimlərindən biri bu məsələ ilə bağlı belə yazır:
“Mən ustadımdan soruşdum: “Əlinin tərcümeyi-halına çox təəccüb edirəm: bu müddət ərzində Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra, Qüreyşin ona bu qədər ədavət və kin-küdurətbəsləməsi ilə belə necə sağ qaldı?”
Ustadım dedi: “Əgər o, özünü o qədər kiçiltməsəydi və sükut etməsəydi, şübhəsiz, öldürülərdi. Bu isə onu yadlardan çıxarıb, ibadət, namaz və Qur`an oxumağa məşğul etdi, öz ilkin məramından ayrıldı, qılıncını unutdu və rahib kimi dağlarda dolandı. O, dövrün hakim dairəsinə qarşı çıxmadığı, onların müqabilində sükut etdiyi üçün onu azad buraxdılar. Əgər belə etməsəydi, onu qətlə yetirərdilər. Necə ki, Xalid ibn Vəlidin vasitəsilə onu öldürmək istəyirdilər.”1
Bu əhli-sünnə tədqiqatçısı başqa bir yerdə isə belə yazır:
“Əli ibn Əbi Talib xilafət kürsüsündə əyləşdiyi gün İslam Peyğəmbərinin (s) vəfatından iyirmi beş il keçirdi. Bu müddət ərzində ədavət və kin-küdurətlərin yaddaşlardan silindiyi təsəvvür olunurdu. Lakin bu təsəvvürün əksinə olaraq Əlinin müxaliflərinin ruhiyyəsi dəyişilməmişdi, ona qarşı Peyğəmbərin həyatı və ondan sonrakı dövründən qalan ədavət və kin-küdurətlər azalmamışdı. Hətta İslam meydanında qanlı hadisələri, Əlinin “Bədr”, “Ühüd” və sair müharibələrdəki qəhrəmanlıqlarını müşahidə etməyən Qüreyş cavanları və yeniyetmələri belə, öz ata-babaları ürəklərində qarşı qatı kin və kimi ona ədavət bəsləyirdilər”2
Dostları ilə paylaş: |