Humanitar fənlər



Yüklə 281,19 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix21.04.2022
ölçüsü281,19 Kb.
#115431
  1   2   3   4   5   6   7   8   9
az tarixi m5



 

 



 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 

Humanitar fənlər kafedrasının professoru  Paşayeva M.T. 

pashayeva.m@gmail.com

 

 

                        Fənn: “Azərbaycan tarixi” 

 

Mövzu:  

AZƏRBAYCAN XIII – XIV ƏSRLƏRDƏ 

MONQOL İŞĞALLARI 

 

 

P L A N 

1. XIII əsrin əvvəllərində Azərbaycanda siyasi vəziyyəti. Monqolların Azərbaycana birinci yürüşü. 

2. Xarəzmşah Cəlaləddinin Azərbaycanı işgal etməsi. Monqolların Azırbaycana ikinci yürüşü.  

3. Elxanilər (Hülakülər) dövləti. 

4. XIII-XIV əsrlərdə Azərbaycanın təsərrüfat həyatı,  şəhərlər və mədəniyyət. 

  



 

      Tələbələr  mühazirə  mətnini  mənimsədikdən  sonra  XIII  əsrin  əvvəllərində  monqolların 

Azərbaycana  birinci  yürüşü  ərəfəsində  Azərbaycandakı  siyasi  vəziyyəti  təhlil  edə  biləcək,  Azərbaycana 

monqollar, Xarəzmşah Cəlaləddin və digərlərinin basqınlarının və işğallların səbəblərini, monqolların 

kimliyi, yayılma arealları,  Azərbaycan etnik tarixində monqolların yeri,  Hulakilər(Elxanilər) 

dövlətinin yaranması, Azərbaycanın Hülakülər dövlətinin tərkibindəki durumu, Qazan xanın islahatları, 

monqolların  idarəçilik  sistemi  və  iqtisadi siyasəti, monqol  əsarətinin  sonu  və  XIII-XIV  əsrlərdə 

Azərbaycanın təsərrüfat həyatı, şəhərləri və mədəniyyəti biliklər əldə etmiş olacaqlar.  

 

  XII əsrdə monqollar Kulun-Bugir gölündən Altay dağlarına, şimalda Baykal gölünə, 



cənubda Qobi səhrasının o tayında, Böyük Çin səddi yaxınlığında yaşayırdılar. Onların əsas 

hissəsi  çöllərdə  maldarlıqla  məşğul  olurdu.    Monqol  tayfaların    tatarlar,  naymanlar, 

kereitlərdən 

ibarət idi.  Rəşid-əd-din öz əsərində aşağıdakı 40-dan artıq monqol 

tayfasının adını qeyd edir: -  tatar, nayman, onqut, cəlair, tanqut kerait,   sünit,   

manqut,    sulduz,  ürüt,  bəyaut,  ərulət,  yoin,  siciut,  kingit,  nukuz,    tanqut,  

dərləkin və s.

   


Monqolların  siyasi  birləşmə    prosesləri    XIII  əsrin  əvvəllərində    daha  da  güclənir. 

Vahid  monqol  dövlətinin  yaradıcısı  isə  məşhur  sərkərdə  Temuçin  olur.  1155 -ci  ildə 

doğulmuş  Temuçin  Baykal  ətrafında  yaşayan  kereitlər  tayfasının  xanı  Toğrul  ilə  ittifaq 

bağlayaraq öz tayfa düşmənləri olan tatarları darmadağın etmişdir.    1206-cı ildə Onon çayı 




 

 



 

sahilində monqol noyonlarının qurultayı Temuçini monqol tayfalarının böyük xanı (xaqanı) 

elan edir. Çin adətinə görə yeni seçilən hakim öz adını dəyişməli idi. Odur ki, Temuçin yeni 

ad - Çingiz xan (türkcə tengiz-dəniz, okean) adı ilə tanınmağa başlayır.  

        XII  əsrdə  monqollarda  hərbi  rəislər  –  xanlar,  noyonlar  və  bahadırlar  idi.  Monqol 

tayfalarını birləşdirmək və mərkəzi hakimiyyəti möhkəmlətmək siyasəti yeridən Çingiz xan 

hələ 1206-cı ildə noyonların aratlar (kəndlilər)  üzərində ağalığını təsbit edən Köyük Yasa 

(qanunlar məcəlləsi) elan etmiş, monqol tayfalarını hərbi-inzibati vahidlərə-minliklərə (bu 

vahidlər xanın tələbi ilə 1000 süvari əsgər verməli idilər) bölmüş, dövlətdə baş verə biləcək 

iğtişaşları  yatırmaq  üçün  10  minlik  şəxsi  qvardiya  (keşik)  yaratmışdı.  Çingiz  xan  dəqiq 

bölgü-onluq,  yüzlük,  minlik,  tümən  (on  minlik)  və  iri  mərkəzləşdirilmiş  idarə  sisteminə 

malik  güclü  ordu  yaratmış,  müharibə  aparılması  və  hərbi  xidmətin  təşkil  olunması 

qaydalarını  işləyib  hazırlamışdı.  Dəqiq  kəşfiyyat  məlumatlar  toplamaq,  düşmənin 

qüvvələrini parçalamaq, çoxsaylı süvari qüvvələri ilə qəflətən hücuma keçmək Çingiz xan 

strategiya  və  taktikasının  səciyyəvi  xüsusiyyətləri  idi.  monqol  dövləti  az  bir  zamanda 

mərkəzləşərək böyük imperiyaya çevrilir və monqolların böyük işğalları başlayır.  

1211-ci  ilədək  Cingiz  xanın  böyük  oglu  Cuçi  Sibirdə  yaşayan  xalqları  Çingiz  xana 

tabe etdirir. Yuxarı Yenisey tərəflərdə yaşayan qırğızlar və başqa tayfalar, Baykal ətrafında 

yaşayan buryatlar və yakutlar itaət altına alınırlar. Şimal qərbdə Sibir torpağına qədər, yəni 

Tobol çayının İrtış çayına töküldüyü yerə qədər olan ərazilər monqol imperiyasının tərkibinə 

qatılır.  Mərkəzi  Asiyada,  Çinin  şimalında  yaşayan  uyğur  türkləri  də  Çingiz  xana  tabe 

olurlar. Monqollar 1211-ci ildə Çinin şimal əyalətlərinə girərək soxulurlar və 1215 -ci  ildə 

Pekini  tuturlar.  Çingiz  xanın  hakimiyyətinin  sonuna  kimi  Pekin  şəhəri  də  daxil  olmaqla, 

Şimali Çin ərazisi monqol dövlətinə tabe edilir. Bundan sonra Şərqi Türkustan işğala məruz 

qalır.1219-cu  ildə  Orta  Asiyaya  hücum  başlayır.  Həmin  ilin  payızında  monqol  qoşunları 

Otrar  şəhərini  mühasirəyə  alırlar.  Çingiz  xan  öz  oğullarını  burada  qoyub,  1220-ci  ilin 

fevralında  Buxaraya  yaxınlaşır.  Qarnizon  rəisi  şəhəri  başlı  başına  qoyub  qaçır.  Buxara 

təslim  olur.  Mart  ayında  Səmərqənd  təslim  olur.  Əhalinin  əksəriyyəti  qılıncdan  keçirilir. 

Altı  ay  müqavimətdən  sonra  Otrar  da  süqut  edir.  Xarəzmşah  Məhəmməd  qaçıb  Xəzər 

dənizində bir adada gizlənir, çox keçmədən burada vəfat etir.Məhəmmədin ölümündən sonra 

oğlu  Cəlaləddin  Xarəzmşah  elan  edilir.  Lakin  hərbi  rəislərin  ona  qarşı  qəsd  hazırladığını 

bilən  kimi,  o,  Xarəzmdən  çıxıb  getməyə  məcbur  oldu.  Elə  həmin  ildə  bir-birinin  ardınca 

Ürgənc  və  Mərv  şəhərləri  də  monqollara  təslim  olur.  Beləliklə,  monqollar  qısa  müddət 

içərisində  bütün  Orta  Asiyaya  sahib  olurlar.  Xarəzmşah  Məhəmməd  qaçan  zaman  Çingiz 

xan onun arxasınca Cəbə noyon və Sübutay bahadurun başçılığı altında otuz minlik qoşun 

göndərir.  Həmin  qoşunun  məqsədi  həm  də  Yaxın  Şərq  və  Şərqi  Avropa  ölkələrinə 




 

 



 

kəşfiyyatdan  ibarət  olmuşdu.  Çingiz  xanın  dövründə  təşkil  edilmiş  monqol  dövlətinin 

paytaxtı Orxon çayının sahilində yerləşən Qaraqorum şəhəri idi.   


Yüklə 281,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin