Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə38/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

FƏDƏKIN AXIR-AQIBƏTI


Fədək bağı imam Həsən (ə)-ın ömrünün axırına qədər Peyğəmbər Əhli-beytinin ixtiyarında deyildi.5 Müaviyə ibn Əbi Süfyan o həzrətin şəhadətindən sonra onun üçdə birini öz oğlu Yezidə verdi. Mərvanın xilafəti dövründə bağın hamısı öz ixtiyarında və ondan sonra da digər mərvanilərin əlində idi. Ömər ibn Əbdül-Əzizin xilafəti dövründə Fədək Fatimənin (ə.s) nəvələrinə qaytarıldı. Ondan sonra Yezid ibn Atikə onu onlardan alıb, Mərvanın nəvələrinə verdi. Əməvilər dövləti dağıldıqdan sonra isə abbasilərin birinci xəlifəsi Əbul-Abbas Səffah Fədəki Abdullah ibn Həsən ibn Həsənə verdi. Lakin Mənsur hakimiyyətə çatdıqda, onu geri aldı. Mənsurun oğlu Mehdi isə xilafəti dövründə Fədəki Fatimənin (ə.s) nəvələrinə verdi. Amma oğlu Musa və qardaşı Harun onu yenidən qəsb etdilər. Onlardan sonra Mə`mun onu Fatimənin (ə.s) nəvələrinə qaytardı, nəhayət, Mütəvəkkil xilafətə çatdıqda, yenə Fədəki onlardan aldı.1

PEYĞƏMBƏRIN ƏHLI-BEYTINƏ XUMSUN VERILMƏSININ QADAĞAN EDILMƏSI


“Ənfal” surəsinin 41-ci ayəsində buyurulur:

...Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolda qalan müsafirlərindir.”

Bu ayəyə əsasən, müsəlmanların vəzifəsi yığdıqları qənimətin beşdə birini Allah yolunda, Peyğəmbərə, onun qohumlarına, kimsəsizlərə və pulu qurtarıb yolda qalanlara xərcləməkdir.2 Rəsuli-Əkrəm (s) vəfat etdikdən sonra xəlifələr xumsu yalnız axırıncı üç dəstəyə (yetim, yoxsul və yolda qalan müsafirlərə) aid edərək, haşimiləri xumsdan məhrum etdilər.3

HƏDIS NƏQL ETMƏK VƏ YAZMAĞIN QADAĞAN EDILMƏSI


Həzrət Peyğəmbər (s) ömrünün son anlarında vəsiyyət etmək üçün kağız-qələm istədiyi vaxtda Ömərin “Innər-rəculə ləyəhcur, həsbuna kitabullah!” (Bu kişi sayaqlayır, bizə Allahın kitabı kifayətdir!” – deməsi bir siyasəti açıqlayırdı ki, bu, Əbu Bəkrin hakimiyyəti dövründə özünü göstərdi. O siyasət Peyğəmbər (s)-in hədislərinin nəql edilməsinin və yazılmasının qarşısını almaq idi.4 Əbu Bəkrin xilafəti dövründən hələ çox keçməmişdi ki, o, camaatın qarşısında e`lan edərək dedi: “Siz Peyğəmbərdən bə`zi hədislər nəql edirsiniz ki, aranızda ixtilafa səbəb olur və sizdən sonra gələn nəslin ixtilafı daha da artır. Belə isə Peyğəmbərdən hədis nəql etməyin! Hər kəs sizdən bir məsələ soruşsa, deyin: “Qur`an bizim aramızdadır.” Qur`anın halalını halal, haramını isə haram bilin!”5

Bundan sonra hətta xəlifə özü Peyğəmbəri-Əkrəm (s)-dən eşidib yazdığı beş yüz hədisi bir yerə töküb yandırdı və dedi: “Artıq arxayınlaşdım!”



VƏSIYYƏT VƏ ŞÜBHƏLI ÖLÜM


Əbu Bəkr ibn Əbi Qühafə xəstəliyindən on beş gün, xilafətindən isə iki il üç ay iyirmi dörd gün keçdikdən sonra 31-ci hicri ilinin Cəmadiyüs-sani ayının 21, yaxud 22-də, bazar ertəsinin gecəsi məğrib namazından sonra 63 yaşında ikən dünyadan getdi. Elə həmin gecə Əmr ibn As ona namaz qıldı,1 qızı Ayişənin sə`yi nəticəsində Peyğəmbər (s)-in evində – və Ayişənin yaşadığı otaqda –dəfn olundu.2 Deyilənlərə görə, o, Ömərin canişin olmasını vəsiyyət etmiş və bu vəsiyyəti Osman yazmışdı.

Bir neçə sual Əbu Bəkrin vəsiyyəti və ölümünün şübhəli olduğunu göstərir:

1. Əbu Bəkrin ölümünə səbəb olan xəstəlik nə idi? O, ömründə heç bir xəstəliyə tutulmamış, yaşı altmışdan çox olduğu halda, tam sağlam idi, ata-babaları isə çox ömür sürmələri ilə məşhur olmuşdur.

2. Nə üçün xəlifənin vəsiyyəti yalnız Osmanın vasitəsilə nəql olunmuşdur? Dəlil varmı ki, xəlifənin özündən sonra canişin tə`yin etməsində kiminsə tərəfindən hədələnməməsini sübut etsin?

3. Hansı səbəblər üzündən onu dəfn etməyə tələsdilər? Hətta bə`ziləri camaatı onun cəsədəni görməyə, ona namaz qılmağa və təntənəli surətdə dəfn mərasimi keçirməyə imkan vermədilər.

4. Nə üçün Əbu Bəkrin dəfnindən sonra yəhudilərin vasitəsilə zəhərlənib öldürüldüyü şayiə olaraq yayıldı?

Bu sualların cavabını araşdırdıqda, bir çox şübhəli məsələlər aydınlaşır. Burada bir neçə məsələni qeyd etməyi zəruri görürük:

a) Siyasət aləminin çətin bir məsələ olduğu heç kimə gizli deyil. Islam tarixində siyasi hiylələr və yaxud zəhərlə öldürülən, eləcə də ən yaxın ailə üzvlərinin vasitəsilə ən ağır işkəncələrə mə`ruz qalaraq həlak olan siyasətçi və dövlət başçılarının sayı olduqca çox3 və təbii ölümlə dünyadan gedən hakimlərin sayı isə çox azdır.

b) Dövlətlərin bir-birləri ilə həmkarlığı ilə yaranan, yaxud siyasi-ictimai dəyişikləri Qur`an siyasi şəxsiyyətlərin əlaqəsi istər qələbədən əvvəl, istərsə də sonra həmişə bir səviyyədə olmamış, bə`zən də fəaliyyətlərin ilkin mərhələsində bir-birini siyasi-ictimai hərəkatlarda müdafiə edən iki nəfər müəyyən müddətdən sonra yeni məqsəd, yaxud mövqe uğrunda bir-birinin qanlı düşməninə çevrilirlər. Burada onlar öz ədavət və kin-küdurətlərini aşkar etməsələr də, daxildə rəqibə siyasi zərbə endirmək üçün fürsət axtarırlar.

Bir neçə dəlil və şahid göstərir ki, Əbu Bəkrlə Ömər ibn Xəttabın arasındakı əlaqə Əbu Bəkrin xilafətə çatmasından sonra keçmiş şəffaflığını itirmiş, bə`zən bir-birlərinin əleyhinə mövqe tutmuşdular. Onların aralarındakı ədavət və kin-küdurəti bəyan etməzdən öncə, qeyd etmək lazımdır ki, onlar müxtəlif yerlərdə müştərək və eyni məqsədə nail olmaq üçün birləşmiş, bir-birini müdafiə etmişlər. Onların hər ikisi siyasətçi, zirək və ehtiyatlı olmuş, bir-birinin rəftar və davranışını nəzərdən qaçırmamış, imkanları daxilində aralarındakı ixtilafı müxaliflərindən gizlətmişlər ki, kimsə onlara irad tutmasınlar. Bu əxlaqi və əqidəvi birlik (bir nəzərə görə) Peyğəmbəri-Əkrəm (s)-in onların arasında qardaşlıq peymanı bağlamasına səbəb olmuşdu.4 Belə nəzərə çarpır ki, Əbu Bəkrin xilafətə və digər məqsədlərinə çatmaqda Ömərdən bəhrələndiyi qədər, Ömər, Əbu Bəkrdən o qədər bəhrələnməmişdir. Əbu Bəkr “Səqifə”də Əlidən (ə), sonrakı mərhələdə isə mürtəd və müxaliflərdən bey`ət almaq istəyərkən, eləcə də digər işlərdə Ömərdən çox istifadə etmişdir. Deyirlər ki, əgər Ömərin zəhmətləri olmasaydı, Əbu Bəkr hakimiyyətə çatmazdı.1 Amma Ömərin Əbu Bəkrdən bəhrələnməsi canişinliyi ona həvalə etməsidir ki, bu da xəlifənin ona qarşı lütf və mərhəməti sayəsində deyil, əksinə öz keçmiş həmkarlığı nəticəsində ələ gətirmişdir.

Bə`zi yerlərdə də Əbu Bəkr Ömərin siyasət və nəzəri ilə ciddi şəkildə müxalifət etmişdir. O cümlədən:

–Ömərin “Səqifə”də hamıdan əvvəl söhbət etməsinin qarşısını almaq;

–Sə`d ibn Übadənin “Səqifə”də öldürülməsi ilə müxalifət etmək;

–Əli ibn Əbi Talibin (ə) həzrət Fatimənin (ə.s) vəfatından qabaq ölüdürülməsinə mane olmaq;

–Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra Üsamənin ordusunu Şam sərhədlərinə göndərmək;

–Xalid ibn Vəlidi sərkərdəlikdən azad etmək və cəzalandırmaq;

–Şəhər və məntəqələrə nümayəndə göndərmək.

v) Ömər, Əbu Bəkrin xilafətə çatmasından sonra aralarındakı sədaqət, dostluq və şəffaflığın aradan getməsinə özü də işarə etmişdir. Belə ki, Əbu Hamid Mədayini bu barədə yazır:

“Bir gün Ömər, Müğeyrəyə dedi: “Bu kişi (Əbu Bəkr) “Səqifə”də mənə zülm etdi, xilafəti mənə tarşırdığı halda günahkar idi.”

Müğeyrə dedi: “Həmin gün onun (səndən qabağa keçdiyi üçün) sənə zülm etməsi bəllidir, lakin indi ki, xilafəti sənə tapşırıb, necə onu günahkar adlandırırsan?”

Ömər dedi: “Səbəbi budur ki, o, xilafəti mənə həvalə etdiyi vaxt artıq ondan naümid olmuşdu və dünyadan gedəcəyini bilirdi. Mənim isə həmin günlərdə əzaba dözməkdən və intizar çəkməkdən başqa bir çarəm yox idi...”

Müğeyrə dedi: “Nə üçün “Səqifə” günü Əbu Bəkr xilafəti sənə tapşırdıqda, ondan boyun qaçırdın ki, indi keçmiş hadisələrə təəssüflənirsən?!”

Ömər dedi: “Məgər sən həmin günü orada deyildinmi?! Gördün ki, o, məni necə aldatdı? Əlbəttə, mən də onu aldatdım. Əbu Bəkr camaatın ona üz tutduğunu müşahidə etdikdə, yəqin etdi ki, yalnız onu seçəcəklər. Sonra mənim daxilimdən agah olmaq və xilafətə nə qədər tamahkar olduğumu bilmək üçün məni sınaqdan keçirmək yolunu tapdı. O, əvvəlcə xilafəti mənə təklif etdi, lakin biz hər ikimiz yaxşı bilirdik ki, əgər onu mən qəbul etsəm, camaat ona razılıq verməyəcəklər... Mən həmin gün onu qəbul etmədim, çünki Əbu Bəkrin təklifi ilə belə, camaatın mənim xəlifəliyimə səs verməyəcəyini bilirdim. Əbu Bəkr isə mənə qarşı paxıllıq etdiyi və kin-küdurət bəslədiyi üçün o məqamı özünə götürdü.”2

O, əlavə edərək yazır:

“Əş`əs ibn Qeyslə Ömər ibn Xəttab arasında Əbu Bəkr haqda yaranan mübahisə Əbu Bəkrin qulağına çatdıqda, o, Öməri yanına çağırdı. Ömər onun yanına getməkdən imtina edib, ona belə bir məktub yazdı: “Ey Əbu Bəkr! Səni Allaha and verirəm ki, daha qurtar (bu məsələni davam etməkdən əl çək), yoxsa camaatın qarşısında səninlə öz aramdakı sirləri açaram və hamı onlardan xəbərdar olar. Əgər istəyirsənsə, əlaqələrimizi keçmişdəki kimi möhkəmləndirək!” Bu zaman Əbu Bəkr ona belə bir xəbər göndərdi: “Dostluğumuzu davam etdirməyi məsləhət bilirəm. Tez bir zamanda xilafət sənə çatacaqdır.”

Ömər deyir: “Mən elə güman etdim ki, Əbu Bəkr xilafəti hətta bir həftədən də tez mənə tapşıracaq, lakin o, özünü unutqanlığa vurdu. Allaha and olsun, bu barədə mənimlə ölənə qədər bir söz belə, danışmadı. O, nə qədər ki, sağ idi, dişinə bir şey tutan şəxs kimi xilafətdən bərk-bərk yapışmışdı.”1

Əbu Bəkrin hakimiyyəti (Bəni-Teym qəbiləsi tərəfindən) günü-gündən möhkəmləndikcə, Ömər ibn Xəttabın (Ədiyy qəbiləsi tərəfindən) hakimiyyətə gəlməsi üçün şərait daha da çətinləşirdi.

Qeyd etməliyik ki, Əbu Bəkr hakimiyyətinin birinci ilində Öməri hacıların rəisi seçdi. Lakin ikinci ildə onu bu məqamdan azad edib, onun yerinə Üttab ibn Üseydi tə`yin etdi. Əvvəlki illərdə isə Əli ibn Əbi Talib (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən hacıların rəisi seçilmişdi və həmin vaxtlar bu məqam bir növ canişinlik nişanəsi hesab edilirdi.

q) Əbu Bəkrin xilafəti rəsmiləşdikdən sonra onunla Ömərin tərəfdarları arasında ixtilaf baş qaldırdı. Şübhəsiz, hər iki tərəfin tərəfdarları onların arasındakı ixtilafdan və onun səbəbindən agah deyildirlər. Ömərin cinahı o zaman hərəkətə başladı ki, artıq iş-işdən keçmiş, Əbu Bəkr xilafətə çatmışdı. Ondan qabaq isə ictimai hadisələr hər ikisinin xeyrinə baş verirdi, lakin Əbu Bəkrin xilafətindən sonra Ömərin siyasəti ilə Əbu Bəkrin müxalif cinahı sür`ətlə gücləndi və çox çəkmədi ki, Əbu Bəkr dünyadan getdi.

Əbu Bəkrin siyasətinə, onun müsəlmanlarla əlaqəsinə nəzər yetirdikdə, Əbu Übeyd Cərrah, Xalid ibn Vəlid, Üttab ibn Üseyd Əməvi, Təlhə ibn Übeydullah, Şərhəbil ibn Həsənə, Müsənna ibn Harisə Şeybani, Məaz ibn Cəbəl, Ənəs ibn Malik, Ayişə və Əkrəmə ibn Əbi Cəhl2 kimi şəxsləri onun tərəfində görürük.

“Səqifə”də Əbu Bəkr tərəfindən Ömərə vurulan ağır zərbə səbəb oldu ki, o, daha çox ehtiyatla hərəkət etsin, öz cinahına zirək və ağıllı adamları cəzb edib, müxtəlif məntəqələrə nümayəndə göndərməklə siyasətini genişləndirsin. Onun yaşlı siyasətçi tərəfdarları bunlar idi: Osman ibn Əffan, Müğeyrə ibn Şö`bə, Əmr ibn As, Əbu Musa Əş`əri, Əbu Süfyan, Yezid ibn Əbi Süfyan, Müaviyə, Ütbə ibn Əbi Süfyan, Vəlid ibn Əqəbə ibn Əbi Müit, Əbdür-Rəhman ibn Ovf və Abdullah ibn Əbi Rəbiə (Ömərin Yəməndə valisi).

Hər iki tərəfin tərəfdarları yalnız müştərək məqsədlərdə bir-birlərinə kömək edir və eyni fikrə gəlirdilər. Hər vaxt onların arasında saziş və uyğunluq görünürdüsə, müştərək məqsəd üzrə çalışdıqları başa düşülürdü.

Bu təhlili həqiqətə daha da yaxınlaşdıran işlər aşağıdakılardır:

1. Birinci qrupdan (Əbu Bəkrin tərəfindən) bə`ziləri onun vəfat etdiyi gün şübhəli şəkildə öldürüldü, sağ qalanlar isə Ömər ibn Xəttab xilafət kürsüsündə əyləşdikdən sonra vəzifələrindən azad edildi, hətta bə`ziləri vəzifədən azad edilərkən, şübhəli şəkildə öldülər. Əbu Bəkr isə öz xilafəti dövründə Ömərin siyasi partiyasından heç kimi bir işə seçmir və onlara inanmırdı. O, ömrünün son günlərində deyirdi: “Kaş, dostum Xalid ibn Vəlidi Şama göndərdiyim kimi, Öməri də Mədinədə öz yanımda saxlamazdım və uzaq bir məntəqəyə (Iraqa) göndərəydim.”1

2. Ömərin xilafəti dövründə Əbu Bəkrin “Bəni-Teym” qəbiləsi, qohum-əqrəbası və valilərindən heç kimi mühüm bir vəzifəyə seçmədi.

3. Əbu Bəkrin cinahında Bəni-Ümməyyə tayfasından az,2 Ömərin tərəfində isə çox adam görünürdü. Buna əsasən, əməvilər Əbu Bəkrin təbii olaraq həyat sürməsinə imkan verməzdilər. Çünki o zaman Əbu Bəkr də digər ailə üzvləri və qohum-əqrəbası kimi uzun ömür sürəcək,3 nəhayət, hökuməti özündən sonra Bəni-Teym tayfasından birinə tapşıracaq və əməvilərin hakimiyyətə gəlmələri üçün yaranan fürsət itəcəkdir.

Şübhəsiz, Əbu Übeydə Cərrah (Əbu Bəkrin səmimi dostu və Ömərin siyasi həmkarı), Təlhə, Xalid ibn Vəlid və Üttab ibn Üseyd Əməvinin varlığı ilə Ömər, yaxud Osman kimilərə yer qalmırdı. Həqiqətdə Ömər Bəni-Üməyyə tayfasının qələbə çalması üçün bir növ körpü rolunu ifa edir və Osman ola-ola Öməri elə də istəmirdilər.

Hər zaman Əbu Übeydə, yaxud Xalid ibn Vəlid xilafəti ələ keçirmək fikrinə düşsəydilər, (güclü ehtimala görə,) Ömər və Osmanı (onların xilafətə çatmasında rol oynasaydılar belə) müəyyən bəhanələrlə Mədinədən kənarlaşdıracaq və yaxud gizlincə öldürəcəkdilər. Sözsüz, onlar Ömərin Bəni-Üməyyə tayfasının hakimiyyətə gəlməsinin səbəbkarı olduğunu bilsələr də, onun sağ qalıb yaşamasına razılıq verməyəcəkdilər. Çünki onlar haşimiləri xilafətdən kənarlaşdırmaqda müvəffəqiyyət qazansalar da, bir-birlərindən qorxurdular.

Ömər ömrünün axırlarında Əbu Übeydə və yaxud Salim ibn Übeydin sağ qalmasını, nəticədə xilafəti ona tapşırmasını arzu edirdi. Lakin ehtimal üzrə, o, bu sözləri səmimi qəlbdən demir, sadəcə o, belə danışmaqla bir ittihamı dəf etmək istəyirdi. O da Əbu Übeydə və Əbu Bəkrin digər tərəfdarlarının qətlə yetirilməsində Ömərin ittihamlandırılması idi, yoxsa Ömər “Səqifə” günü Əbu Übeydənin həmkarlığı ilə Əbu Bəkrin onu xilafətdən necə uzaqlaşdırdığını unutmamışdı? O zaman Əbu Bəkr belə demişdi: “Ey camaat! Mən sizi bu iki nəfərdən – Əbu Übeydə və Ömərdən – birinə bey`ət etməyə də`vət edirəm!” Ömər üzünü Əbu Übeydə tutub dedi: “Gəl, səninlə bey`ət edim.” Ömər, Əbu Übeydənin “Xeyr, sən ola-ola, mən bu işi öhdəmə götürmərəm!” – deyə cavab verəcəyini fikirləşirdi. Çünki əvvəlcə aralarındakı qərara görə, “Səqifə” günü Ömər xəlifə seçilməli idi. Lakin gözlənilmədən Əbu Übeydə ona belə cavab verdi: “Allaha and olsun, mən sənin barəndə hes vaxt pis fikirdə olmamışam! Amma Əbu Bəkr kimi yaşlı bir şəxsiyyət qala-qala, nə üçün xilafəti mənə təklif edirsən?” Bu zaman hamı gözünü Əbu Bəkrə zillədi. Ömər artıq ona tələ qurulduğunu bildi!4

Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə əməvilər fürsəti əldən verdilər. Sözsüz, bu zaman Ömərin varlığı ilə Osmana yer qalmırdı. Burada əvvəlcə Əbu Bəkri aradan götürmək, sonra Öməri xilafətə seçmək, daha sonra isə Ömərin vasitəsilə Osmanın hakimiyyətə gəlməsini gözləmək lazım idi. Əgər Ömər əməvilərin qüdrətə gələcəyi üçün çalışmasaydı, onu asanlıqla aradan götürə biləcəkdilər.

Belə nəzərə gəlir ki, Ömər əməvilərin siyasətində oyuncaq rolunu daşıyırdı, hərçənd, onları qüdrət və hakimiyyətə gətirən də o idi. Lakin həqiqətdə günü-gündən ucalan, iqtidarlaşan Ömər deyil, əməvilər idi. Əgər onlar Əbu Bəkrin həlakəti ilə dərhal Osmanı xilafət kürsüsündə əyləşdirə bilsəydilər, Ömərin on illik hakimiyyətinə taqət gətirməyəcəkdilər.

Əməvilər bilirdilər ki, Ömər və Əbu Übeydənin Əbu Bəkrlə həmkarlığı davam etdiyi təqdirdə, xilafətin əməvilərdən (Osman kimi) bir şəxsə çatıb-çatmaması əsla mə`lum olmayacaq. Əgər onlar təbii ömür sürsələr, hamıdan yaşlı olan Osmana növbə çatmayacaqdır.

4. Əbu Bəkrin ölümü ilə onun xanədanı və qohum-əqrəbası ilə Ömərin əlaqələri qırıldı.1 Bunun səbəbi isə xəlifənin şübhəli və namə`lum şəkildə dünyadan getməsi idi. Şübhəsiz, onun səbəblərindən biri də məhz bu idi, xüsusilə, Əbu Bəkrin ölümündən sonra Ömərdən elə rəftarlar göründü ki, bu ittiham ehtimalı Əbu Bəkrin qohum-əqrəbasının zehinində gücləndi. Ömər xəlifənin elə həmin gecə dəfn edildiyini tə`kid etdi. Ertəsi gün isə o, Ayişə və qohum-əqrəbası tərəfindən qurulan matəm mərasimini dağıtdı və xəlifəyə matəm mərasiminin qurulmasını qadağan etdi. 2 Ömər qadınların matəm məclisində ağlamalarının qarşısını alsa da, heç kim ona qulaq asmadı, ona görə də Ayişədən başqa hamını danladı, nəhayət, Əbu Bəkrin bacısı Ümmü Fərvəni vurduqdan sonra qadınlar dağıldılar.3

Bu hadisədən qabaq Əbu Bəkrin hakimiyyətindən narazı olan Zeyd ibn Xəttab (Ömərin böyük qardaşı) xəlifə tərəfindən Peyğəmbərlik iddiası edən yalınçı Müseyləmə ilə döyüşə yollandı.4 Digər tərəfdən isə Ömər, Əbu Bəkrin oğlu Əbdür-Rəhmana qarşı ədavət bəsləyirdi. Çünki Əbdür-Rəhman Ömərin hakimiyyətə gələcəyi ilə müxalif idi və Qüreyşin də onun hakimiyyəti ilə müxalif olduğuna inanırdı.5

Əbu Bəkrin qohum-əqrəbası ilə əməvilərin və Ömərin tərəfdarları arasındakı ixtilaf neçə illər davam etdi. Həqiqətdə əməvilərin nümayəndəsi Osman, Əbu Bəkrin xanədanı və tərəfdarları tərəfindən qətlə yetirildi. Onun qətlinə hökm verən Ayişə, hökmü icra edənlər isə Təlhə və Əbu Bəkrin oğlu Məhəmməd və Əbdür-Rəhman idi. Bu ixtilaf üzündən Osman xilafətinin son günlərində Abdullah ibn Əbi Sərəhə yazdığı məktubunda bildirdi ki, bu məktub sənə çatan kimi Əbu Bəkrin oğlu Məhəmmədi və tərəfdarlarını öldürsün!6

Müaviyənin hiyləsi ilə Misirdə (38-ci hicri qəməri ilində) qətlə yetirilən Əbu Bəkrin oğlu Məhəmməddən başqa,7 Əbdür-Rəhman, Ayişə və Əbu Bəkrin digər iki oğlu yenə Müaviyənin hiyləsi ilə 58-ci hicri qəməri ilində qətlə yetirildilər.

Müaviyə 58-ci hicri qəməri ilində Mədinədə oğlu Yezidi vəliəhd etmək üçün tədbir gördükdə, Ayişə və Əbdür-Rəhman onunla müxalifət etdilər. Müaviyə onları müxalifətdən çəkindirmək məqsədilə, onlara yüz min dirhəm pul rüşvət təklif etsə də, qəbul etmədilər.1 Nəhayət, bu bacı və qardaşı elə həmin ildə öldürdü.2


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin