12
tində realizmin banisi, rəssamlıq təhsili görmüş ilk peşəkar rəssam Bəhruz
bəy Kəngərlinin teatra gəlişi ilə baş vermişdir. Görkəmli sənətşünas Kərim
Kərimov rəssamın həyat və yaradıcılığını əks etdirən “Bəhruz Kəngərli”
adlı kitabında, eyni zamanda Əməkdar İncəsənət xadimi, sənətşunaslıq üz-
rə fəlsəfə doktoru Ziyadxan Əliyev və Nizami Aliyevin həmmüəllif olduq-
ları “Bəhruz bəy Kəngərli taleyi” kitabında qeyd olunduğu kimi,
əvvəllər
səhnə tərtibatı həvəskar aktyorlar tərəfindən birtəhər düzəldildiyindən, çox
sadə, mücərrəd və primitiv xarakter daşıyırdı, lakin B.Kəngərlinin teatra
gəlişindən sonra Naxçıvan teatrında göstərilən tamaşalarda onun tərəfindən
gözəl səhnə tərtibatı yaradılmış və səhnə üçün dekorasiyalar, müxtəlif pər-
dələr və geyim eskizləri hazırlanmışdır. O, teatrda fəaliyyətə başladığı
vaxtdan etibarən həyata keçirdiyi bədii tərtibat işləri səhnələşdirilən əsərin
ideyasının açılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Hadisə-
lərin cərəyan etdiyi mühitin təsviri, əsərə uyğun dekorların hazırlanması,
obrazların dövrünə, xarakterinə, aid olduğu sosial və ictimai təbəqəyə uy-
ğun geyim eskizlərinin çəkilməsi və bütün bunların səhnədəki inikası
Naxçıvan teatr tamaşalarının daha maraqlı və baxımlı olması üçün zəmin
yaratmışdır.
Rəssam Naxçıvan teatrında 1912-ci ildən 1918-ci ilə qədər nümayiş et-
dirilən tamaşaların səhnə tərtibatını böyük ustalıqla yaratmış, səhnəyə la-
zım olan dekor və pərdələr hazırlamış, aktyorların obraza uyğun qrimlən-
məsinə köməklik göstərmişdir. O, “Qırmızı araqçın”, “Evliykən subay”,
“Kərbəlayi Güzəməlı”, “Dağılan tifaq”, “Pəhlivanani-zəmanə”, “Millət
dostları”, “Ər və arvad”, “Pəri cadu”, “Ölülər”, “Müsibəti Fəxrəddin”,
“Nadanlıq”, “Bəxtsiz cavan”, “Arşın mal alan”, “Əlli yaşında cavan”, “Ha-
cı Qara”, “Vətən, yaxud Silistirə”, “Zavallı cocuq” əsərlərinə səhnə tərti-
batı vermışdir. Bəhruz bəy Kəngərli realist rəssam idi. Özünün də qeyd et-
diyi kimi, realizm onun yaradıcılığında istər sulu boyalarla, istərsə də yağlı
boya texnikası ilə işlədiyi əsərləri ilə bərabər həm də tamaşalara çəkdiyi
səhnə tərtibatında öz əksini tapmışdır. Onun bədii tərtibat sahəsindəki ya-
radıcılığı tamaşaya qoyulan əsərin ideya-fəlsəfi mənasının hansısa simvo-
lik detallarla üzə çıxarmaqla baş verənlər və bütövlükdə mühit haqqında
tamaşaçıda dolğun təəssürat yaradırdı. Bu da yaradıcı insan kimi onun rea-
list tendensiyalarının həm forma, həm də rəng “məkan”ında özünü qabarıq
şəkildə büruzə verməsi ilə bağlıdır.
Dissertasiya işinin
“Teatrın dövlət təsisatına keçməsindən sonrakı
Dostları ilə paylaş: