Günah lüğət elmində


ƏLI IBN ƏBI TALIB (Ə) VƏ FƏDƏK



Yüklə 2,71 Mb.
səhifə96/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   92   93   94   95   96   97   98   99   ...   163

ƏLI IBN ƏBI TALIB (Ə) VƏ FƏDƏK


Imam Əli (ə) Fədəkin o qədər mənfəət və gəliri ilə belə, öz xilafəti dövründə onu öz övladlarının ixtiyarına keçirmədi. Bu siyasət o həzrətin dünya malına qarşı e`tinasızlığından doğsa da, onun başqa bir səbəbi də var idi. O da budur ki, o həzrət hakim vəziyyətin sabit davam etməsi üçün təqiyyə edirdi. O həzrətin öz xilafəti dövründə bir çox siyasi tərəfdarları var idi ki, onlar o həzrətə itaət etdikləri halda, iki ilkin xəlifənin səlahiyyətli olduğuna da e`tiqad bəsləyirdilər. Bu isə o həzrəti keçmiş xəlifələrin rəftarını məzəmmət və onların üslublarının əksinə əməl etməkdə çətinliklərlə üzləşdirirdi.

“Peyğəmbər (s)-in sünnəsi ilə xəlifələrin rə`y və nəzərinin bir səviyyədə olması” o həzrətin vəfatından on üç il keçsə də, (Osmanın xilafətinin əvvəllərinə qədər) ümumxalqın qəbul etdiyi şübhəsiz məsələlərdən və hakimiyyətin şərtlərindən sayılırdı. Əbdür-Rəhman ibn Ovf hakimiyyət şərtini Allahın kitabı, Peyğəmbərin sünnəsi və iki ilkin xəlifənin üslubuna əməl etmək üçün razılıq verən və əhd-peyman bağlayan şəxsə tapşırdıqda,1 camaat ona e`tiraz etmədi!

Bu on iki ildən sonra, on üç il davam edən Osmanın hakimiyyət dövrü də ona əlavə olundu. Imam Əli (ə) əvvəlki xəlifələrin başqa çöhrəyə düşən iyirmi beş illik siyasətini dəyişməyə çalışmalı idi. Bu dəyişiklikdə o həzrətin bayrağı altında elə kəslər var idi ki, əvvəlki xəlifəyə, yə`ni Əbu Bəkr və Ömərin sirə və rəftarına əməl etmədiyi üçün Osmana irad tuturdular.

Izzuddin Əbu Hamid Mö`təzili bu məsələ ilə bağlı daha geniş mövqedən çıxış edərək yazır:

“Camaatın Ömər ibn Xəttabın adət-ən`ənəsinə adət etməsi səhabələrin Əli ibn Əbi Taliblə müxalifət etməsinin əsas səbəbi idi. Bu e`tirazlar bə`zən həddi aşır, Əlinin qəzəbinə səbəb olur və nəticədə deyirdi: “Peyğəmbərin sünnəsinə itaət etmək layiqdir, yoxsa Ömərin sünnəsinə?!2 ...(Bid`ətlər o qədər çoxalmışdı ki,) əgər hökmü olduğu kimi bəyan edib təhrifləri aradan qaldırsaydım, sözsüz, (müsəlmanlar) mənim ətrafımdan dağılacaqdı. Allaha and olsun, camaata Ramazan ayında yalnız vacibi namaz qılmaqlarını dedim və e`lan etdim ki, müstəhəb namazları camaatla qılmaq bid`ətdir. Qoşunun bə`zisi mənimlə birgə döyüşərkən, fəryad edərək deyirdilər: “Ey Islam əhli! Ömərin sünnəsi dəyişilmişdir! Əli bizi Ramazan ayında müstəhəb namazlardan çəkindirir!” Doğrudan da, qorxdum ki, qoşun arasında ixtilaf yaransın.”3

Ibn Əbil-Hədidin yazdığı kimi, bu məsələlər Əlini Fədəki tələb etməkdən çəkindirirdi. Çünki o istəmirdi ki, camaat desin: “Əli, Əbu Bəkr və Ömərin əksinə rəftar edir.”4




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin