I. Fənnin təsviri və məqsədləri



Yüklə 27,9 Kb.
səhifə1/3
tarix26.11.2023
ölçüsü27,9 Kb.
#136433
  1   2   3
felsefe oxu


I .Fənnin təsviri və məqsədləri
Fəlsəfə ictimai şüurun qədim və spesifik formalarından biridir. O yarandığı vaxtdan insanın malik olduğu biliklər sistemində əhəmiyyətli rol oynayır. Bu isə onunla əlaqədardır ki, fəlsəfə bütün dövrlərdə dünyagörüşü məsələlərini irəli sürür və onları həll edir. Fəlsəfə mənəvi mədəniyyətin ən yüksək nailiyyətlərini özündə təcəssüm etdirir. Fəlsəfi təfəkkür dünyanı bütöv bir tam kimi izah edir.O, həm də insanın təbiəti, məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsələlərə geniş yer verir.
Fəlsəfə nəzəri elm kimi aşağıdakı məsələləri əhatə edir: insan tərəfindən idraki, sosial və təbiət reallığının mənalandırılmasını təmin edir; insanların əqidəsinin normative-dəyər əsaslarını işləyib hazırlayır; dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını göstərir; təbii və ictimai mühitdə insanın yerini, onun həyatının mənasını müəyyən edir; insanların dəyərlərini, ideallarını və məqsədlərini işləyib hazırlayır. Yəni, fəlsəfənin mövzuları insanların real həyatı ilə sıx əlaqəlidir.
Fəlsəfə yalnız varlıq və idrak haqqında təlim olmaqla məhdudlaşmır, o eyni zamanda gerçəkliyi insanların tələbatlarına uyğun şəkildə dəyişdirməyin mühüm alətidir.
Fəlsəfənin öyrənilməsinin əsas hədəfi dünyanı və insan həyatını anlamaq prinsiplərinə yiyələnməkdir. O, insan təfəkkürünü rasionallığa tərəf istiqamətləndirir. Dünyagörüşü formalaşdırmağa imkan verən təfəkkür üsulu yaradır. Fənnin tədrisində əsas məqsəd, insan mənəviyyatını, ali humanist əqidələr sistemini inkişaf etdirməkdir. Eyni zamanda, dünyanın quruluşu haqqında, sosial inkişaf, onun qanunauyğunluqları və təfəkkür prosesləri haqqında həqiqi biliklər verməkdir.

M ö v z u 1. Fəlsəfə, onun predmeti və cəmiyyət həyatında yeri


Fəlsəfənin dünyagörüşü sistemində yeri. Dünyagörüşü anlayışı, onun məzmunu. Dünyagörüşünün strukturu və tipləri. Dünyagörüşünün əsas məsələsi – insanın dünyaya münasibətidir. Dünyagörüşünün mənbəyi və onun problemi – fərdin varlığıdır. Dünyagörüşü ictimai və fərdi şüurun özəyidir, insanın fəaliyyətinin istiqamətvericisidir. Dünyagörüşünün formalaşmasında əsas amillər: dərketmə, qiymətləndirmə və fəaliyyət. Dünyagörüşünün məzmununda biliklərin, informasiyaların, əqidələrin, təsəvvürlərin, inamların, səylərin, ümidlərin birləşməsi.
Mifologiya – ictimai inkişafın ilkin mərhələsi üçün xarakterik olan ictimai şüur formasıdır. Mif – bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forması olub biliklərin, dini inamların və incəsənətin müxtəlif növlərinin rüşeymlərini özündə birləşdirir. Mifik dünyagörüşünün düşüncələrə, bədii-emosional həyəcanlara və ictimai illüziyalara bağlılığı. Dini dünyagörüşündə dünyanın ikiləşməsi prinsipi və ruh anlayışının yaranması.
Fəlsəfənin predmeti və mahiyyəti. Fəlsfə bütövlükdə insanın dünyaya münasibəti haqqında təlimdir. Fəlsəfənin əhatə etdiyi problemlər, onların özünəməxsusluğu. Fəlsəfə idrakın kompleks prinsipi və idraki fəaliyyətin ən ümumi metodudur. Tarixi inkişafın gedişində fəlsəfənin predmetinin dəyişməsi. Fəlsəfi biliyin predmeti haqqında müasir konsepsiyalar. Fəlsəfi biliklərin ümummədəniyyət sistemində yeri. Fəlsəfə elitar şüur forması olub insanların həyat strategiyasıdır.
Fəlsəfənin funksiyaları: dünyagörüşü funksiyası (humanist, ictimai-akseoloji, mədənitərbiyəvi, izahedici-informasiya), metodoloji funksiyası (evristik, əlaqələndirici, birləşdirirci və mədəni-qnoseoloji).

Yüklə 27,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin