Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Nəqliyyat ekologiyasının məsələləri



Yüklə 1,31 Mb.
səhifə124/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   120   121   122   123   124   125   126   127   ...   154
Nəqliyyat ekologiyasının məsələləri. Nəqliyyat ekologiyası tətbiqi ekoloji elmlər kompleksinə daxildir və onun məsələlərinin aşağıdakı spesifik istiqamətləri var:

  • nəqliyyatın ətraf mühitə təsir xarakterinin və miqyaslarının müəyyən olunması;

  • nəqliyyatın fəaliyyəti zamanı ətraf mühitin qorunması strategiyasının işlənməsi;

  • nəqliyyatın ekologiyasının perspektiv inkişaf istiqamətlərinin müəyyən olunması;

  • nəqliyyatda ekoloji fəaliyyətin idarə olunması məsələlərinin tədqiqi.


24. ATMOSFER HAVASININ MÜHAFİZƏSİ
Atmosfer (yunan sözləri atmosbuxar və spháira − sahə) Yerin ətrafında, onunla birlikdə fırlanan hava mühitidir. Atmosfer torpaq altında, torpaqda və onun üstündəki havanı da əhatə edir. Atmosferin ən böyük sıxlığı Yer səthindədir, burada 1 kub metri 1290 qrama yaxındır. Hündürlük artdıqca onun sıxlığı sürətlə azalır və Yerin səthindən 20 km hündürlükdə 1 kub metri 90 qram, 40 km-də isə yalnız 4 qram gəlir.

Atmosferdə yer səthi yaxınlığında (həcmcə) 78,1% azot, 20,9% oksigen, 0,9% arqon, 0,03% karbon qazı, hidrogen və təsirsiz qazlar var. Atmosferin aşağı qatlarında 20 km hündürlüyə qədər su buxarları da olur (yer səthində tropiklərdə 3%-dən, Antarktidada 2∙10-5 %-ə qədər). Hündürlük artdıqca su buxarının miqdarı sürətlə azalır. Qaz tərkibi 100 – 110 km-ə qədər demək olar ki, dəyişməz qalır.



Atmosfer havası – çox vacib təbii resursdur. Onun vəzifəsi – insanları, heyvanları və bitki aləmini həyati əhəmiyyətli qaz elementləri ilə (oksigen, karbon qazı) təmin etmək; temperatur dəyişmələrini azaltmaq (hava – isti və soyuğu pis keçirir); yer səthini kosmik, radioaktiv və ultrabənövşəyi günəş şüalanmasından, meteorit və digər kosmik cisimlərdən qorumaq, istehsalat proseslərini oksigen, azot, hidrogen və neytral qazlarla təmin etməkdir.

Atmosferə zərərli və zəhərli maddələr 2 mənbədən düşür: təbii və antropogen mənbələr.

Havanın çirklənməsinin təbii səbəbləri:


  • kosmik toz;

  • vulkanların fəaliyyəti;

  • küləyin torpağa və dağ mədənlərinə təsiri.

  • insanın təsirilə əmələ gələn səbəblər:

  • sənaye müəssisələri tərəfindən havaya atılan tullantılar;

  • nəqliyyat vasitələrindən atılan tullantılar;

  • iqlimin kəskin dəyişiklikləri;

  • atmosferin ozon qatının dağılması və s.

Zərərli maddələrin yaratdığı problemlər planetin atmosferinə göstərdiyi təsirin miqyasına görə 2 qrupa bölünür: qlobal və lokal.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin