I. GİRİŞ MÜDDƏalari



Yüklə 5.28 Mb.
səhifə40/51
tarix21.06.2018
ölçüsü5.28 Mb.
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
Qeydə alınmalı faktlar və saxlanmağa verilən sənədlər

130.1. Dövlət reyestrində hüquqi şəxslərin onların qeydiyyatı ilə əlaqədar yazıda aşağıdakı məlumatlar göstərilməlidir:

130.1.1. hüquqi şəxsin adı (firma);

130.1.2. hüquqi şəxsin yerləşdiyi yaşayış məntəqəsi;

130.1.3. hüquqi şəxsin təşkilati-hüquqi forması;

130.1.4. maliyyə ili;

130.1.5. hüquqi şəxsin hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

130.1.6. hüquqi şəxsin hər bir qanuni təmsilçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri.

130.2. Kommandit ortaqlığında yuxarıda göstərilənlərdən əlavə, hər bir kommanditçinin mayasının miqdarı haqqında məlumat göstərilməlidir.

130.3. Məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində yuxarıda göstərilənlərdən əlavə, kapitalın miqdarı haqqında, hər bir təsisçinin mayasının miqdarı haqqında məlumatlar və müşahidə şurasının yaradıldığı halda onun hər bir üzvünün soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməlidir.

130.3-1. Dövlət reyestrində həmçinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məlumatlar da əks etdirilməlidir.

130.4. Qeydə alınmış faktın hər bir sonrakı faktik dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmaq üçün təqdim edilməlidir. Dəyişiklik yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alındığı andan hüquqi qüvvəyə minir.

130.5. Müvafiq icra hakimiyyəti orqanı qeydiyyat üçün lazımi məlumatların təqdim edilməsi və ya hüquqi şəxslərin dövlət reyestrinə sənədlərin təqdim edilməsi vəzifələrini yerinə yetirməyən şəxslərdən bu vəzifələri yerinə yetirməyi tələb edə bilər.

Maddə 131. Hüquqi şəxslərin qeydə alınması barədə ərizə

131.1. Dövlət reyestrində hüquqi şəxsin qeydə alınmasına dair ərizə imzalanmış yazılı orijinal və bir surət şəklində təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı ərizəni aldığını surətdəki qeydlə təsdiq edir.

131.2. Hüquqi şəxslərin qeydiyyatı zamanı müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxsin konkret növünün qeydiyyatı üçün qoyulan şərtlərin yerinə yetirilib-yetirilmədiyini yoxlamağa borcludur.

131.3. Bütün təsisçilər hüquqi şəxsin qeydə alınması barədə ərizəni imzalamalıdırlar.

131.4. Hüquqi şəxsin qeydə alınması barədə ərizəni, habelə saxlanmaq üçün sənədləri hüquqi şəxsin qanuni təmsilçiləri təqdim edirlər. Ərizəni və saxlanmaq üçün sənədləri təqdim edərkən qanuni təmsilçi qeydiyyata verilən faktların və saxlanmağa verilən sənədlərin düzgünlüyünü təsdiqləyir. Ərizədə qanuni təmsilçinin imzası, habelə saxlanmaq üçün müvafiq icra hakimiyyəti orqanına verilən müəyyən imza xətləri notarius tərəfindən təsdiqlənməlidir.

Maddə 132. Hüquqi şəxslərin dövlət reyestrində yazılar və qeydiyyat yazısının dərci

132.1. Qeydə alınmış hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrinə yazılır, qeydiyyata təqdim edilən sənədlər isə arxivə verilir.

132.2. Hüquqi şəxsi qeydə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı ərizəçiyə göndərməlidir. Ərizəçi hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı yoxlamalı və yanlışlıq tapdıqda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

132.3. Əgər çıxarış göndərildikdən sonra üç həftə ərzində ərizəçi yanlışlıq tapılması halı barəsində məlumat verməzsə, hüquqi şəxslərin dövlət reyestrindəki yazı Azərbaycan Respublikasının dövlət qəzetində dərc edilir.

132.4. Hüquqi şəxs qeydiyyat məqsədi ilə yanlış məlumat verərsə, hüquqi şəxsin təsisçiləri və şərikləri birgə borclular kimi:

132.4.1. çatışmaya bilən haqları verməli;

132.4.2. hüquqi şəxsin yaradılması üçün çəkilən xərclərdən başqa, aldıqları ödənişlərin əvəzini verməli;

132.4.3. əmələ gələn digər zərəri ödəməlidirlər.

Maddə 133. Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması  

133.1. Hüquqi şəxs ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən sonra onun dövlət reyestrindən çıxarılması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

133.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada hüquqi şəxsin dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Hüquqi şəxsin ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır.

Maddə 134. Hüquqi şəxslərin dövlət reyestrinin aşkarlığı

İstənilən şəxsin ixtiyarı vardır ki, hüquqi şəxslərin dövlət reyestrini gözdən keçirsin və reyestrdən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etsin. Hüquqi şəxsin və onu təmsil etmək səlahiyyəti olan şəxsin mövcudluğu qeydiyyat şəhadətnaməsi ilə təsdiq edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı maraqlanan şəxsin tələbi ilə hüquqi şəxsin qeydə alındığı və ya qeydə alınmadığı barədə şəhadətnamə verməlidir.

 

[72]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə üçüncü bölmənin adı yeni redaksiyada verilmişdir. Bölmənin əvvəlki redaksiyada adı “Əşya hüququ” olmuşdur.



 

[73]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 135.5-ci maddədə ikinci cümlə yeni redaksiyada verilmişdir. Maddəyə üçüncü cümlə əlavə edilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



“135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Daşınar əşyaların hüquqi vəziyyəti qiymətli kağızlara və qeyri-əmlak subyektiv hüquqlara, o cümlədən patentlərə, əmtəə nişanlarına və müəlliflik hüquqlarına da şamil edilir.”

 

[74]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 135.10-cu maddənin ikinci cümləsinin əvvəlinə "Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla," sözləri əlavə edilmişdir.



 

[75]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 137-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



Maddə 137. Qeyri-maddi əmlak nemətləri

Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir.

 

[76]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 139.2-ci maddədə"Daşınmaz" sözü "Daşınar" sözü ilə əvəz edilmişdir.



 

[77]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 139.3-cü maddə əlavə edilmişdir.

 

[78] 31 may 2013-cü il tarixli 672-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 29 iyun 2013-cü, № 138) ilə yeni məzmunda 139.4-cü maddə əlavə edilmişdir.



 

[79]  30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073) ilə yeni məzmunda 139-1-ci maddə əlavə edilmişdir.

 

[80]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 140-cı maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 140. Daşınmaz əmlakın dövlət reyestri

140.1. Daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

140.2. Daşınmaz əmlakın dövlət reyestri aşağıdakılardan ibarətdir:

140.2.1. tamamlayıcı planlar, çertyojlar və siyahılar ilə birlikdə baş reyestr;

140.2.2. daşınmaz əmlakın təsvir edildiyi jurnal.

 

[81]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 141-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 141. Daşınmaz əmlakın dövlət reyestrinin məzmunu

141.1. Daşınmaz əmlakın dövlət reyestrinə bütün daşınmaz əmlak və onunla əlaqədar mövcud olan əşya hüquqları daxil edilir.

141.2. Daşınmaz əmlakın dövlət reyestrində hər bir müstəqil daşınmaz əmlakın öz bölməsi və nömrəsi olmalıdır.

141.3. Mülkiyyətçi bir neçə müstəqil daşınmaz əmlakı birləşdirərək onları daşınmaz əmlakın dövlət reyestrində bir bölmədə bir nömrə ilə bir əşya kimi qeydə aldıra bilər.

141.4. Hər bölmədə və xüsusi fəsillərdə aşağıdakılar qeydə alınmalıdır:

141.4.1. mülkiyyət;

141.4.2. servitutlar və torpaq sahələrinin yüklülükləri;

141.4.3. tikintiyə vərəsəlik hüququ;

141.4.4. ipotekalar.

141.5. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kadastr əsasında qeydə alınır və təsvir edilir.

141.6. Əgər daşınmaz əmlak bir neçə inzibati ərazi vahidinin ərazisində yerləşirsə, ona inzibati ərazi vahidlərinin sərhədlərinə uyğun hədd qoyulmalıdır.

 

[82]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 142-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 142. Daşınmaz əmlakın qeydiyyatı üçün rüsum

142.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat və bununla bağlı mərzçəkmə işləri üçün qanunla müəyyənləşdirilmiş dövlət rüsumu tutulur.

142.2. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibi ilə bağlı hər cür zərər üçün dövlət məsuliyyət daşıyır. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanı reyestrin düzgün aparılmamasında təqsirli olduqda dövlət həmin orqan barəsində reqressant olur.

 

[83]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 143-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 143. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə nəzarət

Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə müntəzəm nəzarət edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrinin yanlış tərtibi və ya orada yanlış qeydlər edilməsi barədə şikayətlər məhkəməyə verilir.

 

[84]  30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073) ilə 144.2-ci maddəyə yeni məzmunda dördüncü cümlə əlavə edilmişdir.



 

[85]  30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073) ilə yeni məzmunda 144.2-1-ci maddə əlavə edilmişdir.

 

[86]  20 aprel 2004-cü il tarixli 639-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 318) ilə 144.3-cü maddəsində "dərhal sonra notarius" sözləri "sonra notarius bu məcəllə ilə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilmişdir.



21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 144.3-cü maddədə "notarius" sözündən sonra "müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə" sözləri əlavə edilsin, "ərizəni müvafiq təsdiqləyici sənədlərlə" sözləri "hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə" sözləri ilə, "verməyə borcludur" sözləri "göndərir" sözü ilə əvəz edilmişdir.

30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073) ilə 144.3-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

144.3 Notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz iləbirlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.

[87]  20 aprel 2004-cü il tarixli 639-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 318) ilə Məcəllənin 144.4-cü maddəsindən "qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bəradər olan sənədə, o cümlədən" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.

[88]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 145-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 145. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizə

145.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizələr ləngiməyə yol verilmədən onların zaman ardıcıllığı ilə, ərizəçi və onun xahişi göstərilməklə ərizə jurnalına daxil edilir.

145.2. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas götürülən sənədlər onların təyinatına uyğun sistemləşdirilir və saxlanılır.

 

[89] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəllənin 146-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər.

[90] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 146.3-cü maddədə "əqdlərin" və "əqdlər" sözləri müvafiq olaraq "müqavilələrin"və "müqavilələr" sözləri ilə əvəz edilmişdir.

01 fevral 2007-cı il tarixli 234-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 80) ilə 146.3-cü maddəsinə ikinci abzas əlavə edilmişdir.

[91] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 146.4-cü maddədə, birinci cümlədə "əqd bu barədə müraciət edildiyi gündən başlayaraq beş gündən tez olmayaraq və yeddi gündən gec olmayaraq notariat qaydasında təsdiq edilir və əqdin" sözləri "müqavilənin" sözü ilə, "əqdə dair qeydiyyatın aparılması" sözləri "hüququn qeydiyyata alınması" sözləri ilə, "notarial ərizə ilə müraciət edir" sözləri "müraciət etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir" sözləri ilə əvəz edilmişdir, "notarius" sözündən sonra "müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə" sözləri əlavə edilmişdir,

ikinci cümlə yeni redaksiyada verilmişdir.

Əvvəlki cümlədə deyilirdi:



Ərizəyə əqdin bir nüsxəsi və daşınmaz әmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur.

üçüncü cümlədə "Notarial" sözü "Həmin" sözü ilə, "əqdin" sözü "müqavilənin" sözü ilə əvəz edilsin.

 

[92] 21 aprel 2006-ci il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 146.5-ci maddədən "notarial" sözü çıxarılmışdır.



 

[93] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 146.7-ci maddədən "notarial" sözü çıxarılmışdır.

 

[94] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 146.8-ci maddədə "əqdlərin" və "əqdi" sözləri müvafiq olaraq "müqavilələrin" və "müqaviləni" sözləri ilə əvəz edilmişdir.



 

[95]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (



Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə