İLK ADDIMLAR
Ömər ibn Xəttabın xilafətinin başlanğıcında ilk addımları birinci xəlifə tərəfindən təyin olunan valiləri və sərkərdələri kənarlaşdırmaq oldu. O, şəxslər Xalid ibn Vəlid, Ənəs ibn Malik, Şərhəbil bin Həsənə, Müsənna bin Harisə və başqaları idi.
Xalid bin Vəlidin kənarlaşdırılması: Xalid bin Vəlidin Əbu Bəkrin xilafəti dövründə axırıncı vəzifəsi Şam ordusunun sərkərdəliyi idi. O, çox inadkar bir şəxs idi və xəlifənin himayəsi ilə ürəyi nə istəsə idi onuda edirdi. O, nə Əbu Bəkrdən, nədə Ömərdən qorxurdu. Buna baxmayaraq o həmişə Əbu Bəkrə tərəfdarlıq edirdi və Ömərlə rəqabət aparırdı. Ömər xilafətinin əvvəl günündə onu sərkərdəlikdən kənarlaşdırıb və onun yerinə müvəqqəti olaraq Əbu Ubeydə Cərrahı təyin etdi.1 Xalid öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra Əbu Bəkrin ölüm xəbərni eşitdi.2 O, həmişə hərbi yürüşlərdə iştirak edirdi. Nəhayət Hicrinin 21 çi ilində naməlum şəkildə öldü. Xalidin kənarlaşdırılmağı üçün neçə dəlil saymaq olar. O, dəlillərdən ən nəzərə çarpılan odur ki, Xalid ibn Vəlidin Əbu Bəkrin hakimiyyətinin möhkəmlənməsində və Ömərin hakimiyyətinin sabitləşməsində əvəz olunmaz xidməti olmuşdur. Amma biz məsələyə səthi yanaşsaq belə təsəvvür yaranırki, Ömər ibn Xəttab onu gərək tələsik surətdə vəzəfəsindən kənarlaşdırmayardı. Ancaq güman olunur onun vəzifəsindən kənarlaşdırılmasının ən mühüm səbəbi Ömərin onun gələcəkdə olan siyasi və nizami nüfuzundan qorxması idi. Çünki o nizami və siyasi işlərdə özünü daha ləyaqətli görürdü. Əldə olunmuş qələbələri öz müvəffəq siyasətinin nəticəsi bilirdi. Buna görədə özünü nizami və siyasi cəhətdən daha üstün və layiqli bilirdi. Ona görədə təvəqqösü var idi ki, o qələbələrin sayəsində böyük vəzifələrə yetişsin. Halbuki Ömərin etiqadına görə hökümətin təyin etdiyi adamlar gərək mərkəzi hökümətin güclənməsinə və sabitliyinə xidmət etsinlər və hec bir siyasi və nizami nüfuz tapmaqa çalışmasınlar. Xəlifə özü deyir: Mən o iki nəfəri (Xalid və Müsənna ibn Haris) öz xəta və günahlarına görə kənarlaşdırmadım, bəlkə ona görə kənarlaşdırdım ki, camaat onlara qarşı həddən çox təzim edirdi və qorxdum ki, onlara daha çox meyl etsinlər və layiqli şəxsdən üz döndərsinlər.3 Xaliddən sonra Əbu Ubeydə bir müddət sərkərdə oldu və bir müddətdən sonrada Şamın varisi oldu. Ancaq Əbu Ubeydə Valilikdən kənarlaşdırıldıqdan sonra (Hicrinin 18 çi ili) şübhəli şəkildə öldü. Xəlifə əvvəl Müaz ibn Cəbəli və o öləndən sonra Yezid ibn Əbu Süfyanı (Müaviyyənin qardaşı) onun yerinə Şama vali təyin etdi. Yezid qısa bir zamanda taun xəsdəliyindən öldü və Müaviyyə ibn Əbu Süfyan Ömər tərəfindən Şama vali təyin oldu.
Şərhəbil bin Həsənə: Əbu Bəkrin İraqda olan ikinçi sərkərdəsi. O, İraqı fəth edənlərdən və Həbəşəyə hicrət edən şəxslərdən idi.İordaniya torpağıda onun əli ilə fəth olmuşdur. Ömər onu məzhəbdən kənarlaşdırdı. Sonra onu və Bilalı Şamda öldürdülər və şaiə yayıldı ki, onlar vəba xəstəliyindən ölmüşdürlər.4
Ənəs bin Malik: O Əbu Bəkrin Bəhreyinə təyin etmış varisi idi. Ömər onun yerinə əvvəl Müğeyrət bin Şöbəni və sonra Əbu Hüreyrə Düveysini təyin etdi.5
Müsənna bin Harisə: O, Əbu Bəkrin İraqda üçünçü sərkərdəsi idi. Ömər onu kənarlaşdırıb yerinə Əbu Übeydə Səqəfini (Muxtarın atası) sərkərdə təyin etdi.6Müsənna müharibədə yaralanandan sonra şübhəli şəkildə öldü.
Dostları ilə paylaş: |