H. B. Allahverdiyev з. Т. Мяммядов investiSİya prosesləRİNİn təNZİMLƏNMƏSİ (dərslik)


Bir sıra dünya ölkələrində birbaşa qoyulan investisiya qoyuluşunun göstəriciləri (mlrd. ABŞ dolları)



Yüklə 400,94 Kb.
səhifə4/5
tarix14.01.2017
ölçüsü400,94 Kb.
#316
1   2   3   4   5

Bir sıra dünya ölkələrində birbaşa qoyulan investisiya qoyuluşunun göstəriciləri (mlrd. ABŞ dolları)

Aparılan hesablamalar göstərir ki, 1998-ci ildə Azərbaycan

Respublikası birbaşa investisiya qoyuluşu üzrə bir çox ölkələri ötüb keçmişdir. Belə ki, 1998-ci ildə respublikada birbaşa investisiya qoyuluşu 1,2 mlrd. ABŞ dolları olmuşdur. Belə geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» Qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının müdafiəçisi dövlətdir.

2.2. İnvestisiya fəaliyyəti və məşğulluq problemləri
İnvestisiya fəaliyyətinin müsbət nəticələrindən biri də bazar iqtisadiyyatı şəraitində məşğulluq probleminin həlli ilə bağlıdır. Məşğulluq haqqında qərb alimlərinin (C.Seyin, C.Keynsin) fikirlərinə tam uyğun olaraq qeyd etmək lazımdır ki, investisiya ilə məşğulluğun son dərəcə sıx və qarşılıqlı əlaqəsi mövcuddur. Belə ki, investisiya qoyuluşunda son məqsəd maksimum mənfəət əldə etməkdirsə, buna nail olmağın başlıca vasitəsi isə ölkədə məşğulluğun tənzimlənməsidir. Bunun üçün ölkənin malik olduğu milli sərvətlərdən tam və səmərəli istifadə edilməsi lazımdır. Cəmiyyətə istənilən həcmdə maddi nemətlər istehlak etmək və onun müqabilində xidmətlər göstərmək kimi problemlər investisiya qoyuluşlarının həcmindən və strukturundan bilavasitə asılıdır. Güclü iqtisadi potensiala malik olan ölkələrin təcrübəsi göstərir ki, istehsalın genişləndirilməsi, onun artım tempinin sürətləndirilməsi, bu sahədə çalışanların sayının getdikcə azalmasına, xidmət sferasında isə çalışanların sayının getdikcə azalmasına, xidmət sferasında isə çalışanların sayının artmasına gətirib çıxarır. Məhz buna görə də ölkədə daxili və xarici investisiya qoyuluşlarının artırılması əsasən iki istiqamətdə həyata keçirilməlidir. Birinci növbədə istehsal strukturunu bazar tələbatına səmərəli uzlaşdırmaq, idxalı azaltmaq və ixracı isə çoxaltmaq, digər tərəfdən isə istehsalın hər bir mərhələsində müvafiq sosial infrastrukturun inkişafının təmin edilməsidir. Aydındır ki, hər bir sahibkar öz fəaliyyətində lazımi qazanc-mənfəət əldə etmək fikrindədirsə, o, istər-istəməz istehsal heyətinin sosial vəziyyətini, xüsusilə əmək şəraitinin getdikcə yaxşılaşdırılmasını təmin etməlidir.

Müasir dövrdə Azərbaycan Respublikasının iqtisadiyyatının bazar modelinə keçməsi bir çox sosial problemlərin meydana gəlməsinə səbəb olur. Bunlardan biri də məşğulluq problemidir. Bazar iqtisadiyyatına keçid şəraitində bu problem daha da kəskin xarakt er almış və məşğulluğun təmin edilməsi, sosial siyasətin ən başlıca istiqamətlərindən birinə çevrilmişdir. Məşğulluq dedikdə, əhalinin yaşayış vasitələri əldə etmək üçün hər hansı faydalı fəaliyyətlə məşğul olunmasını başa düşürük. Qeyd etmək lazımdır ki, əhalinin məşğulluğunun təmin olunması problemlərinin mürəkkəbliyi ilk növbədə ondan irəli gəlir ki, keçən əsrin 80-ci illərində məhsuldar qüvvələrin yerləşdirilməsində buraxılmış səhflər əmək ehtiyatlarının bir qisminin işlə təmin olunmasına öz mənfi təsirini göstərmişdir. Digər tərəfdən son illər respublika iqtisadiyyatında yaranmış ictimai-sosial vəziyyət, dövlət müəssisələrinin fəaliyyətinin tamamilə və ya qismən dayanması, az səmərəli və səmərəsiz iş yerlərinin ləğv edilməsi əhalinin məşğulluğuna mənfi təsir göstərir.

Respublikamız keçmiş SSRİ-nin tərkibində olanda əmək qabiliyyətli əhalinin ictimai istehsala cəlb edilməsi və səmərəli istifadəsi demək olar ki, həyata keçirilmirdi. Lakin müasir dövrdə respublikamızın bazar iqtisadiyyatına keçid şəraitində olması, Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı və bir milyondan artıq qaçqın və köçkünün mövcudluğu ciddi surətdə məşğulluq problemlərini yaratmışdır. Göstərmək lazımdır ki, işğal olunmuş torpaqlarda 300 mindən çox iş yeri itirilmişdir. Eyni zamanda, bir çox müəssisələrin işləməməsi və ya tam gücü ilə işləməməsi ilə əlaqədar olaraq bu sahələrdə məşğul əhalinin çox hissəsinin əmək haqqı qismən ödənilməklə və ya ödənilməməklə məzuniyyətə çıxmasına səbəb olmuşdur.

Dövlət Statistika Komitəsinin materiallarından məlum olur ki, son illərdə ictimai istehsalda məşğulluğun artım tempi əmək qabiliyyətli əhalinin artım tempindən nəzərə çarpacaq dərəcədə geri qalır. Belə ki, 1990-cı ildə əmək qabiliyyətli əhalinin iqtisadiyyatda məşğul olmayan hissəsi 84,1 min nəfər və ya 2,0% olduğu halda 1999-cu ildə isə 332 min nəfər və ya 7,9% olmuşdur.

Göstərmək lazımdır ki, 1990-cı ilə nisbətən 1999-cu ildə məşğul əhalinin iqtisadiyyat sahələri üzrə bölgüsü sənayedə 11,2%, tikintidə 4,8%, kənd təsərrüfatında 2,6%, təhsildə 3,5%, səhiyyə və sosial təminatda 2,3%, ticarət və ictimai iaşədə, maddi texniki-təchizat və satışda 13,7%, maliyyə, idarəetmə orqanlarında və digər sahələrdə 14,2% artmışdır. Deməli, məşğulluq ticarətin, idarəetmə orqanlarının və digər sahələrin hesabına artmışdır.

Qeyd etmək lazımdır ki, işsiz əhalinin sosial müdafiəsi sahəsində 1991-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində «Baş məşğulluq idarəsi» yaradılmışdır ki, bu da son illərdə mühüm işlər görmüşdür. Belə ki, bu idarənin təşəbbüsü ilə respublikamızın bir neçə iri şəhərlərini əhatə edən «Əmək yarmarkalarında» minlərlə insan iştirak etmiş və onların çoxu işlə təmin edilmişdir.

Bazar iqtisadiyyatı şəraitində respublika iqtisadiyyatının inkişafı ilk növbədə pul-kredit sahəsində radikal islahatların aparılmasından və bu sahədə investisiya fəaliyyətinin aktivləşməsindən asılıdır. Ölkə iqtisadiyyatına investisiya resurslarının axını əsasən neft-qaz sənayesinə yönəldilməsi nəticəsində digər sahələrdə investisiya «qıtlığı» olmuşdur. Qeyd etmək lazımdır ki, respublikanın aqrar sahəsində investisiya qıtlığı perspektiv dövrdə ərzaq probleminin həllində müəyyən çətinliklər törədə bilər. İnvestisiya qoyuluşlarının aqrar sahədə qıtlığı son nəticədə kənd təsərrüfatında kütləvi işsizliyin yaranmasına səbəb ola bilər. Kənd təsərrüfatında bu problemin həlli istiqamətlərindən biri aqrar sahəyə daxili və xarici investisiyaların cəlb olunmasını sürətləndirməkdən, səmərəli investisiya mühitinin formalaşmasından ibarətdir.

Son illər respublikamızda aqrar istehsalını stimullaşdırılması xeyli aktivləşdirilmişdir. Göstərmək olar ki, pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsi və xarici kapitalın buraya cəlb olunması, Bakı tütün kombinatına 50 mln. ABŞ dolları məbləğində xarici investisiyaların qoyulması respublikamızda aqrar sənayenin inkişafına müsbət təsir etmişdir. Bu sahədə investisiya qoyuluşu emal sənayesində 700 iş yerlərinin bərpasına, aqrar sahənin tütünçülük bölməsində isə 20 mindən çox kənd əhalisinin cəlb olunmasına, pambıqçılıq rayonlarında işsizliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.

İnvestisiya qoyuluşları ümumi tələbata, milli daxili məhsulun həcminə və məşğulluğa təsir göstərir. Əhalinin gəlirləri, onun dinamikası ölkədə makroiqtisadi proseslərin həyata keçirilməsinə və tənzimlənməsinə də təsir edir.

Makroiqtisadi göstəricilər sistemində məşğulluq problemi ən mühüm göstəricilərdən biri hesab edilir. Ümumiyyətlə, əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafın tərkib hissəsi hesab edilir. Belə ki, hər bir vətəndaşın ictimai yararlı fəaliyyəti şəxsi və ictimai tələbatın ödənilməsində mühüm rol oynayır. Məhz buna görə də keçid iqtisadiyyatı şəraitində Azərbaycanda məşğulluq probleminin həlli kiçik orta sahibkarlığın və daha sonra iri sahibkarlığın formalaşması və inkişafı ilə bağlıdır. Respublikamızda yeraltı sərvətlərin istifadəsi və xüsusilə neft, qaz və kimya sənaye sahələrin inkişafı ilə əlaqədar xarici investisiya qoyuluşlarının getdikcə güclənməsi bu problemin həllində müstəsna rol oynaya bilər. Qeyd etmək lazımdır ki, Qafqaz regionunda Azərbaycan Respublikası əhali artımı nöqteyi-nəzərindən müəyyən üstünlüklərə malikdir. Belə ki, 1998-ci ilin statistik məlumatlarına əsasən hər 1000 nəfərə görə təbii artım 9 nəfər təşkil etmişdir. Lakin, Azərbaycanda 1998-ci ildən başlayaraq baş vermiş siyasi, iqtisadi, sosial dəyişikliklər, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiası nəticəsində öz doğma dədə-baba ərazilərindən azərbaycanlıların deportasiyaya uğraması nəticəsində Ermənistandan 260 min nəfərdən çox əhalinin qovulmasına Azərbaycanda 1 milyondan çox qaçqın və köçkün əmələ gəlməsinə səbəb olmuşdur ki, bu da əhalinin artım tempinə son dərəcə mənfi təsir göstərmişdir. Statistik məlumatlara görə 1980-ci ildə hər 1000 nəfər hesabına 27 nəfər artım olduğu halda, indi bu mühüm göstərici 3 dəfə azalmışdır. Demoqrafik proseslərin vəziyyəti məşğulluq problemində son dərəcə gərginliyə səbəb olmuşdur. Belə ki, işsizlik getdikcə dərinləşmiş və əhalinin böyük əksəriyyəti mərkəzi şəhərlərə axın etmişlər. Təhlil göstərir ki, 1998-ci ildə əmək fəaliyyəti ilə məşğul olanların sayı 3701,5 min nəfər təşkil etmişdir. Qeyri-dövlət bölməsində çalışanların xüsusi çəkisi 47 faiz təşkil etmişdir.

Buna baxmayaraq işsizlərin sayı 1999-cu ildə 1,4% olmuşdur. Buna səbəb olan amillərdən: yaranmış iqtisadi böhranı, tamamilə dayanmış dövlət müəssisələrini, iqtisadi əlaqələrin pozulmasını və s. göstərmək olar. Statistik göstəricilərə görə respublikamızda 1998-ci ildə 42,3 min nəfər və 1999-cu ildə isə 45,1 min nəfər məşğulluq mərkəzində işsizliyə görə qeydiyyatdan keçmişlər.

1998-ci ildə respublika əhalisinin Dövlət məşğulluq xidmətləri orqanlarına işlə təmin olunmaq üçün müraciət etmiş 207,6 min nəfər vətəndaşların 23,7 min nəfəri yəni 11,4%-i işlə təmin olunmuşdur. Məşğulluq xidmətinə işə düzəltmək üçün müraciət edənlərin 51,2%-ni, işə düzələnlərin isə 64,5%-ni qadınlar təşkil edir. İşə düzələnlərin 94,5%-i dövlət müəssisələrinin, 4,3%-i kollektiv təsərrüfatların və s. payına düşmüşdür.

Respublikada işsizliyin qarşısının alınması və bu problemin həll edilməsi məqsədi ilə əhalinin yaşadığı bütün ərazilər üzrə məşğulluq proqramının işlənib hazırlanması və onun həyata keçirilməsi dövlət nəzarətində olmalıdır. Müasir dövrdə işsizliyin aradan qalıdırılmasının əsas yolu kiçik və orta müssəisələrin yaradılmasına və inkişafına hərtərəfli şərait yaratmaq və dövlət səviyyəsində ona köməklik göstərməkdir.

Göründüyü kimi respublikada məşğulluq problemi son dərəcə kəskin vəziyyət almışdır. Daxili bazarın formalaşdırılması ölkədə özəlləşdirmə prosesinin sürətləndirilməsini tələb edir. Dövlət Əmlak Komitəsinin həmin dövrdə rəsmi məlumatlarına əsasən özəlləşdirilmiş müəssisələrin 450-dən çoxu orta və iri səhmdar cəmiyyətlərinə çevrilmişdir. İqtisadiyyatın əsaslı surətdə transformasiya edilməsi investisiya fəaliyyətinin gücləndirilməsini tələb edir. Araşdırmalar göstərir ki, xarici investorlar neft-qaz istehsalı ilə yanaşı mövcud sənaye müəssisələrini almaq, onu yenidən bazar münasibətlərinə uyğun qurmaq əvəzinə yeni müəssisələrin tikilməsinə üstünlük verirlər. Belə bir şəraitdə, respublikada sahibkarlığın inkişafı, onun maliyyələşdirilməsi daxili imkanlar hesabına həyata keçirilə bilər. Respublikada məşğulluq problemi ilə əlaqədar olaraq yeni iş yerlərinin yaradılması və bununla bağlı istehsal və sosial infrastrukturun formalaşması həm də müəyyən vaxtla əlaqədardır. Odur ki, məşğulluq problemini ləngitmək məqsədi ilə ölkədə, mütəşəkkil əmək bazarı yaradılmalı və bununla bağlı MDB və uzaq xarici ölkələrə işləmək üçün göndərilməsi nəzərdə tutulan işçilərin ixtisas səviyyəsinin getdikcə yüksəldilməsinə nail olmaq lazımdır.

İşsizlik probleminin aradan qaldırılmasının əsas yolu mövcud istehsal müəssisələrin tam gücü ilə işləməsini təmin etmək, yeni iş yerləri açmaq, yəni yeni istehsal müəssisələrinin yaradılıb işə düşməsini təşkil etməkdir.

İnkişaf etmiş dünya dövlətlərinin təcrübəsi göstərmişdir ki, iş qabiliyyətli əhalinin 50-55%-i məhz kiçik müəssisələrdə işləyirlər. Müasir dövrdə iqtisadiyyatımızın da bu istiqamətdə inkişaf etdirilməsi məqsədəuyğun hesab edilə bilər.

Göstərmək lazımdır ki, əgər keçən əsrin 80-ci illərində emiqrantların əsas hissəsini orta və natamam orta təhsillilər təşkil edirdisə, 90-cı illərdə respublikadan yüksək ixtisasa malik olan kadrlar gedirlər. Buna görə də əhalini ictimai istehsala cəlb etmək üçün ilk növbədə iqtisadi ishalatlar həyata keçirməklə, işləməyən müəssisələrin işə düşməsinə və yeni iş yerlərini təşkil edilməsinə nail olmaq lazımdır.

Müasir dövrdə dövlətin əsas məqsədi istehsal proseslərindən kənarda qalan əmək qabiliyyətli əhalinin tam və səmərəli məşğulluğuna nail olmağa şərait yaratmaqdan idarətdir. Bunlara nail olmaq üçün aşağıdakı tədbirldərin həyata keçirilməsi zəruridir:

- müasir dövrün tələblərinə uyğun olaraq yüksək ixtisaslı kardlar hazırlamaq;

- daxili və beynəlxalq bazarların tələbatına uyğun olan istehsal sahələri yaratmaq;

- işdən azad olmuş vətəndaşların yeni ixtisasa yiyələnməsinə kömək etmək;

- mütəxəssislərin çoxprofilli inkişafına, yenidən ixtisaslaşmasına şərait yaratmaq;

- iş yerlərindən daha səmərəli istifadə etmək və s.

Odur ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün məşğulluq və əmək bazarı ilə əlaqədar bütün iqtisadi, hüquqi və s. məsələlər bir-biri ilə qarşılıqlı surətdə həyata keçirilməlidir. Bunların müvəfəqiyyətli həlli isə dövlət səviyyəsindən tutmuş aşağı səviyyəyədək normativ sənədlərin keyfiyyətindən, vaxtında həyata keçirilməsindən və bu məqsəd üçün ayrılan investisiya qoyuluşlarının həcmindən və onlardan səmərəli istifadə edilməsindən asılıdır.


2.3. Sosial infrastrukturun inkişafında investisiyanın rolu
Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin mühüm atributlarından biri də dövlətin sosial siyasətidir. Dövlətin sosial siyasəti isə əsasən əhalinin sosial müdafiəsi üzərində qurulur ki, onun da əsas istiqaməti əhalinin sosial müdafiəsini təmin etmək, dövlət təminatı vasitəsilə əhalinin həyat səviyyəsindəki gərginlik meyllərinin aradan qaldırılmasından ibarətdir. Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərə tam uyğun olaraq sosial infrastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası daha da genişləndirilməlidir. Belə ki, bazar iqtisadiyyatına keçid respublikamızda sosial infrastrukturun sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmışdır. Deməli, respublikanın hər bir konkret regionunda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Belə ki, respublikada sosial infrastrukturun formalaşdırılması və inkişafı dövlətin apardığı sosial siyasə tam uyğun olaraq tənzimlənməlidir. Göstərmək lazımdır ki, sosial infrastrukturun formalaşdırılması istiqamətində ən mühüm vəzifə hər bir regionda istehsal strukturunun bazar iqtisadiyyatı tələbləri əsasında təkmilləşdirilməsidir. Respublikada əhalinin məşğulluq səviyyəsi, sıxflığı, cinsi tərkibi, əhalinin həyat səviyyəsi, milli etnik xarakterli amillər sosial siyasətdə və infrastrukturun formalaşmasında nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə sosial infrastruktur sahələrinin yüksək inkişafını nəzərdə tutmaqla, eyni zamanda sosial yönümlü bazar iqtisadiyyatı mobelinə daha çox üstünlük verilir. Bazar münasibətləri şəraitndə sosial infrastruktur sahələrinin inkişafına, xüsusilə onun maliyyələşdirilməsi əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.

Məlumdur ki, geniş investisiya axınının əsas məqsədi lazımi mənfəət əldə etməklə yanaşı, əhalinin sosial vəziyyətini getdikcə yaxşılaşdırmaqdan ibarətdir. Məhz buna görə də respblikamızda investisiya qoyuluşlarının sosial yönümünü gücləndirmək lazımdır. Bu baxımdan xarici investorların fəaliyyəti nəticəsində strateji əhəmiyyət kəsb edən sahələrin xüsusilə, neft, qaz, kimya sənaye sahələrinin sürətli inkişafını təmin etməklə yanaşı, həm də müvafiq sosial infrastrukturun formalaşdırılmasını da təşkil etmək lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində bütövlükdə respublikada, o cümlədən, onun regionlarında sosial infratsrukturun formalaşması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, keçmiş ittifaq dağıldıqdan sonra Azərbaycan Respublikasının özünə məxsus sosial-iqtisadi problemləri meydana çıxmaqla, onun qəti həlli də mühüm vəzifə kimi qarşıda durur. Əgər keçmiş ittifaq dövründə sosial-iqtisadi inkişaf problemləri mərkəzləşdirilmiş qaydada, vahid reseptlə həll edilirdisə, indiki müstəqillik və bazar iqtisadiyyatı şəraitində bu ümumi problemlər ərazi xüsusiyyətlərinə, milli ənənələrə uyğun olaraq həll edilməlidir. Bu cəhətdən ölkə bir sıra çətinliklərə məruz qalmaqla, sosial inkişafı xeyli zəifləmiş və onun kompleks inkişafı təmin edilməmişdir. Ermənistan Respublikasının ölkəmizə təcavüzü nəticəsində respublikamızın sosial-iqtisadi inkişaf potensialına güclü zərbə vurmuşdur. Belə ki, müharibə zonası rayonlarında təsərrüfat fəaliyyəti dayandırılmış və sosial infrastruktur tamam dağılmışdır. Məlum olduğu kimi respublikamızın 20% torpağının müvəqqəti olsa da erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Odur ki, hazırda Azərbaycanda öz doğma ata-baba yurdlarından zorla qovulan qaçqınların sayı milyondan çoxdur. Şuşa, Kəlbəcər, Laçın, Əskəran, Qubadlı, Zəngilan, Füzuli, Ağdam və Cəbrayıl kimi iri rayonların dağıdılması nəticəsində sosial infrastruktur obyektləri tamamilə məhv edilmişdir. Ancaq müharibə zonasında 600-dən çox yaşayış məntəqəsi, 4000-dən çox müxtəlif istiqamətli sənaye və kənd təsərrüfatı müəssisəsi, ümumi sahəsi 6 milyon kv.metrdən çox olan 80 min yaşayış evləri və 2 mindən artıq sosial-mədəni obyektlər, o cümlədən 490 ümumi təhsil məktəbləri, 151 məktəöəqədər təlim-tərbiyə ocaqları və 200 tibb müəssisəsi tamamilə dağıdılmışdır. Təxmini hesablamalar göstərir ki, ancaq Azərbaycanın qədim diyarı olan Dağlıq Qarabağ qaçqınlarına 2,5-3,0 mlrd. ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Məhz buna görə də müasir müstəqillik şəraitində respublikada və xüsusilə onun tərkib hissəsi olan Dağlıq Qarabağ regionunda sosial infrastrukturun formalaşmasına və inkişafına güclü investisiya qoyuluşları tələb edilir. Digər tərəfdən, son illərdə respublikada sosial infrastruktur sahələrinin inkişafı zəifləməklə, bu mühüm sahədə çalışanların sayı xeyli azalmışdır.

Belə bir vəziyyət, kənd yerlərində xüsusilə nəzəri cəlb edir. Belə ki, kənd rayonlarında təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrində çalışan ixtisaslı mütəxəssislər çatışmır. Bunun nəticəsində bu mühüm sahələrdə çalışanların əksəriyyəti qeyri-ixtisas sahiblərindən ibarətdir. Buna görə də ictimai tələbatla bağlı olan səhiyyə və təhsilin dövlət tərəfindən tənzimlənməsi zəruriyyətə çevrilir. Onu da əlavə etsək ki, hələ keçmiş ittifaqın mərkəzləşdirilmiş planlaşdırılması nəticəsində respublikanın daxili regionlarında sosial infrastruktur sahələri zəif inkişaf etməklə, bir-birindən son dərəcə kəskin surətdə fərqlənirlər. Bu da investisiya qoyuluşlarına olan tələbatınartmasına səbəb olur.

Bazar iqtisadiyyatına keçid hər bir ərazidə sosial-infrastruktur sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda əhalinin sosial müdafiəsi real vəziyyətdən asılı olaraq düzgün müəyyənləşdirilməlidir. Mövcud iqtisadi münasibətlərin pozulduğu, yeni münasibətlərin isə hələ tam formalaşmadığı müasir dövrdə əhalinin sosial müdafiəsi dövlətin qarşısında duran ən aktual-strateji əhəmiyyət kəsb edən problemlərdən biri hesab edilir. Buna görə də iqtisadiyyatda baş verən dəyişikliklərə tam uyğun olaraq, hər bir regionda sosial-infrastrukturun tənzimlənməsində dövlətin rolu və funksiyası genişləndirilməlidir. Bu mürəkkəb və çoxcəhətli vəziyyəti tənzimləmək üçün makro və mikro səviyyələrdən asılı olaraq sosial infrastrukturun formalaşdırılması tamamilə yeni prinsiplərə əsaslanmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyətini, təbii-iqlim şəraitini, sosial-iqtisadi inkişafın mövcud səviyyəsi hesab edilir. Məlumdur ki, makroiqtisadi tənzimləmə abstrakt, ümumi icmal xarakter daşımaqla, sosial infrastrukturun formalaşmasını müəyyən mənada tədric edir. Buna görə də müasir qarışıq iqtisadiyyat şəraitində ən mühüm problem bazar iqtisadiyyatı tələblərinə tam uyğun olaraq sosial infrastrukturun formalaşması və tənzimlənməsidir. Cəmiyyət miqyasında sosial-infrastrukturun tərkib hissəsi hesab edilən sahələrin, xüsusilə, təhsilin, səhiyyənin və digər ictimai əhəmiyyəti yüksək olan sosial sferaların inkişafı dövlət büdcəsindən maliyyələşdirilməli və tənzimlənməlidir. Bununla belə, indiki müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına əsaslanan müəssisələrdə sosial infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsində dövlət seyrici mövqe tutmamalı, onun da tənzimlənməsində bilavasitə iştirakçısı olmalıdır.

Beləliklə, iqtisadiyyatda baş verən köklü dəyişikliklərə tam uyğun olaraq hər bir sahə və regionlarda sosial inkişafın formalaşmasında və tənzimlənməsində dövlətin rolu və funksiyası daha vda gücləndirilməlidir. Deməli, ölkədə bazar iqtisadiyyatının formalaşdırılması, xüsusilə iqtisadiyyatın strateji sahələrinə nəzərdə tutulan xarici investisiyalardan əldə edilən gəlirlərdən sosial infrastrukturun kompleks inkişafını təmin etmək üçün də istifadə edilməlidir.

FƏSİL 3. İNVESTİSİYA VƏ ƏSAS FONDLARIN TƏKRAR İSTEHSALI
3.1. Əsas fondların mahiyyəti, təsnifatı və strukturu
Maddi nemətlər istehsalında istehsal vasitələrinin və müvafiq əmək vərdişlərinə malik olan işçi qüvvəsinin olması zəruridir. İstehsal prosesinin əsasını əmək alətləri və əmək cismlərinin məcmusundan ibarət olan istehsal vasitələri təşkil edir. İstehsal vasitələri istehsal prosesinin maddi-əşya elementləri olmaqla, məhsuldar qüvvələrin tərkib hissəsi kimi fəaliyyət göstərir. İstehsal vasitələri əmək alətlərinə (maşın, mexanizm, müxtəlif avadanlıqlar və s.) əmək cisminə (xammal, material, yarımfabrikat, konstruksiyalar, müxtəlif hissələr və s.) bölünür.

Belə bir bölgü istehsalın maddi şəraitindən irəli gəlir və bütün ictimai-iqtisadi formasiyalarda mövcuddur. Hələ vaxtı ilə K.Marks yazmışdır: «… əmək prosesi hər hansı ictimai şəraitdə baş versə də, hər bir əmək prosesində istehsal vasitələri həmişə əmək vasitələrinə və əmək cisminə bölünür.»

İstehsal vasitələrinin mühüm hissəsini əmək vasitələri təşkil edir. İctimai-iqtisadi formasiyaların fərqini əmək vasitələrinin təkamülündə görən K.Marks yazmışdır: «İqtisadi dövrlərin fərqi onda deyildir ki, nə istehsal edilir, bundadır ki, necə istehsal edilir, hansı əmək vasitələri ilə istehsal edilir».

Əmək vasitələri dedikdə, binalar, qurğular, iş maşınları, güc maşınları, nəqliyyat və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi əmək alətidir və daha doğrusu, istehsal avadanlıqlarıdır ki, onları K.Marks oğrazlı şəkildə istehsalın sümük və əzələ sistemi adlandırmışdır. İstehsal prosesinin həmin maddi ünsürlərinə əsas istehsal fondları deyilir.

İstehsal fondlarının ünsürləri məhsulun hazırlanmasında da müxtəlif formada iştirak edirlər. İstehsal fondları məhsulun hazırlanmasında iştirak xarakterindən və dəyərinin hazır məhsula keçirilməsi formalarından asılı olaraq iki qrupa: əsas və dövriyyə fondlarına ayrılır.

Əsas istehsal fondlarının dövriyyə fondlarından fərqləndirici cəhət ondan ibarətdir ki, əsas istehsal fondları istehsal prosesində uzun müddət iştarak edərək öz maddi-əşya formasını saxlayır və dəyərini istehsal olunan məhsula hissə-hissə keçirir.

Dövriyyə istehsal fondları isə istehsal prosesində bir dəfə iştirak edərək maddi-əşya formasını saxlamır və öz dəyərini birdən-birə tamamilə hazır məhsula keçirir.

Əsas istehsal fondları maddi istehsal sferasında fəaliyyət göstərir, qeyri-istehsal təyinatlı əsas istehsal fondları əhalinin sosial-mədəni və məişət tələbatını ödəyir. Bu barədə daha geniş təsəvvürə malik olmaq üçün aşağıdakı sxemə nəzər salmaq kifayətdir (bax sxem 11).

Əsas fondların düzgün təsnifləşdirilməsinin nəzəri və praktiki əhəmiyyəti var. Bu hər şeydən əvvəl əsas fondun tərkibində baş verə biləcək dəyişikliklərin qanunauyğunluğu, uçot və planlaşdırılmasını, investisiya qoyuluşunun həcmini, istiqamətini və s. məqsədəuyğun müəyyən etməyə imkan verir. Sənayenin əsas istehsal fondlarının təsnifatı aşağıdakı sxemdə verilir.

Sxem 11.


Əsas fondların təsnifatı


Qrup və yarımqrupların adı

Qrup və yarımqrupların tərkibi

Təyinatı və qısa xarakteristikası

1. Binalar

Əsas və köməkçi sexlərin, anbarların, laboratoriyaların binaları və s.

Əmək və maddi sərvətlərin mühafizəsini təmin etmək üçün yaradılan tikinti obyektləri

2. Ötürücü qurğular

Elektrik və istilik şəbəkələri, rabitə xətləri, qaz şəbəkəsi. Hidrotexniki qurğuların (neft və qaz quyuları, bəndlər və s.), nəqliyyat qurğuları (yollar, körpülər, tunellər və s.), kommunikasiya qurğuları (istilik, su kəmərləri şəbəkəsi və s.). Generatorlar, istilik və elektrik mühərrikləri, kompressorlar və s.

Elektrik, istilik və mexaniki enerjinin ötürülməsi, istehsal prosesinə xidmət etmək üçün texniki funksiyaları yerinə yetirən mühəndis inşaat obyektləri

3. Güc maşınları və avadanlıqları.

Generatorlar, istilik və elektrik mühhərikləri, kompressorlar və s.

Bu avadanlıqlarla enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi funksiyasını yerinə yetirirlər.

4. İş maşınları və avadanlıqları

İstehsalda istifadə olunan müxtəlif maşın və mexanizmlər (metalkəsən, ağac emal edən, toxucu dəzgahlar, ekskvator, buldozer, qaldırıcı kran, konveyerlər və s.)

Əmək cisminə təsir etməklə və onların hazır məhsula çevirmək funksiyasını yerinə yetirirlər.

5. Nəqliyyat vasitələri

Avtomobillər, elektrovozlar, su yolu, lokomotivlər, platformalar, elektrokarlar və s.

Firma (müəssisə) daxilində və ondan kənarda yüklərin və sərnişinlərin daşınmasını təmin edir.

6. Ölçü, tənzimləyici cihazlar, qurğular və laboratoriya avadanlıqları

Təzyiqi, sürəti, temperaturu ölçmək üçün istifadə olunan cihazlar, kompüter idarəetmə pultları, dispetçer nəzarət qurğuları. Firmanın və elmi tədqiqat laboratoriyalarının cihaz və aparatları.

İstehsal proseslərini əl ilə və kompüterlə (avtomatik) tənzimləmək, texnoloji proseslərin ölçülməsini və onlara nəzarət etməyə həyata keçirir.

7. İstehsalat alətləri

Kəsici, yonucu, sıxıcı alətləri, iş stolları və s.

İstehsal prosesini yüngülləşdirmək, iş yerlərində təhlükəsizliyi təmin etməklə, əmək cisimlərini saxlamaq.

8. Təsərrüfat inventarları

Hesablayıcı və yazı maşınları, yanğın əleyhinə alətlər, skaflar, seyflər və s.

İstehsal prosesinə xidməti və iş şəraitinin təmin edilməsi funksiyasını yerinə yetirir.

Yüklə 400,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin