Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə43/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

MƏQSƏD VƏ SƏBƏBLƏR


O dövrün siyasətçiləri üçün Peyğəmbəri-Əkrəm (s)-in buyuruqlarının deyilib-yazılması nə kimi problemlər yaradırdı? Hansı növ hədislərin yayılması ümumiyyətlə hədis deyib-yazmağın qadağan olunmasına səbəb oldu? Necə ola bilər ki, bə`ziləri, yaxud bə`zi hədislər həmin siyasətin icrasından azad olundular?

Hədis demək və düzəltməkdə azad buraxılan kəslərin adlarını mütaliə etdikdə, eləcə də qadağan olunmuş hədisləri tanıdıqda, bu siyasətin hədəf və səbəbini asanlıqla başa düşmər olur.

Hədisləri böldükdə, xəlifələrin dövründə onların bə`zilərinin mövzuları xüsusi mövqe və həssasiyyətə malik olub və xəlifələrin üslubu ilə rəftar etmək istəyən hər bir hökmranın bu növ hədislərin yayılmasının qarşısını almaqdan başqa bir çarəsi olmayıbdır. Belə hədislərin yayılmasının qadağan olunması, ümumiyyətlə bütün hədislərin yayılmasının qarşısı alınmadan camaatın həssasiyyətini daha da artırır və hakim dairələrin problemlərini iki qat artırırdı.

Bir çox tarixi şahid və dəlillərə diqqət yetirməklə, xəlifələrin siyasəti ilə uyğun yayılması qadağan olunmuş hədislər bu qəbil hədislər olmuşlar:

1. İslam düşmənləri və münafiqlərin mahiyyətini ifşa edən hədislər. Buna əməvilərin məzəmməti ilə bağlı hədisləri misal göstərmək olar.

2. Əli (ə), Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beyti və bə`zi seçilmiş səhabələrin fəzilətlərini bəyan edən hədislər.

3. Siyasi məsələlər, Peyğəmbəri-Əkrəm (s)-in canişinliyi, hökumətin düzgün idarə üsulları və rəhbərlərin xüsusiyyətlərini açıqlayan hədislər.

4. Ayələrin təfsir və şərhi ilə bağlı buyurulan hədislər.

5. Peyğəmbəri-Əkrəm (s)-in sünnəsini və ictimai hökmləri bəyan edən hədislər.

İFŞAEDİCİ HƏDİSLƏR


Peyğəmbər (s)-in hədislərini nəql edib, yaymaq qadağan olunsa da, o həzrətin əməvilər sülaləsi, bə`zi münafiqlər və İslam düşmənlərini məzəmmət və lə`nət etməsi ilə bağlı hədisləri şiə və sünnü kitablarında mövcuddur.

Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql edir: “İlahi! Bu iki nəfəri (Müaviyə və Əmr ibn As) fitnəyə at və onları atəşdə məhv et!”2 Həmçinin buyurmuşdur: “Bu iki nəfər xeyir və səlah üçün heç vaxt əlbir olmayacaq3, yalnız hiylə məqsədilə bir-bir yerə cəm olacaqlar.”4

Təbəri, İbn Əbil-Hədid və İbn Cövzi yazırlar: “Müaviyə elə kəslərdəndir ki, Peyğəmbəri-Əkrəm (s) onu, atasını və oğlunu lə`nətləmişdir.”5 Həm şiə, həm də sünnü mənbələrində Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: “Müaviyəni mənim minbərimdə gördüyünüz zaman onu öldürün!”1

Bu rəvayətlər camaat arasında elə bir halda yayılırdı ki, Müaviyə ikinci xəlifənin dövründə mərkəzi hökumətin daxilində yerləşən ən mühüm ölkələrin birində fəaliyyət göstərir və işçi qüvvələr onun vasitəsilə tə`yin olunurdu. Buna görə də xəlifənin işçilərinin çoxu Bəni-Üməyyə tayfasından ibarət idi. Müaviyə və onun sülaləsi on illər belə Əli ibn Əbi Talib (ə)-ı – Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlunu minbərlərdə lə`nətləyir və ona nalayiq sözlər deyirdilər. O, bu işi görmək üçün öz vali və işçilərinə rəsmi göstəriş verdi. Əbdül-Həmid Mədayininin dediyi kimi, Əbu Hüreyrə, Müğeyrə ibn Şö`bə və Əmr As imam Əli (ə)-ın əleyhinə saxta hədis düzəltmək üçün Müaviyənin muzdurları idilər.2

Digər tərəfdən isə Ömər ibn Xəttabın əqidəsinə görə, hökumət mənsəblərini öhdəyə götürmək üçün siyasi bilik kifayət edir və pərhizkarlığa ehtiyac yoxdur. Buna əsasən, xəlifə əməvilərin məzəmməti ilə bağlı o qədər hədislərin varlığı ilə yanaşı, onların siyasətçi şəxslərindən necə istifadə edə bilməsin, ictimai və siyasi məqamları elə kəslərə tapşırsın ki, hər an onun əleyhinə müxalifət bayraqlarını qaldıra bilərdilər?!

Bundan əlavə, heç bir şəkk-şübhə yoxdur ki, onlar bu rəvayətləri müsəlman ictiması və qəbilələri arasında ixtilafın yaranmasının amili bilir və heç vaxt onlara əməl etməyə iltizamlı deyildilər. Beləliklə, heç kimin əməl etmədiyi hədislərin deyilib-yazılmasında heç bri fayda görmürdülər. Onların gümanınca, nə yaxşı olar ki, belə rəvayətlərin yazılışı qadağan olunsun ki, müsəlmanlar arasında ixtilaf və təfriqənin qarşısını alınsın, eləcə də bə`zilərindən hökumət məqamlarında istifadə edilsin. Bütün bunlardan əlavə, belə rəvayətlərin varlığı ilə hökumət müxalifəlirin əllərinə bəhanə verilməsin.

Şübhəsiz ki, əgər müsəlmanlar Bəni-Üməyyə tayfasının məzəmmət və lə`nəti ilə bağlı Peyğəmbəri-Əkrəm (s)-in hədislərinə əməl etmək istəsəydilər, xəlifələr bir an belə, onları müxtəlif məntəqələrdə valiliyə tə`yin edə bilməzdilər. Halbuki Müaviyə Osmanın hökumətinin sonuna kimi təqribən 22 il Şam vilayətinin valisi idi. Ondan sonra da 25 il elə orada qalmalı oldu. Əli ibn Əbi Talib (ə)-ın xilafətinin başlanğıcında o həzrət tərəfindən vəzifədən azad olunduqda, imama qarşı qalxaraq, müharibəyə əl atdı.

MƏNZİLƏT HƏDİSLƏRİ


Əli ibn Əbi Talib (ə)-ın, onun övladları, Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytinin digər üzvləri və seçilmiş səhabələrinin fəziləti ilə əlaqədar Peyğəmbəri-Əkrəm (s)-in buyuruqları qeyd edilənlərdən olduqca çoxdur. İndi isə həm şiə, həm də sünnü kitablarında mövcud olan çoxlu hədislərin bir neçəsinə diqqət yetirək:

“Əlini sevmək iman, onunla düşmənçilik etmək isə nifaq nişanəsidir.”3

“Əli məndən, mən isə Əlidənəm.”4

“Əliyə məhəbbət bəsləmədən məni sevən kəs yalan danışır.”5

“Əli haqq ilə, haqq da Əli ilədir!”6

Aydındır ki, Əli ibn Əbi Talibin müxalif rəhbərliyi ilə müsəlmanlar arasında belə rəvayətlərin yayılması elə çətin deyildi. Əgər bu hədislər hər tərəfə yayılsaydı, xəlifə camaatın “nə üçün Əli (ə) xanənişin olmuşdur?” – deyə e`tirazlarına nə cavab verəcəkdi? Məhz bu səbəbdən də başqa bir yol yox idi ki, belə rəvayətlərin yayılması və yazılmasının qarşısı alınsın. Bəlkə də elə bu məqsədi nəzərə alaraq, əməvilər sülaləsinin xəlifəlik dövrünün bir qismində nəinki Əli (ə)-dan tərəfdarlıq etmək günah sayılır, həm də heç bir müsəlman övladına Əli adını qoya bilmirdi.

Görkəmli əhli-sünnə tədqiqatçılarından biri yazır:

“Bəni-Üməyyənin xəlifəlik dövründə Əli ibn Əbi Talibin fəzilətlərini aşkar etmək qəti qadağan idi. Hətta əgər bir kəs Əlidən din hökmləri ilə bağlı bir hədis nəql etmək istəsəydi, onun adını aşkar şəkildə çəkiməyə və “Əli belə dedi!” – deməyə cür`ət etmirdi. Əksinə deyirdi ki, Zeynəbin atasının belə buyurduğu nəql olunmuşdur. (O tədqiqatçı alim əlavə edərək yazır:) “Əgər Allahın lütf və mərhəməti olmasaydı, Əlinin fəzilət və əsərləri Bəni-Üməyyə xəlifərinin dözülməz işkəncə və həbsləri nəticəsində camaatın dilindən tamamilə düşəcək və yadlardan elə silinəcəkdi ki, sanki Allah-taala belə bir kəsi əsla yaratmamışdır.1



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin