5.4 Universal Dövri İcmal Universal Dövri İcmalın ilk dövrü 2011-ci ilin oktyabr ayında başa çatmış, bu zaman BMT-yə Üzv Dövlətlərin hər biri gözdən keçirilmişdir. İkinci və növbəti icmal silsilələrində ilk icmalın tövsiyyələrini həyata keçirmək üçün aparılmış tədbirlərə, eləcə də digər dəyişikliklərə dair Dövlətlərin informasiya vermələri gözlənilir. Əlavə olaraq, UDİ üzrə gündəliyin 6-cı maddəsi ilə İnsan Hüquqları Şurasının sessiyaları zamanı müntəzəm şəkildə yeni məlumatlar verilə bilər. Həm Dövlətlər, həm də QHT-lər aralıq hesabatlar, şifahi və yazılı bəyanatlar vasitəsilə yeni məlumat təqdim edə bilər.