Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,56 Mb.
səhifə32/41
tarix20.05.2018
ölçüsü1,56 Mb.
#51057
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

115





Bir neçə nümunəni nəzərdən keçirək.

  1. RANK-funksiyası hər hansı bir ədədin ədədlər qruppu içində artan və ya azalan qaydada neçənci olmasını müəyyən edir. Funksiyanın yazılışı belədir:

=RANQ(çislo;ssılka;porədok) [=RANK(number; ref; order)]


Burada, çislo (number)-yoxlanılan ədəd;

Ssılka(ref) –ədədlərin diapozonu;porədok(order)-yoxlama qaydasını müəyyən edir. Əgər order 0 olarsa, ref diapozonundakı ədədlər artma qaydası ilə, 1 olarsa ədədlər azalma qaydası ilə göstəriləcək.

Misal. 98,5 ədədinin 5,9; 8; 45,8; 12; 98,5; 78; 68;54; 96 ədədləri içərisində 78 ədədinin artma sırası ilə neçənci yerdə durduğu müəyyənləşməsi üçün A10 oyuğunda =RANQ(A6;A1:A9;1), azalma sırası ilə neçənci yerdə durduğu müəyyənləşməsi üçün B10 oyuğunda =RANQ(B6;B1:B9;0) şəkildə yazılaraq, uyğun olaraq oyuqlarda 7 və 3 alınmış, C10 oyuğunda isə C4 oyuğunda yerləşən

12 ədədinin azalma sırası ilə neçənci yerdə durduğu müəyyənləşməsi üçün funksiya =RANQ(C9;C1:C9;0) şəkildə yazılmışdır.




  1. Srznaç(çislo1, çislo2,.. ) [AVERAGE(number1,number2,…)] funksiyası bir qrup ədədlər üçün orta ədədi qiymət hesablayır.


116


C1 C5 oyuqlarında olan ədədlərin orta ədədi qiyməti tapmaq üçün

=Srznaç(C1:C5) yazılmalıdır.

3. MAKS(çislo1, çislo2,.. ) [MAX(number1,number2,…)],


MİN (çislo1, çislo2,.. ) [MIN(number1,number2,…)] funksiyaları verilən ədədlər içərisində uyğun olaraq onların ən böyüyünü və ya ən kiçiyini tapır. Məsələn, ən kiçik ədədin tapılması üçün:

yazılıb, OK düyməsi sıxılır.

Birinci sətirdə A2 oyuğundan A10 oyuğununa qədər sərhəddə 4-cü ən kiçik elementin, ikinci sətirdə B2 oyuğundan B10 oyuğununa qədər sərhəddə 2-cü ən kiçik elementin tapılması yazılıb. Axtardığımız nəticə əvvəlcə qeyd etdiyimiz xanada (A11 oyuğunda) alınaraq 5, (B11 oyuğunda) 14 yazılmışdır.




  1. Maliyyə funksiyaları.


Maliyyə funksiyaları investisiya qoyuluşlarını qiymətləndirmək, vəsaitlər dövrüyyəsi, avadanlıqların amortizasiyası və dicər maliyyə hesablamalarında tətbiq edilir. Maliyyə funksiyalarının bir neçəsi ilə tanış olaq.

117




  1. FV() funksiyası müəyyən dövrü ödənişlər etməklə (ayda, ildə və s.) hər hansı dövrdən sonra nə qədər vəsait əldə olunacağını hesablayır. Funksiyanın formatı aşağıdakı kimidir:

  2. SLN()funksiyası avadanlığın amortizasiyasını (köhnəlmə dərəcəsini) hesablayır.

  3. SVD()funksiyası illər üzrə amortizasiya məbləğini hesablamaq üçün istifadə olunur.
  1. Tarix və vaxt funksiyaları.


DATA [Date], VREMƏ [Time] -funksiyaları tarixlər və saatlar üzərində əməliyyatların aparılması üçündür.

Burada, Vremə, Qod, Data, Denğ, Mesəü, Ças, Minutı, Seqodnə, Sekundı


və s. funksiyalar vardır.

Misal1. Tarixin tapılması:Tutaq Ki, 19 noyabr 2006-cı il tarixindən başlayaraq 200 gündən sonra hansı tarix olacağını müəyyənləşdirmək lazımdır.

Bunu hesablamaq üçün oyuqlardan birinə, məsələn A1 oyuğuna 19/11/2006 tarixini daxil edib, sonra A2 oyuğuna = A1+200 düsturunu yazırıq. Enter düyməsini sıxdıqda A2 oyuğunda 07.06.2007 tarixi alınacaqdır.



Misal2. Tarixlər fərqinin hesablanması.


Tutaq Ki, 29/12/2005-cı il tarixindən 22/11/2006-cı il tarixə Kim neçə gün keçdiyini tapmaq lazımdır. Onda seçilmiş oyuğa =”22/11/2006“-“29/12/2005“ düsturu üazılmalıdır. Enter düyməsini sıxdıqda həmin oyuqda 07.06.2007 tarixi alınacaqdır.
  1. Şərt funksiyaları.


İfadələr üzərində hesab əməliyyatları ilə yanaşı məntiq əməliyyatları da aparmaq mümkündür. Qeyd edək ki, məntiq əməliyyatlarında ən azı bir müqayisə operatorundan istifadə olunmalıdır. Müqayisə operatorları aşağıdakılardır:

= (bərabərdir), >(böyükdür), <(kiçikdir), >=(böyük və ya bərabərdir), <= (kiçik və ya bərabərdir),<> (bərabər deyil).

Məntiq əməliyyatlarının nəticəsi doğru True (1) və ya yalan False (0) qiymətlər ala bilər.

Şərt funksiyaları ESLİ (if-əgər), İ (AND-və), İLİ(OR- və ya), İSTİNA (TRUE-doğru), LOJĞ(FALSE-yalan), NE (yox) funksiyalarından ibarətdir.



-İfadələrin məntiqi cəhətcə yoxlanması üçün ESLİ (IF) funksiyası tətbiq olunur. Bu funksiyaların formatı aşağıdakı kimidir:

118



=Esli(loq_vırajenie;[znaçenie_esli_istina];[znaçenie_esli_lojğ])


Burada, loq_vırajenie-məntiqi ifadə; [znaçenie_esli_istina]-məntiqi ifadənin doğru olan halında yerinə yetiriləcək əməliyyat; [znaçenie_esli_lojğ]- məntiqi ifadənin yalan olan halında yerinə yetiriləcək əməliyyat.

Misal1. A1oyuğunda yazılmış ədəd (18), 22-dən kiçik olarsa, həmin ədədi 5-ə vurmalı, əks halda 10-na bölməli.

Bunun üçün funksiya belə yazılır: =Esli(A1<22; A1*5; A1/10)

18<22 olduğundan cavabda 18*5=90 alınacaq. B1 oyuğunda yazılmış ədəd

25 olduğundan, yəni 25<22 yalan olduğundan =Esli(B1<22;B1*5;B1/10) nəticəsində B2 oyuğunda 2,5 alınır.




Misal2. A1:A5 və B1:B5 diapazonunda yerləşən ədədlərin cəmi 0-dan böyük olarsa, onda seçilmiş oyuğa həmin ədədlərin cəmini,əks halda isə 0 yazmalı.

A6 oyuğuna =ESLİ(SUMM(A1:A5)>0;SUMM(A1:A5);0)

əmrini daxil etsək, nəticədə A6 oyuğunda 141yazılacaq, həmin əməliyyatı B6 oyuğu üçün yerinə yetirsək həmin xanada 0 alınar.


Misal3. A1(15) və B1(2) oyuqlarında olan ədədin 15-dən böyük olduqda ”tələbə“, əks halda ”AKTA“ sözləri yazılması tələb olunur.

Bunun üçün A2 və B2 oyuğunda



=Esli(A1<15; ”INFORMATIKA“;”AKTA“) əmrini yazsaq, nəticədə A2

oyuğunda AKTA, B2 oyuğunda INFORMATIKA yazılacaqdır.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin