MATERİAL VƏ METODLAR
Tədqiqatlar aparılarkən müxtəlif ərazilərdə bitkiliyin çoxsaylı geobotaniki təsvirləri verilmiş və nadir növlərin herbariləri toplanmışdır. Həmçinin nadir və nəsli kəsilməkdə olan növlərin koordinatlari və yüksəkliklər “Garmin” markalı GPS-lə təyin edilmişdir. Bitkilərin təyin olunmasında “Azərbaycan florası”-dan istifadə edilmiş və S.K.Çerepanova (1995) görə dəqiqləşdirilmişdir [3].
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Hirkan tipli meşələrə xas qiymətli bitki növlərinin olduğu kimi gələcək nəsillərə çatdırlması, onun unikal növlərinin və bu tipdə olan meşələrin təbbi formada dəyişikliklərinin tədqiq edilməsi baxımından çox önəmlidir. Hirkan meşələri özünün biomüxtəlifliyi, flora və faunasının rəngarəngliyi ilə, həmçinin relikt və endem növlərinin müxtəlifliyi ilə fərqlənir. Burada Azərbaycan respublikasının «Qırmızı Kitab»ına, MBD dövlətlərinin «Qırmızı Kitab»larına və ümümdünya ətraf mühitin mühafizəsi siyahısına düşmüş flora və fauna elementləri mövcuddur.
İqlimi: Ərazi müxtəlif landştaft-iqlim şəraitinin çoxluğu ilə səciyyəvidir. Dağ sistemi şimal və şimal-şərqi hava kütlələrinin əraziyə daxil olması üçün maneə yaradır, eyni vaxtda su buxarlarının kondensasiyası üçün gözəl imkan yaradır. Xəzər dənizindən və ona tökülən çaylardan qalxan su buxarları bu əraziləri (700-900 m yüksəkliyədək) daimi olaraq rütubətli saxlayır. Aşağı düzən və dagətəyi hissələrinin iqlim şəraiti Aralıq dənizi iqliminə daha yaxındır və quraqlı keçən yay ayları ilə xarakterizə olunur. Ərazinin şimal və şimal-şərq hissələrində rütubətin tədricən azalması nəzərə çarpır. Yayda (iyul-avqust) dağlıq hissədə orta aylıq temperatur 20ºC-dən yuxarı olur. Qışda isə (dekabr-fevral aylarında) orta temperatur 0ºC-dan yuxarı olur; maksimum +40ºC, minimum tempratur isə – 16ºC olur.
Orta illik tempraturun 14ºC-dən yuxarı olması burada olan bitkilərinin inkişafı üçün normal şərait yaradır. Aşağı düzən və dağətəyi qurşaqda (200-300 metrədək) illik atmosfer çöküntülərinin miqdarı 1000-1400 mm, cənub hissədə 1300-1500 mm-dək olur. Ən çox yağıntılar sentyabr və mart aylarında olur. İl ərzində yağan yağıntıların ümumi miqdarının təqribən 40%-i payız, 35%-i yaz, 20%-i qış, 5%-i isə yay aylarının payına düşür.
Ərazi üçün aşağıdakı göstiricilər xarakterikdir:
İllik temperatur – 14,5ºC
Mütləq minimum temperatur – -16ºC
Mütləq maksimum – 40ºC
Torpaq səthinin orta illik temperaturu – 16ºC
İllik yağıntı 1200-1900 mm
Relyefi: Adətən, rütubətli yamaclar şimal ekspozisiya və hamarlanmış suayırıcılarda daha çox güclü gillicə örtüyü ilə ellüvual çöküntülərdən ibarətdir. Bəzi ayrı-ayrı yerlərdə onların qalınlığı 1 metrədək olur. Beləliklə, düzən ərazisinin relyefinin formalaşmasında yuxarıda qeyd edilən dördüncü dövr çöküntü dövr çöküntülərinin birbaşa rolu olmuşdur.
Dostları ilə paylaş: |