İnsan Hüquqları üzrə Ali Komissarlıq tərəfindən nəşr olunan bu Təlimatda vətəndaş cəmiyyətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları mexanizmləri, mandat və ya qurumlarının tövsiyyələrinə necə əməl edə biləcəyi məsələlər diqqət mərkəzində durur. Bu mexanizmlərin əsas xüsusiyyətləri ilə artıq tanış olan oxucular İHAK-ın vətəndaş cəmiyyəti üçün "Birləşmiş Millətlər Təşkilatının insan hüquqları proqramı ilə iş və onun vətəndaş cəmiyyəti üçün Praktiki Təlimatları"1 adlı məlumat kitabçasına istinad edə bilərlər.
Təlimatda 1 – 3 Bölmələrində "növbəti fəaliyyət" və "icra"dan, bölmə 4-də isə vətəndaş cəmiyyəti iştirakçılarının (VCİ) istifadə edə biləcəkləri metod və fəaliyyət təsvir edilir. Bölmə 5-də BMT-nin insan hüquqları mexanizmlərinin mövcud izləmə prosedurları və təcrübələri, VCİ-lərin prosesdə necə iştirak edə biləcəyi kimi məsələlər nəzərdən keçirilir.
1
Təlimat vətəndaş cəmiyyətinin növbəti fəaliyyətini dəstəkləmək üçün alətlərə də istinad edir. Bu alətlərin siyahısı 6-cı bölmədə verilir.
Təlimat VCİ2 və İHAK-ın bu sahədəki iştirakı sayəsində töhfə edilən növbəti fəaliyyət metodları və real təcrübə ilə tamamlanan tədbirlər çeşidinə nəzər salmaqla, VCİ-lərin öz prioritet və potensialı əsasında seçə biləcəkləri variantlar menyusunu təqdim edir.
Təlimat əsasən ölkə səviyyəsində işləyən VCİ-lər üçün nəzərdə tutulur. Sənəd ərəb, çin, ingilis, fransız, rus və ispan dillərində mövcuddur.
2
Dostları ilə paylaş: |