Günah lüğət elmində


فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا في انفسهم حرجا مما قضيت و يسلموا تسليما



Yüklə 2,71 Mb.
səhifə14/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   10   11   12   13   14   15   16   17   ...   163
فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا في انفسهم حرجا مما قضيت و يسلموا تسليما

“Amma belə deyildir (onların imanları yoxdur)! Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər”5 – eşitməmişdilərmi?!

Həqiqətdə əhli-sünnə təhqiqatçılarının orduda olanların bəzisinin itaətsizliyinin səbəbi haqqında açıq nəzərləri olduğu yerdə, belə bəhanələrə yer yoxdur. Bu bəhanələr məsələni həll etməməkdən əlavə, onu daha da mürəkkəbləşdirib, cavabsız saxlayırlar.

İbn Əbil Hədid yazır: Bir zaman ustadım Əbu Cə`fər Nəqibdən Əlinin aydın şəkildə xilafətini bildirən rəvayət haqqında soruşub dedim: İnanmaq olmur ki,Peyğəmbərin səhabələri Onun əmrinə mane olmaqda yekdil fikirdə olsunlar. Bu sanki namaz vaxtı üzü qibləyə durmanın, Ramazan ayında oruc tutmanın və s. qarşısını almaqa bənzəyir.

Ustadım dedi: Onlar xilafət məsələsini namaz və oruc kimi qiymətləndirmirdilər; onu siyası-ictimai bir məsələ sayır və məsləhət bildikləri zaman Peyğəmbərlə müxalifətçılik edirdilər. Bu işdə heç nədən də çəkinmirdilər. Elə bu səbəbdən də Əbu Bəkr və Ömər Usamənin ordusunda olmaqdan boyun qaçırdılar. Onlar Mədinədə qalmağı məsləhət sayırdılar.”1

Əbu Cə`fər Nəqib onların Mədinədə qalmaqdan ötrü, özləri üçün nə məsləhət görmələri haqqında bir söz demir. Hansı ayəyə əsaslanaraq Peyğəmbərin (s) siyasi və ictimai əmrlərindən boyun qaçırmanı caiz bilirdilər?! Halbuki Quran ”ما آتاكم الرّسول فخذوه و ما نهاكم عنه فانته” deməklə ibadi və ictimai işlərin arasında heç bir fərq qoymamışdır.

Görəsən, Allahın Rəsulu (s) orduda iştirak edən ilk mühacirlər qurupunu və ənsarı vacib olmayan bir işi tərk etmələrinə görə lənətləyirdi? Peyğəmbər bir işi yerinə yetirib – yetirməmələrində tam azad olan insanlardan öz şəxsi düşüncələrini kənara qoyub onun fikirlərinə itaət etmələrini umurdumu?! Peyğəmbərin müstəhəb və təkcə yol göstərmə tapşırıqlarını ayırmaq o qədər də çətin deyildi. Belə bir məxsus iş (çoxlu dəlil və subutlar ilə) heç də qeyd nümunələrdən deyil.

İbn Əbil Hədid “Nəhcül bəlağənin” 156-cı xütbəsinin şərhində ustadı Şeyx əbu Yə`qub Mötəzilinin dilindən yazır: Peyğəmbərin xəstəliyi şiddətləndkdə, Usamənin ordusunun Şama tərəf hərəkət etməsinə əmr verib Əbu Bəkr və digər mühacir və ənsar böyüklərinin orada olmasını buyurdu ki, Allah Rəsulu üçün bir iş qarşıya çıxdıqda Əlinin xilafətə çatması daha arxayınlıqla baş versin.2

Bu təhqiqatçı alim başqa bir yerdə bu sözə irad tutaraq yazır:

Daha yaxşı belə deməkdir: Peyğəmbər vəfat etdiyi zaman Əbu Bəkr və Ömərın Mədinədə olacaqları təqdirdə əmisi oğlu (Əlini) kənara qoyacaqlarını dəqiq bilmirdi, əksinə sadəcə güman edirdi. Elə buna görə də Mədinədən çıxmalarına göstəriş verdi. Biz də bu işi öldüyümüz zaman öz uşaqlarımızla edirik. Əgər övladlarımızın hər hansı birinin biz öləndən sonra mallarımızı ələ keçirib digərlərinə bir şey verməyicəyindən qorxsaq, onu uzaq bir yerə səfərə göndəririk.3

Bütün bunlardan Usamət ibn Zeydin başçılıqı altında ordunun hərəkət etməsinə olunan təkidin və Əli ibn Əbi Talibin (ə) müxaliflərinin vaxtında uzaqlaşdırılmasının O həzrətin imamətə yetişməsinə görə baş verdiyi çox gözəl məlum olur ki, sağlam ağlı olanlar üçün bu proqramın onlarla incəliyi vardı. Onlar Allahın Rəsulunun (s) müsəlmanlara, başçının “şöhrətli və çox yaşlı” olmaq əsasında deyil, ləyaqət əsasında olması qanununu öyrətməklə yanaşı kiçik bir müharibədə yeniyetmə bir cavana itaət etməklə daha böyük olan və nübuvvətlə bərabər tutulan imamətə ləyaqətləri olmamasını da bilirdilər. Bunlardan əlavə, bu göndəriş bir çoxlarının iç üzünü ifşa edirdi. Çünki, camaat qoşunda iştirak etməkdən boyun qaçıranları və nəticədə Peyğəmbərin qarğış etdiklərini aşkara gördülər.


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin