Humanitar fənlər



Yüklə 281,19 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix21.04.2022
ölçüsü281,19 Kb.
#115431
1   2   3   4   5   6   7   8   9
az tarixi m5

Pul  islahatı.  Elxanilər  ilk  zamanlar  3,072  qramlıq  gümüş  dirhəm  tətbiq  edirdilər. 

Bunun altı misli bir gümüş dinar, dinarın isə 10.000 dənəsi  bir tümən idi. Alış-veriş, bazar 

hesabları  dirhəmlə  gedirdi.  Kəsilən  pulların  mədən  tərkibi  qarışıq  olduğundan  çətinliklər 

yaranırdı. Qazan xan bu işə də qatıldı. Onun məsləhətı ilə dirhəmin gümüş dəyəri kiçildildi. 

Bir  dirhəm  2,304  qram  saf  gümüşə  bərabər  tutuldu.  Dinar  isə  bunun  altı  misli  ölçüsündə 

13,827 qram saf gümüşə bərabər sayıldı. 

Vergi  sisteminə  başqa  mühüm  yeniliklər  də  gətirilmişdi.  Qoşunların  və  dövlət 

xəzinəsinin  hərbi  qulluqçulara,  məmurlara  və  təqaüdçülərə  borclu  olduğu  məbləğin 




 

11 


 

 

kəndlilər  üzərinə  bir  mükəlləfiyyət  kimi  qoyulması  da  ləğv  edildi.  Yam  və  poçt 



mükəlləfiyyətləri  kəndlinin  üzərindən  götürüldü.  Vahid  rabitə  sistemi  yaradıldı.  Başlıca 

yollarda  üç  fərsəxdən  (21  km)  bir  yam  (rabitə  dayanacaqları)  açıldı.  Yam  əmirlərinin 

ixtiyarına istənilən sayda qulluqçu və atlar verildi. Ezam olunan dövlət elçiləri yol xərcini 

rəiyyətdən  deyil,  divandan  almalı,  karvansaralarda  gecələməli,  lazımi  məntəqəyə  getmək 

üçün yalnız yam xidmətindən istifadə etməli idilər.   

Kəndli icmaları dövlətə məxsus işlənməmiş və  ya sahibi tərəfindən tərk edilib   boş 

qalış torpaqları becərmək hüququ  aldılar. Belə torpaq yararsız hala gəlmiş olduğundan ilk 

becərmə  ili  vergidən  tam  azad  edilirdi.  İkinci  il  taxıl  vergisinin  2/6-si  ödənilirdi.  Üçüncü 

ildə  çoxpilləli  ödəniş  sisteminə  keçilirdi.  Yaxşı  torpaq  verginin  3/4,  orta  torpaq  2/3,  fəna 

torpaq  isə  yarısı  qədərində  ödəməli  idi.  Yalnız  dördüncü  ildə  verginin  tam  ödənilməsi 

buyurulmuşdu. 

Təsərrüfatı canlandırmaq üçün əkinçilərə toxum, alət, iş heyvanı verilirdi.    

Bütün  bunlar  ilə  bağlı  təsərrüfatda  gözə  çarpacaq  bir  irəliləyiş  başlamış,  Elxani 

dövlətinin vergi varidatı 17-dən 21 milyon dinara yüksəlmişdi.  

 Yerlib əhali ilə yaxınlaşmaq üçün başlıca islahatlardan biri də dövlətin islam dininə 

münasibətinin dəyişməsi idi. Say sırası  ilə əslində birinci olacaq din islahatı keçirilmişdi. 

Qazan  xan  əyanları  və  ordusu  ilə  birlikdə  islamı  qəbul  etdi.  Öz  türk  adına  müsəlman  adı 

əlavə  edərək  Qazan  Mahmud  oldu.  İslam  5-ci  ulusun  dövlət  dininə  çevrildi.  Qazan  xanın 

göstərişi  ilə  bütpərəst  məbədləri,  hətta  atasının  tikdirdiyi  məbədlər  də  dağıdılır,  yerinə 

məscidlər tikilirdi.  Bu, yerli torpaq sahibləri və ruhanilər ilə yaxınlaşmaq siyasətinə keçid 

idi. Bunsuz «yeni» siyasətin prinsiplərinə inam qazandırmaq mümkün deyildi. 1297 -ci ildə 

Qazan  xan  Şirvana,  Bakıya  gəldi.  Ola  bilsin,  bu  gəliş  onun  Şirvan  dövləti  ərazisində 

tanınmış müsəlman ocaqlarından biri olan Bibi Heybət türbəsinin ziyarəti ilə bağlı idi.  

Belə  vəziyyət  Qazan  xanın  qardaşı  Məhəmməd  Ölcaytunun  (1304 -1316-cı  illər) 

hakimiyyəti dövründə də davam  edir. O, Qazan xanın bütün qanunlarının qüvvədə qaldığı 

barədə yarlıq verir. Qazan xanın varisi Ölcaytu xanın hakimiyyəti illərində (1304-1316) də 

yerli  feodalların  hüquqlarının  bərpa  edilməsi,  xüsusilə  də  Şirvanşah  hakimiyyəti 

dirçəlməkdə idi. Dövlətin baş vəziri Rəşid-əd-din də yeni siyasətə uyğun olaraq, Şirvanşah 

Keykavus  ilə  qohumluq  olub  qızını  öz  oğullarından  birinə  almışdı.Beləliklə,  aparılmış 

islahatlar  ölkənin  iqtisadi,  mənəvi  həyatında  mühüm  rol  oynamış,  hakim  təbəqə  ilə  yerli 

xalqın yaxınlaşması istiqamətində irəliyə doğru atılmış addım olmuşdu.   

    Lakin Məhəmməd Ölcaytunun ölümündən sonra vəziyyət kəskin dəyişir. Keyxatu 

xanın  nəvəsi,  Xudabəndənin  oğlu  12  yaşlı  Əbu-Səidin  hakimiyyəti  (1317-1335-ci  illər) 

feodal  pərakəndəliyinə  yol  açır.  Əbu-Səidin  hakimiyyətinin  ilk  illərində  dövlətin  bütün 




 

12 


 

 

işləri  Sulduz  tayfasından  olan  Çobanın  əlində  cəmləşir.  Dövlətdə  bütün  vəzifələri  Çobani 



əmirləri  tutur. Əbu-Səid tamamilə Çobandan asılı vəziyyətə düşür. Hakimiyyətin Çobanın 

əlində  cəmləşməsi  bir  sıra  feodalları  narahat  etməyə  başlayır.  Mərkəzi  hakimiyyətə  qarşı 

mübarizə güclənir. Çobani əmirlərinin yüksəlməsindən narahat olmağa başlayan Əbu-Səidin 

özü də mübarizəyə başlayır və 1328-ci ildə Çobanı öldürtdürür. 1335-ci ildə Qızıl Orda xanı 

Özbəyin Azərbaycana növbəti  hücumu olur.  Əbu-Səid döyüşmək üçün Qarabağa gəlir və 

burada zəhərlənərək (01 dekabr 1335-ci il) öldürülür. 

Əbu-Səidin  ölümündən  sonra  ölkədə  feodal  pərakəndəliyi  daha  da  güclənir.  1336-

1344-cü illərdə dövlətin müxtəlif vilayətlərində 8 şahzadə padşah elan olunur.   Əbu-Səidin 

ölümündən  sonra  çobanilər  Şeyx  Həsən  Çobaninin  başçılığı  ilə  mübarizəyə  qalxıb 

Azərbaycanda  hakimiyyəti  ələ  keçirə  bilirlər.  Şeyx  Həsən  Çobani  Hülakülər  dövlətini  

qoruyaraq  şahzadələrdən  Satıbəy  Xatunu  (1339-1340-cı  illər)  və  Süleyman  xanı  (1340-

1344-cü illər) padşah elan edir.  

Ara  müharibələri  nəticəsində  Hülakülər  dövləti  parçalanır.  Cəlairilər -Bağdadda, 

Xorasan əmirləri-Xorasanda, Çobanilər isə Azərbaycanda möhkəmlənirlər. Lakin Çobanilər 

Cəlairilərdən fərqli olaraq müstəqil dövlət-Çobanilər dövləti təsis edə bilmirlər. 

Əbu-Səiddən sonra altı ay hakimiyyətdə olmuş Arpa xan (1335-1336-cı illər), dörd 

ay  hakimiyyət  sürmüş  Musa  xan  (1336-cı  il),  iki  il  padşah  olmuş  Məhəmməd  xan  (1337-

1338-ci  illər),  Satıbəy  (1339-1340-cı  illər),  Süleyman  xan  (1340-1344-cü  illər)  faktiki 

hakim  olsalar  da,  ölkəni  Çobani  əmirləri  idarə  edirdilər.  Lakin  Şeyx  Həsən  Çobani  və 

qardaşı  Məlik  Əşrəf  (1344-1357-ci  illər)  öz  hakimiyyətlərini  hüquqi  cəhətdən  Hülakü 

şahzadələrinin adı ilə qanuni şəklə salmalı olurdular.  

Beləliklə,  1339-1340-cı illərdə Elxanilər dövlətinin ərazisi   parçalanır. Azərbaycan 

və  qonşu  vilayətlər  Satibəy  xatunun,  İraq-i  Ərəb  Cəlairi  Şeyx  Həsənin,  Xorasan  Toğa 

Teymurun,  Rum  Əmir  Ərtinayın,  Mosul  və  Diyarbəkr  İbrahim  şah  bin-  Sənitənin,  Şiraz, 

İsfahan və Fars əyalətləri sultan Əbu İshaqın, Yəzd və Kirman vilayətləri Məhəmməd şah 

bin Müzəffərin əlinə keçir. Cəlairi Şeyx Həsən 1340-cı ildə Cahan Teymuru hakimiyyətdən 

kənar  edib  müstəqil  Cəlairilər  dövlətinin  əsasını  qoyur.  1343-cü  ildə  Şeyx  Həsən  Çobani 

öldürüldükdən sonra Azərbaycanda daxili vəziyyət daha da gərginləşir. 1344-1355-ci illərdə 

Ənuşirəvan hökmdar elan edilir. Ölkəni faktiki olaraq Məlik Əşrəf idarə edirdi. O, 1356 -cı 

ildə  Ənuşirəvanı  Həsən  xanla  əvəz  edir  (1356-1357-ci  illər).    Məlik  Əşrəf  1357-ci  ildə 

Azərbaycana hücum etmiş Qızıl Orda xanı Canibəy tərəfindən öldürülür. Ölkədə hakimiyyət 

Cani  bəyin  oğlu  Qızıl  Ordalı  Bərdibəyin  əlinə  keçir.  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhəri  yazır: 

«Onun  hakimiyyəti  iki  aya  çatmadı.  Onun  nəsəbi  Bərdi  bəy  bin  Canı  bəy,  bin  Özbək,  bin 

Toğrulca, bin Menku Temir, bin Noqay, bin Batu, bin Cuçi bin Çingiz xandır». 1357-ci ildə 




 

13 


 

 

Elxanilər  dövləti  tam  süqut  edir.  Azərbaycan  müvəqqəti  olaraq  Qızıl  Orda  dövlətinin 



tərkibinə  daxil  olur.  Atası  Həsən  Bozorqun  ölümündən  sonra  (1356-cı  il)  Cəlairilər 

dövlətinə  sahib  olan  Şeyx  Üveys  (1356-1374)  1359-cu  ildə  Təbrizi  tutur  və  Azərbaycan 

Cəlalirilər dövlətinin tərkibinə daxil edilir. Az sonra Şirvan da Şeyx Üveys tərəfindən işğal 

olunur.  1374-cü ildə Şeyx Üveysin ölümündən sonra hakimiyyət başına Əhməd Cəlair gəlir.    

Cəlair  Əhmədin  hakimiyyətinin  ilk  illəri  sakit  keçsə  də,  artıq  Orta  Asiyada 

hakimiyyəti  ələ  keçirmiş  Əmir  Teymurun  Ön  Asiya  ərazisinə  yürüşü  bu  sakitliyi  pozur.  

1385-ci  ildə  Əmir  Teymurun  qoşunları  Sultaniyyə  şəhəri  yaxınlığında  döyüşdə  Cəlairilər 

üzərində  qələbə  çalır,  lakin  Orta  Asiyada  xalq  iğtişaşları  baş  verdiyindən,  Teymur  geriyə 

qayıdır. Bu arada  1386-cı ildə Toxtamış xan 90 min nəfərlik qoşunla Azərbaycana hücum 

edir. Onun qoşunları Təbrizə gəlib çatır və o, 8 günlük mühasirədən sonra Təbriz şəhərini 

tutur.  Onlar      Naxçıvan,  Marağa,  Mərənd,  Sultaniyyə  şəhərlərini  də  dağıdaraq,  200  min 

nəfərə  qədər  əsir  aparırlar.  1387-ci  ildə  isə  Teymurun  qoşunları  yenidən  Azərbaycana 

soxularaq Cəlairi qoşunlarını darmadağın edirlər.     

    1406-cı  ilin  iyun  ayında  xeyli  miqdarda  qoşun  toplayan  Sulttan  Əhməd  və  Qara  Yusif    

Bağdadı işğal edərək  Cənubi Azərbaycana doğru hərəkət   edirlər. 1406-cı ilin iyun ayının 

sonlarında müttəfiqlərin qoşunlarıTəbrizə yaxınlaşırlar. Bu zaman Təbrizdə  olan Şirvanşah 

İbrahim    Təbriz  ağsaqqalları  ilə  müşavirə  etdikdən  sonra,  şəhəri  tərk  edərək  öz  qoşununu 

Arazın  o  tayına  keçirmək  qərarına  gəlir.  Sultan  Əhməd  Təbrizdə  möhkəmləndikdən  sonra 

Əlincə qalasının bərpa edilməsi haqqında fərman verir. Əvvəlki gücündə olmasa da, 1406-

cı ildə Cəlairilər dövləti yenidən bərpa edilir. 

 Lakin teymurilər hələ də Azərbaycandan əl çəkmək istəmirdilər. Odur ki, 1408 -ci il 

aprel ayının 21-də Cənubi Azərbaycanda, Səfidrud yaxınlığında qardaşı Şahruxdan 20 min 

nəfər kömək almış Miranşahın qüvvələri ilə Qara Yusifin qoşunları arasında böyük döyüş 

baş verir. Miranşahın qoşunu  məğlub edilir, özü isə döyüş vaxtı öldürülür. Sultan Əhməd 

Qara  Yusifin  köməyi  ilə  yenidən  Təbrizə  qayıdır.  Teymuri  qoşunlarının  qalıqları  bundan 

sonra Azərbaycanı tərk edirlər. 

    Qara Yusifin Sultan Əhmədə etdiyi kömək səbəbsiz deyildi. Deyilənlərə görə, hələ 

Suriyada zindanda olarkən Sultan Əhməd Qara Yusifə vəd vermişdi ki, əgər hər ikisi azad 

olaraq müvəffəqiyyət əldə edərlərsə, o zaman Cənubi Azərbaycanı Təbriz şəhəri ilə birlikdə 

Qara  Yusifə  verəcək,  Bağdad  şəhəri  ilə  Ərəb  İraqını  isə  özündə  saxlayacaqdır.  Lakin 

teymuri qoşunları Azərbaycandan qovulduqdan sonra müttəfiq olmaq nəinki Sultan Əhmədə 

lazım  olmadı,  hətta  Qara  Yusif  onunçün  böyük  maneə  kimi  göründü.  Beləliklə,  sabiq 

müttəfiqlərin  arası  pozulur.  Sultan  Əhməd  1410-cu  ildə  Qara  Yusifin  əsas  qüvvələrinin 

birləşmiş  ağqoyunlu  tayfalarının  başçısı  və  Şimali  Mesopotamiyada  yerləşən  Amid 




 

14 


 

 

qalasının hakimi Osman Qara Yuluc ilə müharibə etməsindən istifadə edərək Təbriz qalasına 



hücum  etməklə  onu  şəhərdən  çıxarmaq  istəyir.   Qara  Yusif  hadisələrdən  xəbər  tutan  kimi 

sürətlə Cənubi Azərbaycana hərəkət edir   Təbriz yaxınlığında, Şənbi-Qazan ətrafında 1410-

cu il avqust ayının 30-da Qara Yusiflə Sultan Əhmədin qoşunları arasında döyüş başlayır. 

Cəlairilərin  qoşunu  bu  döyüşdə  məğlub  edilir.  Qara  Yusif  əsir  düşən  köhnə  müttəfiqini 

hakimiyyətin  yeni  sülaləyə  keçməsi  haqqında  Fərman  verməyə  məcbur  edir.  Ertəsi  gün –

avqust ayının 31-də Sultan Əhməd öldurulür. Beləliklə, Cəlairilər dövləti süqut edir və onun 

yerində   Qaraqoyunlu dövləti yaranır.   


Yüklə 281,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin