111
Num –klaviaturanın rəqəm bloku ( Num Lock klavişi) aktivdir; Caps – klaviaturanın Caps Lock klavişi aktivdir;
ВДЛ –seçmə rejimi aktivdir (F8);
ДОБ- qonşu olmayan xanalar diapozonunu seçmə rejimi aktivdir ( Shift+F8); FİX – Параметры ( Options) dialoq pəncərəsinin правка ( edit) vərəqində “Фиксированный десятичный формат при вводе” ( Fixed decimal) bayrağı təyin olunub. Bu hissədə vəziyyət sətrinin kontekst menyusundan istifadəçi tərəfindən seçilən funksiyanın adı, cari xanalar diapozonuna uyğun hesablamanın nəticəsi əks olunur.
112
MÜHAZIRƏ 16-17. EXCEL CƏDVƏL PROSESSORUNDA FUNKSIYALAR USTASI, VERILƏNLƏR BAZASININ YARADILMASI VƏ ONLARDAN ISTIFADƏ QAYDALARI
Plan:
-
-
Dioqramların, qrafiklərin qurulması və redaktə olunması
-
Verilənlər bazası anlayışı, verilənlər bazasının tərtib olunması
-
Siyahının çeşidlənməsi, Yazıların seçilməsi
-
Makrosların yaradılması və istifadə qaydaları
Hesablama işlərini sürətləndirmək məqsədilə qabaqcadan tərtib olunmuş müxtəlif təyinatlı standart funsiyalardan istifadə etmək mümkündür. Əgər funksiyanın yazılış və ümumi istifadə qaydası istifadəçiyə məlumdursa, o bir başa hesablama aparılacaq xanada funksiyanı, onun arqumentini verib prosesi yerinə yetirə bilər. Əks halda nəticə xana qeyd edildikdən sonra, aşağıda göstərilən qaydalardan biri vasitəsilə standart funksiyaları işə salmaq olar:
-Vstavka (Insert) menyusundan Funküii (Function) əmri seçilməklə;
-Alətlər panelindən Master funküii (Function Wizard)- funksiyalar ustası seçilməklə.
Hər iki halda ekranda aşağıdakı “Master funküii-şaq 1 iz 2” pəncərəsi açılır:
Açılmış bu pəncərədən istifadə etmək istədiyimiz funksiyanın daxil olduğu kateqoriya (hansı sahəyə, ixtisasa görə-riyaziyyat, maliyyə, statistika və s.), funksiya pəncərəsindən isə axtardığımız funksiya qeyd olunur. Pəncərənin aşağısında funksiyanın təyinatı, yazılış qaydası verilir. Sonra OK düyməsi sıxılır.
113
Seçdiyimiz funksiyaya uyğun verilənləri daxil etmək üçün Arqumenti funküii pəncərəsi ekranda açılır.
Burada funksiyanın qiymətini hesablamaq məqsədilə tələb olunan verilənlər və ya verilənlərin yerləşdiyi diapazon daxil edilir. Əgər tələb olunanlar düzgün yerinə yetirilərsə, avtomatik olaraq verilən qiymətlər və funksiyanın hesablanmış qiyməti göstərilir. «Ok» düyməsini basılması ilə qiymət əvəlcədən təyin olunmuş xanaya və ya diapazona verilir.
Aşağıdakı standart funksiyalar var: -
Riyazi və triqonometrik funksiyalar.
Excel cədvəl prosessorunda müxtəlif hesablamaları aparmaq üçün çoclu sayda riyazi funksiyalardan istifadə olunur. Aşağıda ən çox istifadə olunan riyazi funksiyalardanbir neçəsi ilə tanış olaq:
Kvadrat kökün hesablanması:
=KORENĞ(çislo) [=SQRT(number)] funksiyası tətbiq olunur. Burada, çislo -kvadrat kökü hesablanacaq ədəd və ya onun ünvanı göstərilir. Əgər bu funksiyada kökaltı ifadə mənfi olarsa, onda oyuqda ədəd səhvdir (#Num!) informasiyası veriləcəkdir.
Ədədlərin cəmlənməsi:
=SUMM (çislo1,çislo2,…) [SUM(number1,number2,…)]
funksiyası tətbiq olunur.Burada, çislo1,çislo2,… üzərində cəmləmə əməliyyatı aparılacaq ədədlər və ya ünvanlar göstərilir.
Əgər A1-dən A10-dək və C1-dən C10-dək oyuqlarda olan ədədləri cəmləmək lazımdırsa funksiyanı:
=SUMM (A1:A10,C1:C10) [Sum(A1:A10,C1:C10)]
Əgər A1-dən A10-dək oyuqlardakı ədədləri cəmləmək lazımdırsa:
=SUMM (A1:A10) [Sum(A1:A10)]
A1 və A10 oyuqlarındakı ədədləri cəmləmək lazımdırsa:
=SUMM (A1,A10) [Sum(A1,A10)]kimi yazmaq lazımdır.
Bu əməliyyatları alətlər panelindəki avtocəmləmə (AUTOSUM) düymə- silə də yerinə yetirmək olar.
Müəyyən şərtləri ödəyən ədədləri cəmləmək üçün:
114
=SUMMESLİ(A,D,C) [=Sumif(range, criteria, sum_range)]
funksiyası tətbiq olunur. Burada, A(range) – şərtin yoxlanıldığı oyuqların diapazonu; D (criteria)- yoxlanılan şərt;C (sum range)- cəmləmə aparılacaq oyuqların diapazonudur.
Məsələn, B sütununda işçilərin maaşı (B1,B7-oyuqlarında), C sütununda isə onların ödədikləri gəlir vergiləri (C1,C7-oyuqlarında) göstərilmişdir. Burada, maaşı 400000 –dən çox olan işçilərin gəlir vergilərini toplamaq tələb olunarsa, funksiyanı (C8 -oyuğuna) aşağıdakı kimi yazmaq lazımdır:
=SUMMESLİ(B1:B7,”>400000”, C1:C7) -
Verilmiş oyuqlar diapozonunda müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün:
=Sçetesli(diapazon, uslovie) [=Countif(range, criteria)]
funksiyası tətbiq olunur. Məsələn, maaşı 400000 -dən az olan işçilərin sayını müəyyən etmək üçün =Sçetesli(B1:B7,”<400000”) kimi yazmaq lazımdır.
5. =Subtotal(function_num, refl)-bu unversal funksiya olub, 11-dək əməliyyat icra edə bilir.
Burada, function_ num-tətbiq ediləcək funksiyanın nömrəsidir. 1-dən 11-dək müxtəlif qiymətlər ala bilər. Refl- oyuqların diapazonudur.
-
Srznaç [AVERAGE]-Orta ədədi qiymət hesablayır.
-
Sçet [COUNT]-Verilmiş diapazondakı ədədləri sayır.
-
SçetZ [COUNTA]-Oyuqlarda bütün tip verilənləri sayır.
-
MAKS [MAX]-Ədədlər içərisindən ən böyüyünü seçir.
-
MİN [MIN]-Ədədlər içərisindən ən kiçiyini seçir.
-
SUMM [SUM]-Verilmiş diapazondakı ədədləri cəmləyir.
Məsələn, =Subtotal(1,A1:A10)- funksiyası A1:A10 diapazondakı ədədlər üçün orta ədədi qiyməti, =Subtotal(9,A1:A10)- funksiyası həmin diapazondakı ədədlərin cəmini hesablayır.
Bucağın sinusunu hesablamaq üçün:
= SIN(çislo) funksiyası tətbiq olunur. Burada, çislo - sinusu hesablanacaq bucağın radianlarla ifadəsidir, yəni oyuğa = SIN(90) daxil edildikdə, funksiya 90 dərəcəlik bucağın deyil, 90 radianlıq bucağın sinusunu hesablayır. Dərəcəni radianla ifadə etmək üçün aşğıdakı yazılış formasından istifadə etmək lazımdır: = SIN(90*PI()/180) Nəticəsi 1-ə bərabər olar.
Bucağın kosinusunu hesablamaq üçün:
= COS (çislo) funksiyası tətbiq olunur.
Statistik funksiyalar.
Statistik funksiyalarla işləmək üçün Master funküii (Function Wizard)-dialoq pəncərəsindən bölməsindən Statistiçeskie kateqoriyasını seçilir. Bu bölmədə kifayət qədər çox funksiya vardır.
Dostları ilə paylaş: |