Metaldan kiçik dəlikli torlar, asbest kətanlar – yanğın ocağını oksigendən izolyasiya etmək üçün istifadə olunur. Bu, yanğın ocağının daha az sahə əhatə etməsi üçün kifayət qədər effektivdir.
Qum, torpaq – yanan zonanın perimetri boyunca qum (torpaq) səpərək, yanğın ocağının və yanan mayenin yayılmasının qarşısını almaq olur. Bundan sonra yanan səthin üzərinə torpaq atmaqla, yanğına imkan verən oksigeni kəsərək yanğını söndürmək olur.
Yanğına qarşı avadanlıqlar.
Yanğın kranı – yanğın lüləsi və şlanqla komplekt halda daxili su təchizatı ilə istifadə edilir. Həm kiçik yanğının söndürülməsində, həm də oda qarşı ciddi mübarizə üçün əlavə odsöndürücü vasitə kimi istifadə oluna bilər. Yanğın kranları yanğın şkaflarında yerləşdirlir. Onların istifadəsi sadədir, xüsusi bilik və vərdişlər tələb etmir. Yanma faktı müəyyən olunduqda şkafı açmaq, yanğın lüləsini, şlanqı və kranı ardıcıl birləşdirmək lazımdır. Kranın ventilini döndərərək birbaşa yanğının söndürülməsinə keçmək lazımdır.
Odsöndürücülər. Yanğınların söndürülməsində odsöndürücü cihazlardan geniş istifadə olunur. Odsöndürücülərin müxtəlif növləri olsa da, onların hamısından yanğınların ilkin mərhələsində istifadə edilir. Odsöndürücüin tipini potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçmək lazımdır. Odsöndürücülər tez istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.
Odsöndürücülər əl və səyyar növlərə bölünür. Əl odsöndürücülərinə çəkisi 20 kq-a qədər olan bütün növ odsöndürücülər aiddir. 20 kq-dan artıq çəkisi olan odsöndürücülər səyyar adlanır və xüsusi arabalarda quraşdırılır.
Odsöndürücülər içinə doldurulan odsöndürücü maddənin növündən asılı olaraq bu növlərə bölünür: sulu, tozlu, köpüklü, qazlı.
Dostları ilə paylaş: |