Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ


AVTOMOBİLLƏRİN TEXNİKİ XİDMƏTİ VƏ TƏMİRİ



Yüklə 1,31 Mb.
səhifə88/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   84   85   86   87   88   89   90   91   ...   154
16. AVTOMOBİLLƏRİN TEXNİKİ XİDMƏTİ VƏ TƏMİRİ
İstismar prosesində avtomobilin texniki vəziyyətinin tələb olunan səviyyədə saxlanılması üçün kompleks texniki təsirlərin yerinə yetirilməsi lazım gəlir ki, bunlar profilaktik bərpa xarakterli olurlar. Birinci qrup təsirlər texniki qulluğu, ikinci qrup isə təmiri təşkil edir. Profilaktik xarakterli texniki təsirlər vasitəsilə nəqliyyatın texniki vəziyyəti normal halda saxlanılır, təmir xarakterli təsirlər vasitəsilə isə onun itirilmiş işləmə qabiliyyəti bərpa edilir.

Hərəkət tərkibinin işləmə qabilyyətinin yüksək səviyyədə saxlanılmasında məqsəd gələcəkdə baş verəcək imtinaların və nasazlıqların qarşısını qabaqcadan almaqla onun məhsuldarlığından maksimum istifadə etmək hərəkət təhlükəsizliyi səviyyəsini yüksəltməkdir. Buna görə də müəyyən yürüşlərdən sonra məcburi surətdə bir sıra texniki tədbirlər (texniki qullular) həyata keçirilir. Elə bu baxımdan texniki qulluq (TQ) planlı şəkildə yerinə yetirilir. Təmir isə hərəkət tərkibinin itirilmiş işləmə qabiliyyətini bərpa etdiyi üçün tələbata görə (imtinalar baş verdikdən sonra) aparılır.

Avtomobillər üçün aşağıdakı texniki qulluq növləri müəyyən edilmişdir: gündəlik qulluq (GQ), texniki qulluq (TQ-1, TQ-2) və mövsümü texniki qulluq (MTQ). Bu texniki qulluqlar bir-birindən görüləcək işlərin həcmi, əməliyyatların sayı və qulluqlar arası yürüşlərlə fərqlənirlər (texniki qulluqlar arası yürüşlərə periodiklik də deyilir). Texniki qulluqlar arası yürüşlər avtomobilin tipindən və istismar şəraitindən asılı olaraq müəyyən edilir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin