Azərbaycan diLİ I


mətndə işləndiyi kontekstə uyğun



Yüklə 37,04 Kb.
səhifə2/5
tarix01.12.2023
ölçüsü37,04 Kb.
#136965
1   2   3   4   5
VIII sini 26.11

mətndə işləndiyi kontekstə uyğun
mənası mənasının şərhi
A)həqiqi kəmiyyətcə yekə, iri, vacib
B)həqiqi vacib, lazımlı
C)məcazi sayca çox, külli miqdarda
D)məcazi çox mühüm, əhəmiyyətli
E)məcazi siyasi əhəmiyyəti olan

5. Mətndəki əsas fikrə daha uyğundur:


A)bədən tərbiyəsini sevən yunanlar
B)gimnaziyanın yaranma tarixi
C)yunanların məşhur oyunları
D)yunan mədəniyyətinin geniş ərazilərə yayılması
E)gimnaziyaların şöhrət qazanması

6. Tünd-qara hərflərlə verilmiş sözləri cədvəldəki müvafiq xanalara yazın.


Həqiqi mənalı—

Məcazi mənalı —

7. Mətnə əsasən cədvəli tamamlayın.


Səbəb Nəticə
1.Selevkilərin çarı IV
Antiox Yerusəlimdə
gimnaziya tikdirdi.
Asiya və Afrikanın
idmanın müxtəlif
növləri ilə məşğul
olmağa meyli olmayan
xalqları qorxu keçirirdilər.

8. “Müasir dövrdə bəzi xalqlar “gimnaziya” sözünü fərqli anlamda işlədirlər” fikri mətnin hansı tərkib hissəsini genişləndirə bilər?

9. Neçənci abzasların yeri dəyişdirilsə, mətnin tərkib hissələri arasında əlaqə bərpa olunar?

10. Qarşısında işarəsi olan sözü hansı sözlə əvəz etmək olar?


11. Mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərin işləndiyi cümləni müəyyən edin.


A)Yol getməkdən yorulmuş, nəfəsi təngimişdi.

B)Qayıtmağına inansaydım, yüz il də gözlərdim.


C)Səni uzaqdan da, olsa görmək özü də səadətdir.
D)Gözləri yaxşı görmədiyindən mütaliə etməyi sevmirdi.
E)Əşyalarınızı götürməyi unutmayın.

12. Hansı sözlər feili bağlama deyil?


1.get-gedə 2.gülə-gülə 3.gedər-gəlməz
4.gəldi-gedər 5.baxarkən 6.gəlincə

13. Biri əvəzlik deyil:


A)kimsə B)bir sıra C)bəziləri
D)biri E)heç kəs

14. Yer zərfi işlənmiş cümlələri müəyyən edin.


1.Əmimgil Gəncədə yaşayır.
2.İrəlidə böyük çuxurlar vardı.
3.Evimiz çayın kənarında yerləşir.
4.Yuxarıdan küçəyə zəif işıq düşürdü.
5.Kursumuzun yeni tədris binası Bakıxanov qəsəbəsində yerləşir.

15. Fərqləndirilmiş sözlərdən biri feili bağlama deyil:


A)Gəlsin bir azcada duraq yan-yana
Uğrunda qalmışam mən yana-yana
B)Gözündən yaş dama-dama
Şam da dilə gəldi birdən.
C)Ceyranları qova-qova
Cavab gəldi güllələrdən.
D)Son dəfə seyr edib göy zəmiləri
Öpdü dönə-dönə, öpdü baharı.
E)Yollarda gözümə qaranlıq çökdü,
Yanıram odlana-odlana, dağlar.

16. Hansı cümlə yerlik halda olan isimlə başlanır?


A)Onda sən hələ balaca olardın.
B)Səndə maraqlı kitablar var?
C)Zərf də əsas nitq hissəsidir.
D)Bölgədə vəziyyət sabitdir.
E)İçəridə adam çox idi.

17. Fərqləndirilmiş zərflərdən biri mənə növünə görə digərlərindən fərqlənir:


A)Sərhəddə tez-tez gözlənilməz hadisələr baş verir.
B)Onu başsız qoymayacağam, tez-tez göz olacağam.
C)Elə tez-tez danışıram ki, heç nə başa düşməsin.
D)Əbil mədəniyyət evində tez-tez mühazirələr oxuyurdu.
E)Qabaqlar tez-tez bizə gələrdiniz.

18. “Döyüldü” feilindəki “l” hərfi “n” ilə əvəz edilərsə, feildə hansı dəyişiklik baş verər?


A)Heç nə dəyişməz.
B)Quruluşca növü dəyişər
C)Feilin şəkli dəyişər
D)Feilin zamanı dəyişər

E)Feilin qrammatik məna növü dəyişər

19. Sinonim sifətlərin cərgəsini müəyyən edin.
A)hündür, böyük, enli
B)maraqlı, məzəli, bədii
C)qəmli, qüssəli, kədərli
D)sevimli, hörmətli, bilikli
E)düşünən, fikirləşən, bilən

20. Şərt şəklində olan feillər sırasını seçin.


A)oynaya, gülə, sevə
B)alasıdır, görəsidir, yazasıdır
C)getməlidir, almalısan, bilməliyik
D)ağlasa, göndərsə, yollansa
E)yazasıdır, oxuyaram, sevinə

21. Uyğunluğu müəyyənləşdirin.


1.məsdər
2.feili sifət
3.feili bağlama
a.Cümlədə yalnız zərflik olur.
b.İndiki, keçmiş və gələcək zaman məzmunu ifadə edir.
c.Feil və ismin xüsusiyyətini daşıyır.
d.Yalnız feilin xüsusiyyətini daşıyır.
e.Təsriflənən formalarla dörd ortaq şəkilçisi var.

22. Mənsubiyyət şəkilçisinin iştirakı ilə yaranmış zərfləri müəyyən edin.

1.ürəyiaçıq 2.canısulu 3.dilucu 4.üzüaşağı
5.bağayarpağı 6.əliaçıq 7.əlüstü

23. Cümlələrin birində təsriflənən feil vacib şəklindədir:


A)O özünü qızdırmalı adamlar kimi aparırdı.
B)Almalı, heyvalı bağlar bizimdir.
C)Onun niyyətində xəbər tutmalıyam.
D)Leylanın donu büzməlidir.
E)“Çəkməli pişik” əsəri uşaqların xoşuna gəldi.

24. Gələcək zamanda olan feillər cərgəsini müəyyən edin.


A)yazasıdır, pozar, gülməz
B)gəlməz, oxuyar, baxar, qalmaz
C)olacaqdı, gəldi, oxuyur, bilər
D)deyər, deyir, gördü, sürər
E)dinləyirdi, söyləyirmiş, aldanır, dözməz

25. Hansı cümlədə say işlənmişdir?


A)Qardaşım xeyli danşıdı.
B)Çox bil, az danış.
C)Az adam tapılar ki, ədalətin tərəfində olmasın.
D)Az ye, həmişə ye.
E)Onlar bir azdan yola düşəcəklər.


Yüklə 37,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin