8
kimi qəbul olunur. Naxçıvan teatrında da bu prinsip vacib sayılır və həmin
istiqamətdə müəyyən sənətkarlıq prinsipləri formalaşıb. Dissertasiyada hə-
min məsələyə xüsusi diqqət yetirilib ki, bu da elmi yeniliyin başqa bir təza-
hürünün əlamətidir.
Ayrı-ayrı tamaşalara verilən bədii tərtibatın obrazlı həlli, həm də tama-
şanın
fəlsəfi-psixoloji məzmunu, janr prinsipləri,
rejissorun səhnə əsəri
üçün müəyyənləşdirdiyi ali məqsədlə vəhdətdə olmalıdır. Dissertasiyada
bu yaradıcılıq vəhdətinin elmi-nəzəri əsaslara söykənməsi və təhlil prinsi-
pində əsas istinad nöqtələrindən olması da tədqiqatın elmi yeniliyi kimi də-
yərləndirilə bilər.
Bədii tərtibat özlüyündə nə qədər gözəl, cazibədar, fikir baxımından tu-
tumlu olsa da, ilk növbədə rejissorun ideyasının bədii təcəssümünə və akt-
yorların sərbəst səhnə davranışlarına, hadisələrin
psixoloji mahiyyətinə
xidmət etməlidir. Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının təhlil
prinsiplərində göstərilən vacib sənətkarlıq şərtləri
əsas götürülüb və belə
yanaşma yenilik kimi səciyyələnib.
Dostları ilə paylaş: