Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə123/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   119   120   121   122   123   124   125   126   ...   195
O YANA DÖNDƏR MƏNİ
O yana döndər məni, bu yana döndər məni,

Sağ yanım yaralıdı, sol yana döndər məni,

Ürəyimdə yara var, təbibə göndər məni.
Bu gələn yar özüdü, gözü ceyran gözüdü,

Bir keçdi tanımadım, bir baxdım, yar özüdü.


Evlərində qalı var, dodağında balı var,

Mən yarımı tanıram, yanağında xalı var.


Bu dağlar uca dağlar, bülbüllər yuva bağlar,

Gözlərində cadu var, baxdıqca dilim bağlar.


ÇIXDIM DƏRBƏND BAŞINA
Çıxdım Dərbənd başına, yazı yazdım daşına,

Gəlib-gedən oxusun, nələr gəldi başıma.


Dərbənd başı toz olar, dəstə-dəstə qız olar,

Əyil dəsmalın götü, mən götürsəm söz olar.


Dərbənd başı tütündi, yarın ağzı bütündü,

Əyil öpüm üzündən, dünya ölüm-itimdi.


SÜRMƏLİ QIZ
Sudan gələn sürməli qız,

Çox incidir kuzə səni.

Şux cəmalun şölə salır,

Gəlməyəsən gözə səni.


Kuzəsi çiyindən aşır,

Saçlar topuğa dolaşır,

Nə geysən, sənə yaraşır,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.

Kuzəni əlindən allam,

Qolumu boynuva sallam,

Ay qız səni özüm allam,

Di dur gəl, aman günüdü,

Sevgimin yaman günüdü.


Kuzəvə ipək düzərəm,

Eşqunlə çöllər gəzərəm,

Sənsiz mən necə dözərəm,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.
Kuzə suyu şərbət olar,

Bulaq üstə söhbət olar,

Mənsiz sənə zəhmət olar,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.
Evlərinin dalısın köçdüx,

Ayıldux, suyundan içdux,

Biz bu yerə qərib düşdüx,

Ay qız, gəl, aman günüdü,

Sevgimin yaman günüdü.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin