Respiratorlar – tənəffüs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan, radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə edən maska.
Respiratorlar əleyhqaza nisbətən daha yüngül, istifadə üçün daha sadə, rahat mühafizə vasitələridir. Lakin respiratorlar nəfəs orqanlarını havada zərərli maddələr yolverilən yüksək konesntrasiyasadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. Buraxıla bilən yüksək konsentrasiyamüəssisənin iş zonasının havasındakı maddələrin elə miqdarına deyilir ki, belə miqdar insanın bütün iş stajı dövründə, gündə 8 saat iş rejimində müasir metodlarla aşkar edilməsi mümkün olan heç bir xəstəlik törədə bilməyir. Xlor, ammonyak, sianid turşusu və başqa güclü zəhərli-toksikoloji maddələrdən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır.
Respiratorlar quruluşuna görə 2 əsas növə ayrılır: birinci növ respiratorlarda süzücü maska eyni zamanda süzücü element rolunu oynayır. ŞB-1 “Lepestok-200”, “Lepestok-40”, U-2K, RP-K məhz belə respiratorlardandır. İkinci respiratorlarda isə süzücü növ elementlər xüsusi patronlarda yerləşdirilir. Bu növə “Astra”, F-62Ş, RPQ-67, RU-67 markalı respiratorlar aiddir.
a b
Şəkil 2. Respiratorlar: a – U-2K; b – Astra respiratoru
Hazırda başlıca süzücü elementlər yüksək polimer maddələr əsasında hazırlanmış materiallardan ibarətdir ki, bunlar Petryanov süzgəci, FPP-15 və FPP-70 adlanırlar. Belə materiallar istənilən dərəcəli aerozolları əməli olaraq tamamilə tutub saxlayırlar.
Qüvvədə olan qanunvericiliyə görə, müəssisənin müdiriyyəti qaz təhlükəli sexlərdə işləyən bütün işçiləri respiratorlar və əleyhqazlarla təchiz etməlidir. Əleyhqaz və ya respirator alan hər bir şəxs bilməlidir ki, bu vasitələr ancaq müəyyən maddələrdən mühafizə edir.
Klapansız heç bir növ respiratorlardan mənfi temperaturlarda və yağmurlu havada istifadə etmək olmaz, çünki onlar donur və islanarkən tənəffüsə müqaviməti olduqca artır. Həmin səbəblərdən ətraf havanın temperaturu +28º-dən artıq olarkən də onlardan istifadə etmək məsləhət görülmür – insan tərləyərkən, respiratorlar nəmlənir.