Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə118/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   114   115   116   117   118   119   120   121   ...   154
V. EKOLOJİ TƏHLÜKƏSİZLİK
23. EKOLOGİYANIN ÜMUMİ MƏSƏLƏLƏRİ

Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri» və logos – «elm» deməkdir. Ekologiya termini ilk dəfə 1866-cı ildə alman təbiətşünası Ernest Hegel tərəfindən irəli sürülmüşdür və biologiyanın bir bölməsi kimi canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqəni öyrənmişdir.

Ekologiya – insanın fəaliyyəti ilə mühitə edilən dəyişikliklər nəzərə alınmaqla canlı və cansız təbiətin münasibətlərini öyrənən elmdir.

Ekologiya bəşəriyyətin ilk inkişaf dövrlərindən praktiki maraq doğurub. Primitiv cəmiyyətdə hər bir fərdin yaşaması üçün onu əhatə edən ətraf mühit haqqında, təbiətin, bitkilərin və heyvanların gücü haqqında onun müəyyən bilikləri olmalı idi. Təsdiq etmək olar ki, insan od və digər vasitələr və alətlər istifadə etməyi öyrəndikdən sonra mədəniyyət yaranıb. Hazırda ekologiya elm kimi sürətlə inkişaf edərək müxtəlif sahələri əhatə edir.

Canlı orqanizmlər onları əhatə edən təbii mühitdə yaşayır. Ekoloji nöqteyi-nəzərdən mühit – canlı orqanizmin birbaşa və ya dolayı əlaqədə olduğu cisim və ya hadisələrdir. Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir. Mühitin tərkib hissələri və xassələri çox müxtəlif və dəyişkəndir. Hər bir canlı mühitin təsiri ilə mürəkkəb və dəyişkən həyatına daim uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır.

Canlı orqanizmlər planetimizdə bir-birindən fərqlənən 4 əsas yaşayış mühitini mənimsəmişlər. İlk dəfə həyat su mühitində yaranmış və yayılmışdır. Sonralar canlı orqanizmlər Yer səthi-hava mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar. Dördüncü spesifik həyat mühiti isə canlı orqanizmlərin özü olmuşdur. Onların hər biri özündə məskunlaşan parazit və simbiozlar (iki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşaması) üçün tam həyat mühiti hesab olunur.

Mühitin canlı orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji amillər adlanır. Amillərin müxtəlifliyi onları üç qrupa bölməyə imkan verir: abiotik (cansız təbiətin təsirini nəzərə alan), biotik (canlı təbiətin təsirini nəzərə alan) və antropogen (insan fəaliyyəti ilə bağlı amillər).


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin