HəBİBƏ RƏŞad qızı allahverdiyeva


tik və realist teatr məktəblərinin poetik səciyyələri (1943–1973-cü il-



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix26.05.2022
ölçüsü467,3 Kb.
#116289
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
sen n ahr 11 07 18

tik və realist teatr məktəblərinin poetik səciyyələri (1943–1973-cü il-
lər)” adlanan II fəsilində Naxçıvan teatrında səhnəqrafiyanın inkişaf xüsu-
siyyətləri və müasirlik axtarışlarından söz açılır. II fəsil öz-özlüyündə üç – 
“Tamaşaların tərtibatında realizm prinsipləri”, “Klassiklərin roman-
tik faciə və dramlarının səhnə təcəssümündə rəssam işi” “Çağdaş 
mövzulu orijinal və tərcümə əsərlərin tamaşalarına verilən bədii tərti-
batlarda müasirlik axtarışları” yarımfəsillərindən ibarətdir. 
İkinci fəslin birinci yarımfəsilində Naxçıvan teatrında tamaşaların bədii 
tərtibatında üstünlük təşkil edən realizm prinsiplərindən söhbət açılır. Bəhs 
olunan bu illərdə Şamil Qaziyev, Əyyub Hüseynov və Məmməd Qasımov 
tamaşalara bədii tərtibat hazırlamışdır. Rəssamlar yaradıcılıqlarında daha 
çox əsərdə göstərilən məkanların naturalist təsvirinə üstünlük verirdilər. İs-


14 
tər geyimlərdə, istərsə də məkanın təsvirində əlvanlıq və etnoqrafik təsvir 
daha dəqiqliklə göstərilirdi. Ə.Hüseynov həmin ildən 1949-cu ilədək 27 
səhnə əsərinə tərtibat vermişdir. Səhnə tərtibatında realizm prinsiplərinə 
sadiq qalan rəssam istifadə etdiyi rənglərin ahənginə, səhnədə dekorların 
kompozisiya bitkinliyinə daima diqqət vermiş, təsvir etdiyi mühitin daha 
real görünməsi üçün böyük səy göstərmişdir. Tamaşanın məzmununu aç-
mağa, hadisələrin cərəyan etdiyi mühitin, dövrün xüsusiyyətlərini açıq 
göstərməyə xidmət edən hər bir detalın aydın, real təsviri bunun əyani sü-
butudur. Tamaşanın tərtibatında realizm prinsiplərinə sadiq qalan digər 
rəssam – M.Qasımov səhnə tərtibatının, geyim formalarının hadisələrin 
baş verdiyi dövrə uyğun seçməsi və ümumi dekorasiyasında əsərin bədii 
ruhuna uyğun boyalardan istifadə etməsi tamaşanın təsir gücünün nəzərə-
çarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Tərtibat işlərində perspekti-
va, rəng, işıq-kölgə, kompozisiya qanunlarını, təsvir olunan hər bir detalın 
realist formada əks olunması B.Kəngərli yaradıcılığının realist ənənələri-
nin davam etdirilməsinin bariz nümunəsidir. 
Birinci fəsilin “Klassiklərin romantik faciə və dramlarının səhnə tə-

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin