Yuxarıda qeyd olunan nöqtələri açıqlamaqla yanaşı Allahın Rəsulunun (s) vəfatından sonra Mədinənin ictimai vəziyyəti, camaatın həqiqət yolunu tapmaqda məsuliyyətsizliyi, həmçinin Əhli beyt (ə) müxaliflərinin hakimiyyətə çatmalarına işarə edəcəyik.
ƏLI IBN ƏBI TALIBIN (Ə) FƏZILƏTLƏRINI GIZLƏTMƏK
Şiə və sünnü kitablarında olan rəvayətlərə əsasən, Allahın Rəsulu (s) bir çox yerlərdə əmisi oğlu Əli ibn Əbi Talibin (ə) fəzilətlərini açıqlamış, camaata onun haqqında çoxlu sözlər demişdi. Amma bilmək lazımdır ki, bu gün bizim əlimizdə olan çoxlu və nəzmə salınmış bu rətəvayətlər heç də o zaman hamı üçün belə olmamışdır. Məxsusən, Mədinə və onun ətrafında yaşayan insanların bir çoxu savadsız və yazı yazmaqdan məhrum idilər. Əllərində olan yazılıların da əksəriyyəti Quran ayələrindən ibarət idi.
Digər bir tərəfdən də özlərini Allahın Rəsulunun (s) qohumlarından sayan həzrətin bəzi ardıcılları qəlblərində Əli ibn Əbi Talibə (ə) olan kinə əsasən onun fəzilət və üstünlüklərini gizlətmək üçün əllərindən gələni edir, dəfələrlə onun haqqında şayiələr yayırdılar. (Qeyri-şiə rəvayətlərində bu şayiələrin sayı az deyildir) Bir vaxt şayiə yayaraq Allahın Rəsulunun (s) əziz qızı Fatimənin (ə) istəyinin əksinə olaraq Əbucəhlin qızını almaq istəməsinə görə Allahın Rəsulunu (s) əziyyət edənləri lənətləyən “Əhzab” surəsinin 57-ci ayəsinin Əli ibn Əbi Talibin (ə) haqqında nazil olmasını deyir 3 (Başqa bir vaxt söz yayaraq) Allahın Rəsulunun (s) Əli ibn Əbi Talibə (ə) olan nifrətinin şiddətindən kənarında olmasın deyə “Təbuk” müharibəsində özü ilə aparmamasını söyləyirdilər.
Bu baxımdan Allahın Rəsulu (s) hər zaman kürəkəninin fəzilətlərindən söz açıb həqiqəti açıqlamaq istədikdə, müxaliflər müxtəlif yollarla bu işin qarşısını almağa çalışır, yayılmasına mane olurdular. “Səhihi-Buxari” və “Səhihi-Müslüm” kitablarında onlarla yerdə oxuyuruq: “Allahın Rəsulunun (s) sözü bu yerə çatdıqda bir dəstə ya qışqırır, ya da təkbir deyərək həzrətin sözünü tamamlamasına imkan vermirdilər.”1
O cümlədən Cabir ibn Sumrədən olan rəvayətdə deyilir: Həzrət Peyğəmbərdən eşitdim ki, buyururdu: “Məndən sonra on iki əmir və xəlifə gələcəkdir.” O, həzrət daha sonra bir cümlə buyurdu ki, (bir dəstənin səs-küyündən) düz eşitmədim. (Allahın Rəsuluna (s) daha yaxın durmuş) Atam dedi: Eşitmədiyin cümlə bu idi: On iki nəfərin hamısı Qureyşdəndir.”2
Adətən, bu rəvayətə oxşar bir çox hədislərdə hədisin bir hissəsi pozulmuşdur. Təkcə başqa rəvayətlərin kənarına qoymaqla hədisin tam və həqiqi mənasını əldə etmək mümkündür.
Beləliklə, Allahın Rəsulunun (s) Əlinin (ə) fəzilətləri və onun özündən sonra olacaq məqamını bəyan etmək üçün çəkdiyi zəhmətləri inkar etmək mümkün deyildir. Lakin bir çox yerlərdə hakimiyyət arzusunda olanların məkr, hiylə və qabaqcadan qurduqları tələlər nəticəsində bu xəbərlərin yayılmasının qarşısı alınırdı. Bu fitnələr o qədər təsirli idi ki, “Həccətul-Vida”da «يا ايّهاالرّسول» ayəsi nazil olduğu zaman Allahın Rəsulu (s) əvvəlcə onu çatdırmaqda azca gecikdi. Səbəbi, hakimiyyət eşqində olanların ümumiyyətin qəbul etməsinə mane ola biləcəklərindən və həzrətin əleyhinə hiylə qura biləcəyindən ehtiyat etməsinə görə idi. Buna görə də Allahın “Allah Səni camaatın şərrindən qoruyacaqdır” – təsəlli verəcək xəbəri yetişməyincə, Əli ibn Əbi Talibin (ə) imamət və rəhbərliyini aşkar şəkildə bəyan etmədi.
KÜTLƏNİN RƏYİNİ AZDIRMAQ
“Qədir-Xum” iştirakçılarının sayı təqribən 120 min nəfər idi və onların içərisində Mədinəyə qayıdanların sayı isə çox az qeyd olunmuşdur. Çünki Mədinəyə çatmazdan öncə bə`ziləri Şama, bə`ziləri Yəmənə və Ərəbistan yarımadasının cənub bölgəsinə doğru yola düşdülər. Peyğəmbəri-Əkrəm (s)-lə Mədinədən Məkkəyə gedənlərdən on min nəfərlik bir qrup da ətraf məntəqələrdən idilər3 ki, o həzrətə Mədinədə qoşulmuşdular.
Burada da onların bə`ziləri qadın, bə`ziləri isə yaşlılar idi ki, ictimai səhnələrdə heç bir rol ifa etmirdilər. (4-5 min nəfərdən ibarət olan bu qrupun) çox hissəsini qullar və fəqirlər təşkil edirdi ki, müxtəlif məntəqələrdən gəlib Peyğəmbərə qoşulmuşdu, onların Mədinədə əsla qohum-əqrəbaları yox idi. Buna “Süffə” əhlini misal göstərmək olar. Deməli, bu arada sayı təqribən iki mindən çox olmayan bir dəstə qalırdı ki, onlar da adətən, rəislər və qəbilə başçıları idi. Bunlardan əlavə, Peyğəmbər (s)-in göstərişi ilə Mədinənin kənarında Üsamənin ordusu (Curf ordugahında olanlar) şəhərdə olmadıqları üçün heç bir qərar çıxara bilmirdilər.4
Bə`ziləri də xilafət və hakimiyyətin Peyğəmbəri-Əkrəm (s)-dən sonra Əli ibn Əbi Talibə (ə) çatmayacağına sə`y etməklə bağlı əhd-peyman bağlayanlar idi. Deməli, mə`lum olur ki, onlar imkan daxilində müsəlmanlar arasında əks-təbliğat aparmaq, iğtişaş yaratmaq və bə`zilərini aldatmaqla “Qədir-Xum” hadisəsinin şahidlərini özlərinə cəlb etməyə, yaxud da heç olmazsa, bitərəf mövqedə olmağa vadar etmək istəyirdi. Necə ki, Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra belə də oldu və “Qədir-Xum” hadisəsinə şahid olanların çoxu ya xəlifənin tərəfdarları oldular, ya da bitərəf mövqedə qaldılar.
Həmçinin, Əhli-beyt tərəfdarlarının “Səqifə”də təşkil olunmuş yığıncaqdan xəbərsiz qalmaları da digər amillərə əlavə olunur. Onlar Əbu Bəkrlə bey`ətdən o zaman xəbər tutdular ki, artıq müxalif qüvvələrin işi möhkəmlənmişdi.
HAZIRLIQ İŞLƏRİ
Islam Peyğəmbərinin (ə) Mədinədə əbədiyyətə qovuşduğu gününü müsəlmanların ən qəmli günü kimi yad etmək lazımdır. İllərlə belə bir fürsətin intizarını çəkən əyləşən bir neçə nəfəri müstəsna etməklə qalanları matəm içərisində olub, özləri və Islamın gələcəyi üçün nigaran idilər. O vaxt hətta bə`ziləri Peyğəmbərlik iddiası edib, Mədinəyə hücum etmək üçün fürsət gözləyirdi. Ərəbistanın qeyri-müsəlman qəbilələri və yaxud qonşu ölkələrdən bə`ziləri isə həmin fürsət pusqusunda duranlar ilə eyni məqsədi güdür, eyni fikirdə idilər.
Bu zaman adi camaatın fikirləşdiyi ən ağıllı iş ehtimal verilən iğtişaşın yaranması müqabilində sükut etmək və evlərində əyləşib heç bir cinahla əlbir olmamaq, eləcə də hər hansı bir qrup və kəsin qələbəliyinə yəqin etməyincə, başqası ilə müxalifətə qalxmamaq idi. Onlar keçmişdə ərəblər arasında baş verən daxili müharibələri hələ unutmamışdılar ki, bə`zən kiçik bir örüş və qoruq üzərində bir-birləri ilə illərlə belə müharibə aparırdılar.
Bu ərəfədə Mədinə əhalisi sərgərdan qalmışdı. Onların çoxu Peyğəmbəri-Əkrəm (s)-in vəfatına inana bilmir, hətta o həzrətin vəfat etməyini inkar edirdilər. Bu mövqe fürsət axtaranların öz böyük siyasi məqsədlərinə çatması üçün əlverişli bir fürsət idi, xüsusilə, onlar öncədən belə bir fikri həyata keçirmək istəyirdilər.
Onlardan başqa, müsəlmanlardan heç biri inana bilmirdi ki, bə`ziləri Peyğəmbər (s)-in pak cəsədini qüslsüz-kəfənsiz qoyub, hakimiyyətə çatmaları üçün bey`ət almaq və səs toplamaq ardınca olsunlar. Hətta onlar belə məqsədlər üzrə çalışan hər bir kəsin rüsvayçılıq, xəcalət və uğursuzluqdan başqa bir şey qazanmayacağını düşünürdülər. Bundan əlavə, o dövrün xalqı elə də uzaqgörən deyildi ki, gizli hərəkatları arayıb, onların qarşısını almaq üçün müəyyən bir qərar qəbul etsinlər.
Əhli-beyt (ə)-ın məqam və mənzilətini tanıyanlar da bə`zilərinin onları xar edib, məqam və vəzifələrini qəsb edəcəyini ağıllarına belə gətirmirdilər.1
Yə`qubi yazır: “Əbu Bəkrlə bey`ət qalmaqalı qızışdıqda, Bərra ibn Azib heyrət və təəccüblə haşimilərin yanına gedib “Əbu Bəkrlə bey`ət olundu!” – dedikdə, onlar cavab verib dedilər “Müsəlmanlar bizsiz bu işi tutmazlar. Biz, Mühəmmədə (s) daha yaxınıq!” Abbas isə əlavə edərək dedi: “Kə`bənin Allahına and olsun ki, bu işi gördülər!”2
Ibn Əbil-Hədid yazır: “Səqifə” günündə Əlinin qohumlarından biri onun şə`nində bir şe`r oxudu ki, onun tərcüməsi belədir: “Heç vaxt fikirləşmirdim ki, ümmətin rəhbərliyini haşimilərdən və imam Əbül-Həsəndən alsınlar...!”1
Imam Əli ibn Əbi Talib (ə) isə özü buyurmuşdur: “Allaha and olsun! Mən heç vaxt fikirləşməzdim ki, ərəblər xilafəti Peyğəmbərin (s) Əhli-beytindən alsın və yaxud məni ondan çəkindirsinlər!”2
Dostları ilə paylaş: |