Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə126/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   122   123   124   125   126   127   128   129   ...   154
İstixana effekti. Yer səthində qlobal istiləşmə «istixana effekti»nin təsiri ilə bağlıdır. Onun mahiyyəti belədir. Günəşdən gələn enerji Günəş radiasiyası şəklində səpələnir, Yer atmosferi ilə qaytarılır və udulur və planetin səthinə onun yalnız ¼ hissəsi çatır. Görünən spektr atmosferdə yubanmadan keçir, uzundalğalı infraqırmızı (istilik) şüalanma isə qismən onda saxlanılır. Yer səthindən qaytarılan infraqırmızı şüalanmanın bir hissəsi atmosferdə tutulur. Beləliklə atmosfer havasının və Yerin səthinin temperaturunu artıran təbii istixana effekti yaradılır. Tədqiqatçıların fikrincə istixana effekti olmasaydı Yerdə temperatur indikindən 30°C aşağı olardı. İstixana effektinin əsas səbəbkarı: su buxarı (36 – 72 %), karbon qazı (9 – 26 %), metan (4 – 9 %) və ozondur (3 – 7 %). Böyük sənaye istehsalına keçməklə bərabər atmosferdə bu qazların, xüsusən də karbon qazının miqdarı artıb, bu isə son illərdə Yer kürəsində temperaturun sürətlə artmasına səbəb olub. Aparılan müşahidələr göstərir ki, 1906-cı ildən 2005-ci ilə qədər keçən 100 il ərzində Yer səthinin orta temperaturu 0,74 °C artıb. Yerin tarixində iqlim dəfələrlə dəyişib, lakin heç vaxt iqlim dəyişikliyi belə sürətlə baş verməyib və antropogen dəyişikliklərlə bağlı olmayıb.

Yerdə iqlimin sürətlə artması su dövranının artmasına, su səthlərindən buxarlanmanın güclənməsinə səbəb olur ki, bu da havada su buxarlarının toplanmasına, bu isə öz növbəsində istixana effektinin təsirinin aktivləşməsinə səbəb olur.

1997-ci ildə Yaponiyada (Kioto) beynəlxalq konfrans keçirildi və planetdə qlobal istiləşməyə diqqət yetirildi. Kioto protokoluna görə istixana qazlarının ümumdünya tullantıları azaldılmalıdır.

Turş yağışlar. Atmosfer havasının sənaye müəssisələri və nəqliyyatın qazşəkilli tullantıları ilə çirklənməsi turş yağışların yaranmasına səbəb olur.

Turş yağışlar – atmosfer rütubətində SO2, azot oksidləri, xlorid turşusu və digər kimyəvi reagentlərin olması səbəbindən turşuluğu yüksək olan yağış, qar, dumandır. Təmiz su üçün pH = 7-dir (Ph – mühitdə hidrogen atomlarının miqdarını bildirir), bu neytral reaksiyaya uyğun gəlir. pH < 7 olan məhlul turş, pH > 7 olduqda qələvi hesab edilir. Turşuluğu pH < 5,6 olan yağıntılar «turş yağışlar» adlandırılır.

Turş yağışların təxminən üçdə ikisi kükürd-dioksid (SO2) tərəfindən törədilir, qalan üçdə birinə isə azot-monooksidi (NO) səbəb olur.

Turş yağışlar torpağa, göllərə və çaylara düşərək torpağın şoranlaşmasına, su hövzələrinin turşuluğunun artmasına səbəb olur, bütün canlılara – balıqdan tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir. Turş yağışlarına ən həssas balıqlar və suda-quruda yaşayanlardır.

Son illərdə Dünya cəmiyyəti turşu yağışları ilə mübarizənin əhəmiyyətini lazımınca qiymətləndirib bu sahədə tədbirlər planı işləyib hazırlayıblar.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin