Cədvəl 1. Cərəyanın insan orqanizminə təsiri
Cərəyan
mA
|
Təsirin xarakteri
|
Dəyişən cərəyan
|
Sabit cərəyan
|
0,6…1,5
|
Hissetmə başlayır, əl barmaqları yüngül əsir
|
Hiss olunmur
|
2…3
|
Əl barmaqları güclü əsir
|
Hiss olunmur
|
5…7
|
Əllər qıc olur
|
Göynəmə, qızışma hiss olunur
|
8…10
|
Əlləri elektrodlardan çətinliklə ayırmaq olur.
Barmaqlarda və biləklərdə güclü ağrılar olur.
|
Güclü qızışma
|
20…25
|
Əllər qıc olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur.
Nəfəs almaq çətinləşir.
|
Olduqca güclü qızışma. Əl əzələləri cüzi yığılır.
|
50…80
|
Tənəffüs dayanır. Ürəyin fibrilyasiyası başlayır
|
Əl əzələləri yığılır, qıcolmalar olur, tənəffüs çətinləşir
|
90…100
|
Tənəffüs dayanır. 3 saniyə və daha çox müddətdə ürək dayanır.
|
Tənəffüs dayanır.
|
İnsan bədəninə şərti olaraq, üç ardıcıl birləşdirilmiş müqavimətdən ibarət elektrik dövrəsinin hissəsi kimi baxmaq olar (dəri-daxili üzvlər və toxumalar-dəri). Bu cür hal şəkil 1-də göstərilmişdir.
Şəkil 21. İnsanın müqavimətinin prinsipial sxemi: rd – dərinin müqaviməti; cd – elektrodla, bədənin daxili hissəsi arasında yaranan tutum; rdax – daxili üzvlərin və toxumaların müqavimətidir
Sxemdən göründüyü kimi, elektrik dövrəsinin dəri qatı hissəsinə aid müqaviməti aktiv müqavimətlə (rd) yanaşı, dərinin üst səthinin (dielektrik) əmələ gətirdiyi tutum (Cd) toplananından da ibarətdir. Cd – toplananın qiyməti kiçik olduğundan çox vaxt onun təsirini nəzərə almırlar.
Adamların daxili müqaviməti dəyişən olub, dərinin və ətraf mühitin vəziyyətindən asılıdır. Dərinin üst səthi zədələndikdə (cızıldıqda, kəsildikdə və s.), adamın elektrik müqavimətinin qiyməti azalır və ona görə də orqanizmdən axan cərəyanın qiyməti artır. İnsan bədəninə təsir edən gərginliyin qiyməti artdıqda dərinin üst səthinin deşilməsi baş verir, müqaviməti ani olaraq azalır və bədəndən axan cərəyanın qiyməti çoxalır.
Beləliklə görürük ki, adamın elektrik cərəyanı təsirindən aldığı xəsarət, çox faktordan asılıdır. Bunlardan ən təhlükəlisi, adamların yaş əllə isti və nəm otaqda elektrik cərəyanı keçirən hissələrlə təmasda olduqda baş verir.
Dostları ilə paylaş: |