Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Yanma prosesi tam və natamam ola bilər



Yüklə 1,31 Mb.
səhifə100/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   96   97   98   99   100   101   102   103   ...   154
Yanma prosesi tam və natamam ola bilər. Tam yanma zonasına kifayət qədər və ya artıqlaması ilə oksigen daxil olduqda, natamam yanma isə oksigenin çatışmadığı şəraitində əmələ gəlir.

Tam və natamam yanma məhsulları müəyyən konsentrasiyada insan həyatı üçün təhlükəlidir. Belə ki, karbon qazının (CO2) havada 8…10%, dəm qazının (CO) isə 0,4% konsentrasiyası şüurun itməsinə və ölümə səbəb olur.

Tikintisində plastmas materiallar işlədilmiş binalarda yanğın zamanı əmələ gələn tüstü daha zəhərlidir. Belə ki, linoleum yandıqda hidrogen-sulfid və kükürd qazı, penopoliuretan yandıqda hidrogen-sianid, viniplast yandıqda isə hidrogen-xlorid və s. əmələ gəlir.

Bərk, maye və qaz hallarında olan maddələrin yanma prosesi təxminən eynidir və üç fazadan ibarətdir: oksidləşmə, öz-özünə alovlanma, əsl yanma.

Yanar maddə və materialların yanğın əmələgətirmə qabiliyyəti onların kimyəvi tərkibindən, fiziki-kimyəvi xassələrindən asılıdır. Lakin istehsalatda tətbiq edilən maddələrin yanğın partlayış təhlükələrini qiymətləndirmək üçün göstərilənlərdən əlavə, onların alışma, alovlanma və öz-özünə alovlanma temperaturlarını, öz-özünə yanma qabiliyyətini, qatılıq və temperatur hədlərini də bilmək lazımdır.

Maddə və materialların yanma mənbəyinin təsirindən yanması alışma (alovlanma) qabiliyyəti adlanır. Yanan maddələrin yerli qızdırıcıların təsirindən yanmasına alışma deyilir. Alışma alovun əşyaya toxunmasından və qığılcım törənməsindən baş verir. Maddələrin müəyyən temperaturdan qızması nəticəsində yanma baş verir ki, bu prosesə də öz-özünə yanma deyilir. Misal olaraq pambıq, ot, torf, kömür və s. göstərmək olar. Partlayış yanğının xüsusi hadisəsi sayılır. Bu proses sürətlə böyük hərarət, işıq və qaz törədir. Partlayışa səbəb müxtəlif fiziki reaksiyalar, yanan maddələrin parçalanması və s. ola bilər.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin