Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə120/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   116   117   118   119   120   121   122   123   ...   154
Biosfer (bio – həyat spháira − sahə yunan sözlərindən) – Yer kürəsinin su, hava və yerin üst qatını əhatə edən, aktiv həyat mühiti yayılan sahəsidir (şəkil 1). Biosfer termini ilk dəfə 1875-ci ildə Avstriya geoloqu Zyus tərəfindən istifadə olunub.


Şəkil 1. Biosferdə maddələrin dövranı
Canlı orqanizmlər və onların yaşayış mühitləri üzvü sürətdə bir-biri ilə bağlıdır. Ekologiya elm kimi aktiv inkişaf edərək biosferin əsas tərkib hissələrinin fəaliyyət prinsiplərini öz tədqiqatlarında əhatə edir.

Yerin canlı aləminin üç halqası fərqləndirilir.

Canlı aləmin birinci halqası yaşıl bitkilərdir. Bitkilər günəş işığından istifadə edərək karbon qazını, suyu və mineral maddələri udub fotosintez prosesi gedişində müxtəlif üzvi maddələr yaradır. Bu maddələrə ilk növbədə bitkilərin böyüməsi və inkişafı üçün tələb olunan karbohidrogenlər daxildir.

Fotosintez – yaşıl bitkilərin hüceyrələrindəki xlorofilin iştirakı ilə Günəş enerjisi hesabına baş verən kimyəvi reaksiyadır. Havadan СО2, torpaqdan Н2О və Günəş enerjisi hesabına – qlükoza (şəkərlərin ən sadəsi) və oksigen alınır. Fotosintez yaşıl yarpaqların hər hüceyrəsində gedir.

6СO2 + 6Н2O + QGÜNƏŞ = C6H12O6 + 6O2.

Оksigen atmosferə xaric olunur. Fotosintez prosesində bitkilər sərbəst oksigen istehsal edib onu xaric edirlər və bununla da atmosferdə oksigenin miqdarını müəyyən səviyyədə saxlayırlar. Hesablamalara görə bu fəaliyyətin nəticəsində bitkilər hər il 200 mlrd ton üzvi maddə, 100 mlrd ton isə sərbəst oksigen yaradırlar.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin