AZƏRBAYCAN DİLİ
I.Qədim dövrün heç bir xalqı,
demək olar ki, bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə: əqli, fiziki və mənəvi inkişafda
∆ qüsursuz olmalıdır.
Onlar bütün böyük hadisələri yarış keçirməklə qeyd edirdilər.
II. Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından bu yarışlara hazırlaşmaq üçün geniş yerlər ayrılırdı. Yunanlar fiziki hazırlıqla məşğul olduqları belə yeri “gymnasion” (gimnaziya) , yəni “ məşq etmək üçün yer” adlandırırdılar.
III. Yunanıstanda yarışların ən məşhuru dörd ildən bir keçirilən Olimpiya oyunları idi. Bu oyunlar keçirilən müddətdə hətta müharibələrə ara verilirdi. Yunanlar zehni inkişaf etdirən yarışlar da həyata keçirirdilər.
IV. Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq
qaldırmaq üçün nəzərdə tutulan yerdən daha lazımlı bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı.
V. Tədricən gimnaziyalar Böyük İsgəndərin
[istila etdiyi
] ərazilərdə yunan mədəniyyətinin geniş yayılması üçün əla vasitəyə çevrildi. Bu, Asiya və Afrikanın idmanın müxtəlif növləri ilə məşğul olmağa meyli olmayan xalqlarını qorxuya
salırdı. Hətta e.ə. 166-cı ildə Selevkilərin çarı IV Antioxun Yerusəlimdə gimnaziya tikdirməsi Makkaveylərin üsyanına
səbəb olur.
VI.
Buna baxmayaraq, gimnaziya insanların xatirəsində qədim elm məbədi kimi qaldı. Bu gün bu sözdən əqlin inkişaf etdirilməsi üçün nəzərdə
tutulan məkan mənasında istifadə
edirlər. Hətta almanlar üçün gimnaziya sözü məktəbin sinonimdir.
1.Çərçivə daxilində verilmiş sözün kontekstə uyğun mənasını müəyyən edin.
A)Düşmənə qarşı irəliləmək, həmlə etmək
B)Hakimiyyət sürmək, hakimiyyət başında durmaq
C)Bir ölkəni zorla ələ keçirmək, zəbt etmək
D)Vaxt itirmədən hücum etmək, mübarizəyə başlamaq
E)Sahib olmaq, mənimsəmək, qorumaq
2. Mətnin məzmununa əsasən düzgün ardıcıllığı müəyyən edin.
1.Fasilələrlə keçirilən Olimpiya oyunları
2.Yunanların insanlar haqqında düşüncələri
3.Gimnaziyaya
toplaşan insanlar
4.Gimnaziya almanların gözü ilə
5.Gimnaziya tikdirməyin nəticəsi
A)3,2,5,1,4 B)3,1,5,4,2 C)2,1,3,5,4
D)2,3,4,1,5 E)4,1,5,2,3
3. Mətnə əsasən hansı fikir doğru deyil?
A)Gimnaziyalar eramızdan əvvəl mövcud olmuşdur.
B)Gimnaziya sözü məkan mənalı sözdən yaranmışdır.
C)Yunanlar zehni inkişaf etdirən oyunları Olimpiya oyunları adlandırırdılar.
D)Yunan mədəniyyəti gimnaziyalar vasitəsilə digər xalqların ərazilərinə də yayılırdı.
4. Mətndə altından xətt çəkilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin.