Azərbaycan Arxeologiyası



Yüklə 77.23 Kb.
tarix21.10.2017
ölçüsü77.23 Kb.

138

Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

TOY ADƏTLƏRİMTZ HAQQINDA Sevil Yusifova

(AMEA-nm Arxeologiya Etnoqrafiya institutu)
Ailə məişətinin tədqiqində toy adətlərinin araşdırılması mühüm yer tutur. Məhz bu adətlərlə ailənin əsası qoyulur, yeni qohumluq münasibətləri formalaşır. Mənbələrə və toplanmış çöl etnoqrafık materiallarına əsaslanaraq demək olar ki, Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da strukturuna görə toy adətləri üç yerə bölünür: toyaqədərki adətlər, toyun özü və toydansonrakı adətlər. Nə dərəcədə oxşar olsa da, ayrıca etnoqrafık zona olmaqla Naxçıvanda toy adətlərinin özünəməxsus xüsusiyyətləri vardır.

Toyaqədərki adətlər 6z xarakterinə görə üç hissədən ibarətdir: «Qızbə-yənmə», «Elçilik» və «Nişan»

«Qızbəyənmə» dərin tarixi kökləri olan adətlərdən biri kimi xalq arasın-da müxtəlif adlarla tanınır: «gözaltı etmə», «qız seçmək», «qız axtarmaq» və s.

Hələ çox əski zamanlardan oğlan özü qız seçib bəyənərmiş. Bu bizim qədim folklor nümunələrində geniş şəkildə əks olunmuşdur. Xüsusən də «Kitabi Dədə Qorqud» dastanında qızbəyənmə adəti diqqəti cəlb edir (1). Sonrakı inkişaf mərhələsində, xüsusən islamlaşmadan sonra bu vəzifəni daha çox oğlanın atası, anası, bacısı və yaxud başqa qohumları yerinə yetiribdilər. Gözaltı olunan qızm ailə vəziyyəti, səhhəti, xarici görkəmi, xasiyyəti, evdar-lığı hərtərəfli öyrənilirdi. Qızların ərə verilməsində başlıca rolu onun vali-deynləri, əsasən də atası oynayırdı. Lakin bəzi hallarda oğlan qızı toyda, bulaq başında və ya digər yerlərdə görüb bəyənərdi. Oğlanın ağsaqqal və ağ-birçəkləri onun seçimi ilə razı olsaydılar, qızı və onun ailəsini ətraflı oyrən-əndən sonra «sözalma» adətinə əməl edilirdi. Xalq arasmda buna «həalma» da deyilir (2).

«Elçilik». Qız tərəfı qohumluğa razılığım bildirəndən sonra oğlan evinə xəbər verilir ki, elçi gələ bilərlər.

Elçüiyə adətən axşam gedirdilər ki, başqaların bundan xəbəri olmasın. Ənənəvi olaraq hər iki tərəfdən hörmətli ağsaqqallar iştirak edirdilər. Adətə görə qızı ilk elçilik zamanı vermirlər. Bəzən elçilər qız evinə bir neçə dəfə gedirlər. Bir cəhəti də qeyd etmək lazımdır ki, nəticəsindən asılı olmayaraq elçilərə qarşı hörmətsizlik etmək olmazdı, əksinə, onlara nəzakətlə yanaşı-hrdı.

Razılıq verildikdən sonra ortaya şirniyyat gətirilir. Elçilərə şirin çay ve-rib deyirdilər: «§irin olsun. Qohumluğumuz axıracan olsun. Qoşa qarısmlar». Burada tərəflər «kəsi-biçi», «söz kəsmə» adətinə əməl edirlər, yəni oğlan evinin qız evinə verəcəyi toy xərci müzakirə olunurdu. Bütün razılaşmalar


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

əldə olunduqdan sonra oğlan anası qızm başına yaylıq bağlayıb və bəzən üzük də verirdi. Bununla da «bəlgə vermə» mərasimi icra olunurdu.

«Nişantaxma», «şirinlik» xalq arasında: «nişantaxma», «şirinlik», «qənd-qırma», «şirin», «şiriniçmə», «şərbət» və s. adlarla tanmır. «Nişantaxma» qız evində çpx təntənəli surətdə icra olunur. Bəzi yerlərdə bura qohumlar, yaxın adamlar dəvət olunur. Lakin kiçik kəndlərdə bütün camaat iştirak etdiyinə görə «nişantaxmaya» «elcari şirinlik» də deyirlər.

Nişantaxmada adətən qadm və kişi məclisləri bir-birindən ayrı keçiri-lərdi. Çox şənliklə keçirilən məclisdə dəvət olunanlara gəlinə gətirilmiş pal-tarlar nümayiş etdirilir. Onun başına yaylıq örtülür və barmağına üzük taxılır. Bütün bunları icra edənə (oğlanm bacısına) xələt verilir.

Naxçıvanın bəzi kəndlərində kəllə qəndin başını qırıb çay və yaxud müəyyən olunmuş xələtlərlə oğlana göndərilirdi və pay gətirən bəxşiş alırdı (3).

Şirinlikdən hamı bir tikə qənd götürüb özü ilə evinə aparırdı ki, onun ailəsinin cavanlarına da toy qismət olsun.

Nişantaxmadan sonra nişanlıq dövrü başlamr. Oğlan tərəfi Novruz və Qurban bayramlarında nişanlı qıza pay aparırdı. Təzə meyvələrdən ona nübar göndərilirdi. Muxtar respublikanın Xıdır bayramı qeyd edilən yerlərində gəlin evindən bəyə pay aparmaq indi də bir el adəti kimi qalmaqdadır. Nişanlıq dövründə oğlanı qız evinə qonaq dəvət edirlər. «Ayaq açdı», «Bəyin ayaqaçdısı» adlanan bu adət oğlanın qız evinə sərbəst gedib-gəlməsi üçün edilirdi. Adətən belə qonaqlıqda oğlanın dostları, bəzən onun valideyn-ləri və qızın qardaşları iştirak edirlər. «Ayaq açdı» mərasimindən sonra oğlana yalnız nəzarət altında qızla görüşməyə icazə verilirdi. Nişanlıq müddətində oğlan və qız evi toya hazırlaşırlar.

Toy. Toydan öncə «toy məsləhəti» icra olunurdu. Oğlan və qızm ağsaqqalları toyun hazırlığına dair məsləhətləşmələr aparırdılar. Bu zaman oğlan tərəfınin qız evinə çatacağı toy xərcinin həcmini dəqiqləşdirirlər. El arasında buna «kəsmət kəsmə», «kəsmət etmə», «kəsi-biçi» də deyilirdi.

Toy ərəfəsində oğlan və qız evində toy çörəyi bişirilirdi. Qohum və qonşular müxtəlif hədiyyələrlə təbriklər üçün təndir üstünə gəlirlər.

Toyun birinci günü, bəzi kəndlərdə isə toya bir həftə qalmış «paltar biçmə», «parça biçimi», «рагса арагта» mərasimi keçirilirdi. «Paltar biçmə» qadııılar tərəfındən icra olunan qədim təmtəraqlı adətlərimizdən biridir. Parça aparmaq üçün oğlan evinin yaxın qohumları, qonşuları çağırılırdı. Dəvət olunanların hədiyyələrini də əlavə edərək xonçalar (tabaqlar) bəzədilib gəlin evinə, bir sıra yerlərdə musiqiçilərin müşayiətilə aparıhrdı.

Adətə uyğun olaraq gəlinə paltar biçmədən qabaq dərzi elan edir ki, «qayçı kəsmir, itilənməlidir». Bəy və gəlinin qohumları parçanın üstünə pul atırlar, dərziyə xələt verilir və şənlik davam edir.


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4

Naxçıvan toyları bütün Azərbaycanda olduğu kimi payız aylarında baş-layırdı və 3-4 gün davam edərdi. Toyun birinci günü «yığıncaq» adlanırdı və çpx şux və dəbdəbəli keçirdi. Ordubad şəhərində və ətraf kəndlərdə qadın və kişi toyları ayn-ayrı olurdu. Digər bölgələrdə isə toylar qarışıq keçiril-mişdir. Toyun ikinci günü «xına gecəsi» adlanır. Gündüz şənliklərindən son­ra gecə oğlan evindən qıza musiqi ilə xma tabağı aparılır. Xına toy, şadlıq rəmzi daşıyaraq gəlinin əl və ayaqlarına yaxılırdı. Bu mərasim böyük təmtə-raqla icra olunur, bəy üçün xına payı göndərilirdi. B.Abdullanm məlumatın-dan aydm olur ki, xına ilə bağlı adətlər Azərbaycanın digər bölgələrində də geniş yayılmışdır (4).

Toyun sonuncu günü şəhərlərdə və hamam olan kəndlərdə bəyin və gəlinin hamama getmə mərasimləri təntənəli surətdə keçirilirdi. Gəlin gələcək ər evinə köçürülmək üçün bəzəkçi tərəfındən bəzədilərdi.

Gəlin atası evindən çıxmamışdan öncə bəyin qardaşı və ya atası onun belini üç dəfə bağlayırdı. Atası qızına xeyir-dua verir. Gəlinin oğlan evinə aparılması «gəlin арагта», «qız köçürmə» adlanırdı. Gəlin köçən zaman «qapı kəsmə» icra olunur və adətə görə qapı kəsənə «qapı pulu» verilir. Gəlinin ata ocağmın başına dolanmaq, onun üzünə güzgü (ayna) tutmaq, to­yuq və çıraq vermək, başına buğda, pul, şirniyyat, alma atmaq, qucağına oğ-lan uşağı oturtmaq deyilən mərasimin əsas atributlarındandır. Xalqımızın inamlarına görə bütün bunlar dini-magik mahiyyət daşıyaraq yeni ailə quranların xoşbəxt, dövlətli, çoxuşaqlı olmalarma xidmət edir.

«Duvaq», «duvaq qapma» mərasimi toydansomakı adətlərə daxildir. Toyun səhərisi gəlinin başmdan örpəyi (duvağı) oğlan uşağı qaparaq onu barlı ağacm üstünə atardı. Bu təzə gəlinin tezliklə ana olması mənasmı daşıyır.

Bir sıra kəndlərdə duvaq günü qızın cehizləri oğlan evinə gətirilir. Toydan 3 gün sonra cavanlar «üzə çıxma», «əl öpmə» adətinə uyğun olaraq qızm ata evinə qonaq çağırılırlar.

Muxtar respublikanm ərazisində aparılan etnoqrafik müşahidələr göstərir ki, son onilliklərdə azərbaycanhlarm ailə məişətində mühüm dəyişikliklər baş vermişdir. Bu baxımdan diqqəti cəlb edən məsələlərdən biri evlənənlərin nigah mərasimidir.

Müasir toy adətlərinin tərkib hissəsi və yaddaqalan anlarmdan biri olan evlənənlərin nigahlarımn VVAQ şöbələrində qohum, dost və yaxm adamlarm iştirakı ilə təntənəli surətdə qeydə almmasıdır. Müasir dəbdəbəli toy paltarı geyinmiş gəlin və bəy bir-birlərinin barmaqlarına nişan üzüyü taxırlar. VVAQ nümayəndəsi, yaxmdakılar onları təbrik edir, xoşbəxtlik, ailə səadəti arzulayırlar. Onlara tər gül dəstələri təqdim olunur, şirniyyat paylanır. Ənənəvi olaraq mərasim iştirakçılarınm fotoşəkilləri çəkilir. Sonra rəngli lent güllərlə bəzədilmiş avtomobillərə əyləşib bu əlamətdar hadisəni qeyd etmək üçün səs-küylə qız evinə yollanırlar.

Ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, Qafqaz və türk xalqlarmın toy adətlərində oxşar cəhətlərlə yanaşı özünəməxsus ənənəvi xüsusiyyətlər də mövcuddur. Bu mənada bu və digər Şərq xalqları arasmda azərbaycanlılann da xüsusi yeri vardır. Lakin araşdırmalanmız göstərir ki, son dövrlər Azərbaycanda, о cümlədən Naxçıvanda adət-ənənələrimizin transformasiyası nəticəsində toylanmızın milliliyini simvollaşdıran bəzi cəhətlər aradan tamamilə çıxmışdır. Bu baxımdan bəy və gəlinin toy paltarı xüsusi diqqəti cəlb edir. Bununla əlaqədar aşağıdakı təklifləri vermək yerinə düşərdi.

Yaxşı olardı ki, toyla bağlı geyim və bəzəklərdə milli cəhətlərə üstünlük verilməklə bir sıra xoşagəlməz hallar aradan qaldırılsm. Toylarda kütləvi milli rəqslərə, xalq musiqisinə və aşıq məclislərinə xüsusi diqqət yetirilsin. Ümumiyyətlə mərasimin keçirilməsində və bütün toy adətlərinin icra olunmasında Azərbaycan milli ruhu açıq-aşkar hiss olunmalıdır.

Nəticədə qeyd etmək lazımdır ki, toy adətlərimiz xalqımızm uzaq keçmişində formalaşmış, onların müsbət cəhətləri ənənəyə çevrilib qorunub saxlamlmalıdır.
ƏDƏBlYYƏAT

l.Kitabi Dədə Qorqud. Bakı, 1988, s. 54-56.

2.Qədirzadə Hacı Qədir. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnoqraifk əlaqələr. Bakı, 2003, s.47.

  1. Qədirzadə Hacı Qədir, göstərilən əsəri, s.53.

  2. Бахлул Абдулла. Азербайджанский обрядовый фольклор и его поэтика.

Баку, 1990, с.143.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə