Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə25/41
tarix20.05.2018
ölçüsü1,56 Mb.
#51057
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

79


Proseduraya müraciət olunan zaman faktiki və formal parametrlər arasında qarşılıqlı birqiymətli əlaqə yaranır.

Faktiki parametrlər vasitəsilə lazım olan dəyişənlərin qiymətləri proseduraya ötürülür və ya prosedurada alınan nəticələr əsas proqrama qaytarılır. Faktiki və formal parametrlərin sayı, növü və yazılma ardıcıllıqları bir-birinə uyğun olmalıdır. Misal:


n

s i 2

i1

cəminin hesablanması üçün proqramı prosedura kimi tərtib edək:



PROGRAM SS;

VAR I,N,S: INTEGER; PROCEDURE SS5; BEGIN

S:=0;


FOR I:=1 TO N DO proseduranın gövdəsi S:=S+SQR(I);

END; BEGIN READ(N);

SS5; (*proseduraya müraciət edilir*) WRITE(' cavab=', s)

END.


Eyni bir proqramda bir neçə prosedura ola bilər. Bu halda onlar bir-birinin daxilində yerləşirlər.

Funksiyalar
Proqramlaşdırıcı tərəfindən təyin olunan funksiya başlıqdan və funksiyanın gövdəsindən ibarətdir. Başlıq Function sözündən, funksiyanın adından, dairəvi mötərizə içərisində formal parametrlərin siyahisından və funksiyanın qiymətinin növündən ibarət ola bilər. Proseduralarda olduğu kimi funksiyalarda da formal parametrlər zəruri olduğu halda yazılır:

Ümumi formatı aşağıdakı kimidir:


80




Function {(formal parametrlər)}:; Nəticənin növü istənilən skalyar növ və string növü ola bilər.

Funksiyanın gövdəsinin quruluşu aşağıdakı kimidir:

Function {(formal parametrlər)}:;

begin

end;

Funksiyaya müraciət etmə qaydası aşağıdakı kimidir:



{(faktiki parametrlər)};

Proseduralarda olduğu kimi funksiyalarda da faktiki və formal parametrlərin sayı, növü və yerləşmə ardıcıllığı bir-birinə uyğun olmalıdır.

funksiyanı proseduradan fərqləndirən cəhətlər aşağıdakılardır:

-funksiyanın başlığında onun növü göstərilir. Prosedurlarda bir neçə dəyişənin qiyməti müraciət edən proqrama qaytarıldığı halda funksiyada ancaq bir qiymət – funksiyanın qiyməti müraciət edən proqrama qaytarılır.

Funksiyanın başlığında göstərilən növ funksiyanı hesablamadan alınan qiymətlərinin növünə uyğun olmalıdır.

- funksiyanın gövdəsində ən azı bir mənimsətmə operatoru olmalıdır ki, bu operatorun sol tərəfində funksiyanın adı göstərilsin.



81

MÜHAZİRƏ X: TURBO PASKAL DİLİNİN QRAFİK OPERATORLARI VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI.




Plan:


  1. Qrafik recimə keçid.

  2. Qrafik recimdən istifadə qaydaları.

  3. Sadə həndəsi fiqurların qurulması qaydaları.





Qrafik recimə keçid.

Bütün alqoritmik dillərdə olduğu kimi Turbo Paskal dilinin də proqram, mətn və qrafik iş rejimləri mövcuddur. Qeyd edək ki, qrafik rejimin operator və əmrləri ilə işləməzdən əvvəl həmin rejimə keçidi təmin etmək lazımdır. Bu məqsədlə hər şeydən əvvəl standart modulların elanı hissəsində yeni GRAPH modulunu elan etmək tələb olunur. Proqram daxilində qrafik rejimə keçidi təmin edəcək aşağıdakı prosedur və funksiyalardan istifadə edilir:

Qrafik rejimə keçid aşağıdakı kimi yerinə yetirilir. Əvvəlcə adapterin qrafik rejimdə işləməsini təmi edən prosedur verilir. Bu prosedurun ümumi şəkli aşağıdakı kimidir:

İNİTGRAPH (, , )

Burada, drayver- qrafik rejimin drayverinin tipini müəyyənləşdirən İNTEGER tipli dəyişəndir;



rejim- qrafik adapterin iş rejimini müəyyən edən İNTEGER tipli dəyişəndir;

yol- drayver faylının yerləşdiyi yaddaş qurğusu və qovluğu göstərən sətir tipli, yəni

STRİNG tipli dəyişəndir.

Drayveri müəyyənləşdirən sabitlər aşağıdakılardan biri ola bilər: CONST

Detect=0; - tipin avtomatik müəyyən olunması; CGA=1;

MCGA=2; EGA=3; EGA64=4; EGAMono=5; İBM8514=6;

HercMono=7; ATT400=8; VGA=9; PC3270=10;

İstifadəçi göstərilən sabitlərdən istifadə etdiyi monitora uyğun olanı seçir və yuxarıdakı prosedurda < drayver > əvəzinə yazır. İstifadəçi işinin asanlaşdırmaq məqsədilə qrafik rejimin adapterinin tipini Detect=0 qəbul etmək məsləhət görülür. Çünki bu halda drayverin tipi kompüter tərəfindən avtomatik olaraq müəyyən olunur.

82




Qeyd etmək lazımdır ki, hər bir qrafik adapter müxtəli rejimlərdə işləyə bilər. Hər bir monitora uyğun olan rejimlər xüsusi sorğuda verilmişdir. Lakin istifadəçi əgər qrafik adapterin müəyyən edilməsi üçün Detect=o qəbul edibsə sadəcə olaraq rejimin tam tipli, yəni İNTEGER tipli dəyişən olmasını verməsi kifayət edər. Həmin dəyişən də yuxarıdakı prosedurdakı , əvəzinə yazılır.

Drayverin yerləşdiyi qurğu və qovluq istifadəçi tərəfindən tapılmalıdır. Adətən istifadə etdiyimiz kompüterlərdə bu drayver, yəni EGAVGA.BGİ faylı C: qurğusunun BP qovluğunun BGİ altqovluğunda yerləşir. Yəni yuxarıdakı prosedurda < yol > əvəzinə ‘C:\BP\BGI’ yazmaq lazımdır.

Bütün qeyd olunanlardan sonra qrafik rejimə keçid yerinə yetirilməlidir. Keçidin düzfün olub olmamasını yoxlamaq üşçün GRAPHRESULT standart funksiyasının qaytardığı qiymət yoxlanılmalıdır. Əgər onun qaytardığı qiymət grOK və ya “0” olarsa, deməli, qrafik rejimə keçilib, əks halda,yəni başqa qiymət alınarsa onda keçiddə baş verən səhv GraphErrorMsg (dəyişən) standart funksiyası ilə müəyyən edilərək lazımi tədbir görülür. Burad, dəyişən- GRAPHRESULT funksiyasının nəticəsinin mənimsədildiyi dəyişəndir.

Qrafik rejimdə iş qurtardıqdan sonra CLOSEGRAPH proseduru ilə rejim bağlanaraq ondan çıxılır. Əgər istifadəçi müvəqqəti olaraq, qrafik rejimdən çıxıb mətn rejiminə keçmək istəyirsə onda sadəcə olaraq RESTORECRTMODE standart prosedurunu verməlidir. İstifadəçi qrafik adapterin yeni iş rejimini vermək istəyirsə onda SETGRAPHMODE (

>) prosedurundan istifadə edilir. Burada, rejim yeni təyin olunan rejimin göstəricisidir.

Qrafik rejimdən istifadə qaydaları

İstifadəçi istifadə etdiyi monitorun qrafik rejimdə ekranının həm üfiqi, həm də şaquli koordinatlarının maksimum sayını bilmək istəyirsə onda uyğun olaraq GETMAXX və GETMAXY standart funksiyalarından istifadə edir. Belə ki, bu funksiyalar uyğun şəkildə üfiqi və şaquli koordinatların maksimum sayını qaytarır.



Qeyd: Ekranda koordinat başlanğıcı yuxarı sol künc hesab edilir.

Qrafik rejimdə işləyərkən istifadəçiyə tez-tez lazım olan aşağıdakı standart prosedurları verək:



    1. Kursorun nyeni mövqeyinin təyin edilməsi: MOVETO (X, Y)

Burada, X və Y- İNTEGER tipli ifadələr olub uyğun olaraq üfiqi və şaquli koordinatları gğstərir.

    1. Qrafik ekranın təmizlənməsi: CLEARDEVİCE

    2. Ekranın tərəfləri nisbətini müəyyənləşdirməyə imkan verən X və Y oxlarına uyğun iki WORD tipli ədəd qaytarır:

GETASPECTRATİO (X, Y)
Sadə həndəsi fiqurların qurulması:a) Nöqtə və xəttin çəkilməsi:

      1. PUTPİXEL (X,Y, rəng)


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin