Günah lüğət elmində


Peyğəmbərdən olan hədislərin yazılmasına və deyilməsinə qadağa



Yüklə 2,71 Mb.
səhifə42/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

Peyğəmbərdən olan hədislərin yazılmasına və deyilməsinə qadağa.


Rəsulullahın (s) hədislərini yazıb və deyilməsinə siyasi qadağa Əbu Bəkrin dövründən başlamışdır. Bu siyasət ikinçi xəlifənin dövründə şiddətlə davam edirdi və bütün məntəqələrdə icra olunurdu. Bu işdə itaətsizlik edənlər cəzalandırılırdı.4 Tarix mənbələrinə əsasən Rəsulullahın (s) Hədisinin yazmağına qoyulan siyasi qadağa o həzrətin həyatında da bəzi səhabələr tərəfindən təbliğ olunurdu. Əmir ibn Asın oğlu Addulla deyir: Mən Peyğəmbərin vaxtında o həzrətin dediklərini yazırdım. Qureyş (bəzi səhabələr) məni bu işdən cəkindirib deyirdilər: Nəyə görə Peyğəməbər hər ne deyir yazırsan! O da bir insan kimi qəzəbli və ya şad olanda bir söz deyir (ola bilsin şad olan halda birini tərifləsin və qəzəbli olan halda birini pisləsin) Mən də bir müddət hədis yazmağı tərk etdim və mövzunu Rəsulullaha (s) dedim. Peyğəmbər buyurdu: Mənim dediklərimi yaz and olsun o kəsə ki,canım onun əlindədir. Mən haqq sözdən başqa bir söz demirəm5. Bu hadisə bu həqiqəti catdırır ki, o aparılan siyasət çox illər qabaqdan söyləyəcəklərimiz bəzi dəlillərə görə bir qrup adamın diqqət mərkəzində idi və onun ən zirvə həddi Peyğəmbərin vəsiyyətnaməsinin yazılmasının qabağını almaqda müşahidə olundu. O, ihanətli cümləki ان الرجل ... حسبنا کتاب الله) ) Peyğəmbərə rəva görüldü aşkar surətdə Peyğəmbərdən olan hədislərin qabağını almasında birinci və ən mühüm addım idi. Bu siyasətin icrasında tədricən (Əməvilərin xilafətinin sonuna qədər6) neçə addımlar atıldı.

1.İslam məntəqələrinə sərəncam göndərmək.

2.Hədis rəvayət edən səhabələrin Mədinədən çıxmasının qarşısı alınması.

3.Ayələrin təfsirlərini Quran kənarında yazılmasının qarşısını almaq.

4.Tövrat və İncilin təhrif olunmuş xürafi hekayələrinin yayılması.

5.Peyğəmbərin haqqında hədis yazmağı qadağan etməsi barəsində hədislər düzəldilməsi.

6.Xlifələrin məqam və mənziləti haqqında hədis düzəldilməsi.

7.Əli (ə) və onun ailəsinin məzəmmət olunması barsində hədis düzəldilməsi.



HƏDİS RAVİLƏRİNİN TOPLANMASI


İkinci xəlifənin dövründə onun göstərişi ilə hədis ravilərindən bir neçə nəfər Mədinəyə çağırılıb, orada da qalmalı oldular. Onlar Mədinədən kənara çıxmaq və hədis söyləmək hüquqlarına malik deyildilər. Xəlifə onları belə sorğu-suala tuturdu: “Sizin şəhərlərdə yaydığınız hədislər nədir?” Onlar cavabında deyirdilər: “Bizi hədis söyləməkdən qadağan edirsənmi?” Xəlifə deyirdi: “Xeyr, lakin sizdən istəyirəm ki, sağ olduğum vaxta qədər mənim yanımdan (Mədinədən) getməyəsiniz. Biz yaxşı bilirik ki, sizin hansı hədislərini qəbul edək və hansılarını qəbul etməyək!” Beləliklə, onlar ömürlərinin sonuna qədər Mədinədə qaldılar.1 Onlar Əbuzər, Abdullah ibn Məs`ud, Abdullah ibn Hüzeyfə, Əbu Dərda və Əqəbə ibn Amir idilər.2

Bu hörmətli şəxslər şübhəsiz, qeyri-səhih hədislər nəql etmirdilər. Belə isə, hansı səbəb üzündən hədis nəql etməkdən məhrum olunurdular? Onların hədislərini kimlər qəbul etmirdilər?!3

Qərzə ibn Kə`b deyir: “Bir zaman xəlifə məni və səhabələrdən bir neçə nəfəri Kufəyə göndərdi və Mədinənin ətraf məntəqələrinə qədər bizi yola salmaq üçün bizimlə birgə hərəkət etdi. Sonra dedi: “Bilirsiniz ki, sizi yola salmaqda məqsədim nədir?” Dedik: “Bizə ehtiram üçün!” Dedi: “Əlbəttə, doğrudur, lakin başqa məqsədim vardır. Siz elə bir şəhərə gedirsiniz ki, oranın əhalisi məscid və təşkilatlarının fəzasını Qur`an oxumaqla ətirləmişlər. Sə`y edin ki, onları hədis söyləməklə yollarından çəkindirməyin, hədislə məşğul etməyin. Qur`anı hədisdən ayırın, heç bir hədisi onunla qatmayın. İmkan daxilində, Peyğəmbər (s)-dən az hədis nəql edin. Bilin ki, mən bu məqsədin gerçəkləşməsində sizə kömək edəcəyəm!”

Qərzə Kufəyə gəldikdə, camaat Peyğəmbəri-Əkrəm (s)-in buyurduğu hədisləri eşitmək məqsədilə onun ətrafına toplaşdılar. O isə deyirdi: “Xəlifə bizi Peyğəmbər (s)-in hədislərini deməkdən qadağan etmişdir!”4


TÖVRAT VƏ İNCİLİN TƏHRİF OLUNMUŞ HEKAYƏLƏRİNİN YAYILMASI


Beləcə, bir əsrə yaxın Peyğəmbəri-Əkrəm (s)-in buyuruq və hədislərinin yazılıb nəşr edilməsi qadağan olundu. Əsrin birinci rübündə hətta hədisi söyləmək belə, günah sayılırdı. Beləliklə, hədislər yalnız insanların sinələrində qalır və dünyasını dəyişən hər bir kəs bildikləri hədisləri özü ilə birlikdə qəbirə aparırdı. İslam dininə tabe olan görkəmli hədis raviləri Peyğəmbəri-Əkrəm (s)-in hədis və buyuruqlarını deməkdən məhrum və nəhy olunduqda, məsihi rahibi Təmim Dari və yəhudi Kə`bul-Əhbar5 kimilərə özlərinin təhrif olunmuş əqidə və hekayələrini, hədis və əhvalatlarını nəql etməyə icazə verildi. Təmim Dari Ömərin hökmranlığı dövründə xəlifənin təklifi ilə cümə namazının xütbələrindən öncə minbərə çıxıb, camaata söhbət edirdi. Osmanın dövründə onlar həftədə iki gün çıxış edirdilər.6 Onlar Peyğəmbəri-Əkrəm (s)-dən bir hədis belə eşitmədikləri üçün əməvilərin məzəmməti ilə bağlı bəyan olunan hədislərdən xəbərdar deyildilər. Əgər bu barədə bir şey eşitsəydilər də, onu demir və onun yerinə Qur`anın təfsiri ilə bağlı Tövrat və İncilin təhrif olunmuş əqidə və hekayələrini nəql edirdilər.

Bu minvalla, bir neçə müddətdən sonra müsəlmanlar arasında bir çox batil əqidələr yayıldı. Qur`an ayələrinin düzgün təfsiri təhrif olundu, yaxud gizli qalaraq, sonradan müsəlmanlar Peyğəmbəri-Əkrəm (s)-in hədislərinin yazılmasının əhəmiyyətini düşündükdə və qadağalar götürüldükdə, kitablarda İsrail oğullarının bir çox batil əqidə və düşüncələri, Peyğəmbəri-Əkrəm (s)-in hədis və sünnəsi ilə qarışdı, bə`zən onların ayırd edilməsi mümkün olmurdu. Bunlar müsəlmanlar arasında dərin inhiraf və azğınlıqlara səbəb oldu.


HƏDİS DÜZƏLTMƏK DÖVRÜ


Hədis demək və yazmağın qadağan olunması ilə yanaşı, bə`ziləri hədis nəql etməkdə azad idilər. Əbu Hüreyrə hədis düzəltmək və qondarmaqda seçilmiş şəxslərdən biri idi. O, Ömər ibn Xəttab tərəfindən Bəhreynin valisi olduğu zaman hədis deməyə icazəsi var idi. Mövcud əsərlərdə Əbu Hüreyrədən nəql olunan hədislərin bir qismi o dövrdə dediklərinin məhsulu, bir qismi ondan sonra bə`zilərinin düzəltdikləridir ki, hədisin sənəd silsiləsini ona nisbət vermişlər.1

O dövrdən qalan hədislər arasında aşağıdakı hədis gözə dəyir:

Əbu Hüreyrə deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Cəbrail mənim yanıma gəlib, əlimi qaldırdı və ümmətimin daxil olduğu behişt qapısını mənə göstərdi. Əbu Bəkr dedi: “Çox istərdim ki, sənin xidmətində olum və behiştə baxım!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Əbu Bəkr! Sən ümmətim içərisində behiştə girən birinci şəxssən!”2

Yenə deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dünya səmasında səksən min mələk Əbu Bəkr və Ömərin dostları üçün bağışlanmaq diləyir, ikinci səmada səksən min mələk onların düşmənlərini lə`nətləyirlər.”3

Aişə Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: “Bu ümmətdən əməl dəftəri sağ əlinə veriləcək birinci şəxs Əbu Bəkrdir. Əbu Bəkrdən başqa bütün insanlar sorğu-suala tutulacaqlar!”4

Əbu Səid Xuri deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim səma əhlindən Cəbrail və Mikail adlı iki vəzirim, yer əhlindən Əbu Bəkr və Ömər adlı iki vəzirim vardır.”5

Bə`zən bu hədisləri nəql edənin Əli ibn Əbi Talib, yaxud o həzrətin şiələrindən birinin olduğunu deyirlər. O cümlədən, Nüveyrə yazır: “Əli ibn Əbi Talib deyir ki, Peyğəmbəri-Əkrəm (s) Əbu Bəkrə belə buyurdu: “Ey Əbu Bəkr! Allah-taala Adəmin yarandığı vaxtdan qiyamətə qədər mənə iman gətirən hər bir kəsin savabını mənə, sənə isə mənim peyğəmbərliyə çatdığım gündən qiyamətə qədər mənə iman gətirənlərin savabını verəcəkdir.” (Sonra Nüveyrə əlavə edərək yazır ki, görəsən, bu savabların Əbu Bəkrə verilməsində səbəb nədir?)

Əmmar Yasirdən Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunur: “Elə indicə Peyğəmbəri-Əkrəm (s) mənim yanıma gəlmişdi. Ona dedim: “Ömər ibn Xəttabın səmadakı bə`zi fəzilətlərini mənə söylə!” O dedi: “Əgər doqquz yüz əlli il həyat sürən Nuhun yaşı qədər Ömərin fzilətlərini bəyan etsəm də, qurtarmaz və Ömər, Əbu Bəkrin həsənələrindən biridir!”6

İbn Abbasdan Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: “Qiyamət günü bir nəfər ərşin altından “Mühəmmədin səhabələrini gətirin!” – deyə səsləyər. Əbu Bəkr, Ömər və Osmanı gətirərlər. Əbu Bəkrə deyilər: “Behiştin qapısında dayan və ilahi mərhəmətə təvəssül etməklə istədiyin kəsi behiştə icazə ver və ilahi elmlə istədiyini ora girməkdən saxla!”7

Doğrudan da qəribədir ki, Müaviyənin dövründə hədis demək və yazmağın qadağan olunma siyasətini yozmaq üçün yüzlərlə saxta hədis düzəldilir ki, guya Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məndən bir şey yazmayın və hər kəs məndən Qur`andan başqa bir şey yazarsa, onu aradan aparın!”1 Digər tərəfdən isə elə həmin vaxtda xəlifələrin tə`rifi ilə bağlı minlərlə hədis nəql olunub yayılır və kimsə onun yazılıb yayılması və nəql olunmasının qarşısını almır.



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin