Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə86/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   82   83   84   85   86   87   88   89   ...   154
Nəqliyyat müəssisəsi yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxs, daşıyıcı isə sərnişin, baqaj və poçt daşımaları üzrə xidmətlər göstərən nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir.

Avtonəqliyyat müəssisələri dedikdə avtomobil nəqliyyatı ilə bağlı bütün tərəflər (avtotəmir müəssisələri, yükləmə-boşaltma məntəqələri, yükgöndərən və yükü qəbul edən müəssisələr, daşıyıcılar və s.) nəzərdə tutulur. Məlumdur ki, nəqliyyat müəssisələrinin “istehsalı” yük və sərnişin daşınmasıdır, yəni daşıma xidmətidir. Konkret olaraq avtotəmir müəssisələrinin istehsalı dedikdə texniki xidmət, cari və əsaslı təmir işləri başa düşülür.

Nəqliyyat müəssisələrinin fəaliyyəti, onların qarşılıqlı münasibətləri, yükgöndərən, yükalan, yükləmə-boşaltma məntəqələri, texniki xidmət və təmir müəssisələri arasındakı münasibətlər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu (11 iyun 1999-cu il) ilə tənzimlənir. Bu qanunla yanaşı nəqliyyat sahəsini, bu sahədə daşımaları və yaranan münasibətləri tənzimləyən digər qanun, qayda və əsasnamələr var.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna (1 aprel 2008-ci il) əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:

- şəhərdaxili (rayondaxili) sərnişin daşımaları;

- şəhərlərarası (rayonlararası) sərnişin daşımaları;

- müntəzəm sərnişin daşımaları;

- qeyri-müntəzəm sərnişin daşımaları;

- ölkədaxili yük daşımaları;

- beynəlxalq daşımalar.

“Nəqliyyatı haqqında” Qanunda “Daşıyıcının məsuliyyəti”ni müəyyənləşdirən bənddə qeyd olunur ki: “Daşıyıcı sərnişinin təhlükəsizliyini, ona lazımi xidmət şəraitinin yaradılmasını, təhvil aldığı baqajın, yükün vaxtında daşınmasını və qorunmasını təmin etməlidir.” Bütün bu tələlərin ödənilməsi üçün birinci növbədə daşımada istifadə olunan nəqliyyat vasitələrinin texniki sazlığı təmin edilməlidir. Əks halda daşıyıcı müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Qanunda yükün və ya baqajın itirilməsi, əskik çıxması və zədələnməsinə (xarab olmasına) görə daşıyıcının məsuliyyəti əks olunur. Burada qeyd edilir ki: “Daşıyıcı müştəridən yükü və ya baqajı qəbul etdiyi andan onu yükalana təhvil verənədək həmin yükün və ya baqajın qorunmasını təmin etməlidir.”

İstər yük, istərsə də sərnişin daşımaları zamanı iştirakçı tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsində də öz əksini tapmışdır. Daşıma zamanı yollarda ləngimələrin əsas səbəblərindən biri də nəqliyyat vasitələrinin texniki nasazlığıdır. Ona görə də daşımadan qabaq istifadə olunacaq avtonəqliyyat vasitələrinə profilaktik xidmətlər göstərilməli və lazımi təmirlər aparılmalıdır. Əks halda daşıyıcıdan asılı olan səbəbdən yükün və ya baqajın itirilməsi baş verərsə, bu zaman daşıyıcı müştəriyə dəymiş ziyanı qanunda göstərilmiş qaydada ödəməyə borcludur.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin