Haqqin iZİ İLƏ


HƏMDANİLƏR VƏ ŞİƏ MƏZHƏBLƏRİ



Yüklə 2,22 Mb.
səhifə117/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   113   114   115   116   117   118   119   120   ...   283

HƏMDANİLƏR VƏ ŞİƏ MƏZHƏBLƏRİ


H. q. dördüncü əsrdə İslam dünyasında yeni bir şiə dövləti yarandı. Bu, Həmdanilər (h. q. 293-391) hakimiyəti idi. Ali-Həmdanın ən görkəmli xəlifəsi Seyf əd-Dövlə (h. q. 350-303) ləqəbi ilə məşhur olan Əli ibn Abdullah ibn Həmdan idi. O, ağıllı, biliksevər və inqilabçı insan idi. Ömrünün çoxunu Rum təcavüzkarları ilə mübarizədə keçirtdi. Həmdanilər dönəmində Suriyanın böyük əksəriyyəti - Hələb və ətrafı, Bəəlbək və ətraf kəndləri, Cəbəl Amil bütünlüklə şiə bölgəsi idi. Hələb şəhəri şiə alimlərinin məskəni sayılırdı. Burada şiəliyin geniş yayılması və möhkəmlənməsində görkəmli Ali-Həmdan şairi Əbu Firasın (vəfat-357 h. q.) mühüm rolu olmuşdur. Onun qəsidəsi özünəməxsus şöhrət qazanmışdı:
الحق مهتضم والدین محترم و فییء آل رسول الله مقتسم4
Həmdanilər heç kimi şiə məzhəbinə etiqad bəsləməyə məcbur etmədilər. Heç kimi pulla, vəzifə ilə aldatmadılar. İnsanları hansı məzhəbi seçəcəkləri haqda tam sərbəst buraxdılar. Lakin bununla yanaşı, təbliğatçılar öz təbliğatlarını aparırdılar. Həmdanilərin bu siyasəti insanları zorla, kobudcasına əhli-sünnə olmağa məcbur edən Əməvilərin, Abbasilərin və Səlahəddin Əyyubinin siyasətinin tam əksi idi.

Həmdanilər açıq düşüncəli, azadlıqsevər insanlar idilər. Elə buna görə də onların hakimiyyəti filosofların, müxtəlif din və məzhəb alimlərinin pənah yeri idi. Belə ki, Rum sənət adamları vətənlərindən qaçıb Seyf əd-dövləyə sığınırdılar1.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin