Mənəvi yüksəliş
Böyük Rəhbərin ictimai işlərdə olan böyük məsuliyyətləri heç zaman onun mənəvi yüksəlişinə mane olmur. O, rəhbərlik məqamında ən gərgin xidməti zamanı belə ibadət və təvəssülündən qalmır. Böyük Rəhbər rəhbərlikdən qabaq da bu xarakterdə idi. Siyasi və ictimai fəaliyyətlər bəzən mənəvi və ibadi məsələlər yolunda maneə törədir. Amma Ayətullah Xameneinin həyatında bu sahədə olan yüksəliş diqqət çəkir. O, gündəlik mənəvi proqramlarından, gecə ibadətlərindən əlavə, bəzən İmam Rzanın (ə) hərəminə gedir, bəzən gecə yarısı Cəmkəranda İmam Mehdi (əc) eşqi ilə yanır. O, heç zaman Allah övliyalarına təvəssülə, insan ruhunun və qəlbinin səfasına bais olan ibadətlərə fasilə vermir. O, Rəbbinin dərgahında bu hüzuru və arifanə ibadətləri çətin rəhbərlik vəzifələrinin yerinə yetirilməsində nəinki sədd bilmir, hətta bu ibadətləri xidmət sahəsində müvəffəqiyyətlərin açarı sayır.
Biz onu Allahın cəmiyyətə lütfü bilirik. Cəmkəran çox gecələr ağaya məkan olub. Camaat da şanlı rəhbərlərinin ibadətlərinə şahid olublar. Çox günlər Böyük Rəhbər ibadət halında İmam Əli ibn Musa Rzanın (ə) eşqində yanıb və müridlər bu halın həsrəti ilə böyük Allahdan belə bir hüzur diləyiblər.
Ayətullah Misbah Yəzdi
İbadət
İbadət zamanı Böyük Rəhbərin halı qeyri-adi olur. O, namaz zamanı elə həyəcanlı və diqqətli olur ki, onun arxasında namaz qılan şəxs vəsfəgəlməz mənəvi hal yaşayır. Mən iki dəfə bu halı hiss etmişəm: Bir dəfə İmam Xomeyninin arxasında Qum şəhərində namazda, digər dəfə Məscidül-həramda Həcərül-əsvədlə Məqam arasında ibadətdə. Bu hal mübarək ramazan ayında qeyri-adi olur. O, il ərzində Allah-taalanın dərgahına çoxlu dua və minacat edir, mübarək ayda isə bu raz-niyazlar olduqca artır. Böyük Rəhbərin Şəbaniyyə salavatı (şəban ayının salavatı) zamanı ruhani halı görməlidir. O, olduqca mətanətlə və özünəməxsus xüsusi həya ilə dua oxuyur və bunu başqalarına da tövsiyə edir. Böyük Rəhbər sutka ərzində cəmi dörd saat yatır. Qalan vaxtını ibadətə və rəhbərlik vəzifələrini yerinə yetirməyə sərf edir. Ağa Quma səfərdə işlərinin həcminin çoxluğuna baxmayaraq, Cəmkəran məscidinə getdi və səhərə qədər o məsciddə ibadətlə məşğul oldu. O, Tehranda da hər gecə saat 03:30 dəqiqədən sübhə qədər ibadətlə məşğul olur. Onun bu mənəviyyatı və ibadəti bizim hamımız üçün dərs və örnəkdir.
Höccətül-İslam Musəvi Kaşani
Dostları ilə paylaş: |