KƏKLİKOTU
Kəklikotu (kəkotu) dodaqçiçəklilər fəsiləsinin yerlə sürünən gövdəyə malik kol bitkisidir. 400-ə qədər növündən Azərbaycanın müxtəlif rayonlarında 20 növünə təsadüf edilir.
Kəklikotunun yerüstü hissəsində 0,5-1%-ə qədər efir yağı olur. Bu yağın da tərkibində 1-3%-ə qədər timol, karvakrol, borneol və terpinen adlı ətirli maddələr vardır. Kəklikotu efir yağının əsas hissəsini simol təşkil edir. Tərkibində aşı maddəsi, kamedlər, flavonoidlər, ursol və oleanol turşusu vardır.
Qurudulmuş kəklikotu toz halında az miqdarda ət və tərəvəz şorbalarına, bir qədər çox miqdarda isə balıq xörəklərinə qatılır.
Təbabətdə kəklikotundan mədə-bağırsaq xəstəliklərində, tənəffüs yollarının iltihabında, diş ağrılarında, dezinfek-siyaedici, eləcə də qurdsalıcı dərman kimi geniş istifadə olunur.
Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini yaxşılaşdıran və bağırsaqlarda yaranan köp zamanı yeməkdən qabaq qəbul edirlər. Azərbaycanda kəklikotu ilə çay dəmləmək geniş yayılmışdır.
Dostları ilə paylaş: |