Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə174/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   170   171   172   173   174   175   176   177   ...   195
Ramazan ayında işlənən adətlər
Ev qadınları orucluq ayına on gün qalandan hazırlıq görmə­yə başlayarlar. Düyü unu, firni, baləng mürəbbəsi, püstəgülü mürəbbəsi, ziriş mürəbbəsi düzəldirlər. Bunları iftar üçün ha­zırlayırdılar.

Camaat gecələr məscidə gedərdi. Orada qəza namazı qılar­dılar, dua oxuyub, rövzəyə, movizəyə quluq asardılar. Camaat obaşdana bir saat qalana kimi məsciddə olardı. Sonra da obaş­danlıq yeyərdilər. O zaman obaşdanlıq zamanının qurtarmağını elan etmək üçün top atəşindən istifadə edərdilər. Camaat obaş­dandan sonra oyaq qalardı. Sübh azanına kimi dua oxuyardılar. Azan vaxtı namazlarını qılıb yatardılar. Sabah axşama dörd saat qalanda yuxudan oyanıb, genə də məscidə gedərdilər. İftaracan məsciddə namaz qılıb dua eləyərdilər.

Evlərdə iftara yarım saat qalanda süfrə döşənərdi. Süfrəyə çoxlu yemək düzərdilər. Gildik aşı, firni, yəxdərbehişt, mürəb­bəcat, küftərizə, kotlet, kükü, abguşt, çilo kabab, fətir, quymaq, pendir, stakanlarda isti su qoyardılar. Orucu su ilə açardılar. Dalısıncan şirin çay içərdilər. İftardan əvvəl evin böyüyü iftar duası oxuyar, yanındakılar da yavaş-yavaş təkrar edərdilər.

Orucu açmaq zamanını elan etmək üçün top atardılar. Hər kəsin ölüsü orucluqdan əvvələ düşsəydi gərək on beş gün qapılarını gecədən keçənə kimi açıq qoyardılar. Bir neçə məcməyi iftarlıq hazır eləyərdilər. Ölüsü ölənin yaxın qohumları iftardan qabaq gələrdilər. Uzaq qohumlar iftardan sonra oruclu­ğun axır günü əvvəl fitrəni ayırırdılar. Sonra iftar açardılar. Axırıncı gecə əlvan şişə ilə aya baxardılar. Əgər ayı görsəydilər sabahı bayram tutardılar. Əgər görə bilməsəydilər Qum şəhə­rin­dən müctəhidlərin teleqrafını gözləyərdilər. Teleqraf gələndən sonra bayram tutardılar. Bayramı elan eləmək üçün də topdan is­tifadə edərdilər. Hamı bilərdi ki, bayram olub, sübh tezdən bay­ram namazına gedərdilər. Namazdan sonra alimlərin görüşünə gedərdilər. Bir-birinə “Namazın qəbul olsun” deyirdilər.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin