ŞİƏLİK PEYĞƏMBƏR (S) DÖNƏMİNDƏ
Səhabələrin bir hissəsi Peyğəmbər (s) dönəmində Əlinin (ə) imamət və xilafəti haqqında ayə və rəvayətləri eşidərək o həzrətə (ə) xüsusı məhəbbət bəsləyirdilər. Bu səhabələr “Əli (ə) şiəsi” adlanırdılar.
Əbu Hatəm Razi yazır: “Peyğəmbər (s) dönəmində meydana gələn ilk ləqəb şiə sözü idi. Bu söz dörd səhabəyə - Əbuzərə, Salmana, Miqdada və Əmmara verilmişdi”1.
İbn Xəldun yazır: “Səhabələrin bir hissəsi Əli (ə) şiəsi idilər. Xilafətə onun daha layiq olduğunu düşünürdülər”2.
Məhəmməd Kürd Əli deyir: “Peyğəmbər (s) dönəmində bir çox böyük səhabələr Əlinin (ə) tərəfdarları kimi tanınırdılar. Salman onlardan biri idi. O, deyirdi: “Biz Peyğəmbərlə (s) daim müsəlmanların xeyrini istəyəcəyimizə, Əliyə (ə) və onun ardıcıllarına sadiq olacağımıza dair beyət etdik”. Əbu Səid Xudri deyirdi: “Camaata beş şey əmr edilmişdir. Dördünü həyata kecirtdilər, birini isə tərk etdilər”. Ondan soruşdular: “Tərk edilən şey nə idi?” O, çavab verdi: “Əlinin (ə) vilayəti”. Ondan soruşdular: “Vilayət dörd əməllə birgəmi vacibdir?” O, “Bəli”, - deyə bildirdi”3.
“Lakin şiəliyin, İbn əs-Sövda kimi şöhrət tapmış Abdullah ibn Səba tərəfindən yaradıldığını iddia edənlərin bu fikri təxəyyüldən başqa bir şey deyildir. Bu, onu göstərir ki, onlar şiəlik haqqında həqiqətdən xəbərsizdirlər. Şiələrin bu şəxsə (Abdullah ibn Səbaya) münasibəti, ona qarşı çıxaraq daim məzəmmət etmələri heç kimə sirr deyil. Şiə alimləri bütünlüklə, yekdilliklə onu məzəmmət etmişlər. Bütün bunları gördükdə bunun iftira olduğu üzə çıxır. Şübhəsiz, şiəlik Əli (ə) şiələrinin diyarı olan Hicazda meydana gəlmişdir”1.
Doktor Sübhi Saleh yazır: “Hələ Peyğəmbər (s) dönəmində belə, Əli (ə) şiələri olmuşlar. Bunlardan Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Cabir ibn Abdullah, Übəyy ibn Kəb, Amir ibn Vasilə, Abbas ibn Əbd əl-Müttəlib və övladları, Əmmar ibn Yasir və Əbu Əyyub Ənsarinin adlarını çəkmək olar” 2.
Məhəmməd ibn Abdullah Ənnan yazır: “Şiəliyin, xəvaricin yarandığı dönəmdə meydana gəlməsi yanlış fikirdir. Şiəlik Peyğəmbərin (s) öz dövründə yaranmışdır. Belə ki, Şüəra surəsinin 214-cü ayəsinə görə, Allah-Taala Peyğəmbərə (s) qohum-əqrəbasını (Allahın əzabı ilə) qorxutmasını əmr etdi. Həzrət (s) yaxın qohumlarını evinə toplayıb Əlini (ə) göstərərək buyurdu: “Bu (yəni Əli (ə)), mənim qardaşım, vəlim və sizin aranızda canişinimdir. Onu dinləyin və ona tabe olun”3.
Nöbəxti deyir: “Həqiqətən, ilk İslam firqəsi şiəlikdir. Bu, Əli ibn Əbu Talibin (ə) firqəsidir. Peyğəmbər (s) zamanında Əli (ə) şiəsi kimi tanınanlar, sonradan o həzrətə (ə) məhəbbətlə və onun imam olduğuna inamla tanınırdılar.
Dostları ilə paylaş: |