Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


Psixo-fizioloji istehsalat amilləri



Yüklə 1,31 Mb.
səhifə34/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   30   31   32   33   34   35   36   37   ...   154
Psixo-fizioloji istehsalat amilləri aşağıdakılara bölünür: fiziki yüklənmə (statik və dinamik və hipodinamik); əsəbi-psixiki yüklənmə (əqli gərginlik, əməyin yekcinsliyi, emosional yüklənmə).

Göründüyü kimi istehsalat şəraitində zərərli və təhlükəli amillər kompleks təsir göstərir. Bunların çoxu fəhlənin peşə xüsusiyyətindən asılıdır və ona görə də alınan xəsarətlər peşə xəstəliyi adlanır.

Təhlükəli və zərərli amillərə maşının hərəkət edən hissəsi, alətlərin nasazlığı, elektrik cərəyanı, aşındırıcı mayelər, partlayış təhlükəli maddələr və s. daxildir. Bunlar fəhlədə xəsarət əmələ gətirə bilir ki, bunlara xəsarət yaradıcı amillər deyilir.

Təhlükəli və zərərli istehsalat amillərinin insana uzunmüddətli təsiri nəticəsində əmələ gələn xəstəliklər çox vaxt fəhlənin əmək qabiliyyətinin qismən və ya tamamilə itirilməsi ilə nəticələnə bilir. İstehsalat zədələnmələri əmək mühafizəsinin düzgün təşkil olunmamasından əmələ gəlir. İstehsalat zədələnmələrinə zədələr, yaralanmalar, yanıqlar, elektriklə zədələnmələr, peşə xəstəlikləri aiddir.

İş sahələrində alınan zədələr daha çox işçilərin təhlükəsizlik texnikası qaydalarını bilmədiklərindən irəli gəlir. Yəni, bura texnoloji proseslərin pozulması, iş zamanı alətlərlə düzgün davranmamaq, xüsusi iş geyimlərinin olmaması, zəif işıqlanma və s. aiddir. Bütün bu çatışmazlıqların aradan qaldırılması iş səviyyəsinin yüksəlməsinə səbəb olar.

Qidalanma sistemi düzgün nizamlanmadıqda mühərriklərin işlək vəziyyətində ətrafa işlənmiş qazlarla bərabər zəhərlənməyə səbəb olan zərərli maddələr də buraxılır. Bu isə işçilərin mütəmadi olaraq zəhərlənməsinə səbəb olur. Həmçinin pis iş şəraiti və xüsusi iş geyimlərinin olmaması da soyuqdəymələrə gətirib çıxarır.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin