=SUMMESLİ(B1:B7,”>400000”, C1:C7) 4. Verilmiş oyuqlar diapozonunda müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün: =Sçetesli(diapazon, uslovie) [=Countif(range, criteria)]
funksiyası tətbiq olunur. Məsələn, maaşı 400000 -dən az olan işçilərin sayını
müəyyən etmək üçün
=Sçetesli(B1:B7,”<400000”) kimi yazmaq lazımdır.
5. =Subtotal(function_num, refl)-bu unversal funksiya olub, 11-dək əməliyyat icra edə bilir. Burada, function_ num-tətbiq ediləcək funksiyanın nömrəsidir. 1-dən 11-dək
müxtəlif qiymətlər ala bilər.
Refl- oyuqların
diapazonudur.
1.
Srznaç [AVERAGE]- Orta ədədi qiymət hesablayır.
2.
Sçet [COUNT] -Verilmiş diapazondakı ədədləri sayır.
3
. SçetZ [COUNTA] -Oyuqlarda bütün tip verilənləri sayır.
4.
MAKS [MAX]- Ədədlər içərisindən ən böyüyünü seçir.
5
. MİN [MIN] -Ədədlər içərisindən ən kiçiyini seçir.
9.
SUMM [SUM] -Verilmiş diapazondakı ədədləri cəmləyir.
Məsələn, =Subtotal(1,A1:A10)- funksiyası A1:A10 diapazondakı ədədlər
üçün orta ədədi qiyməti, =Subtotal(9,A1:A10)- funksiyası həmin diapazondakı
ədədlərin cəmini hesablayır.
6. Bucağın sinusunu hesablamaq üçün: = SIN(çislo) funksiyası tətbiq olunur. Burada, çislo - sinusu hesablanacaq bucağın
radianlarla ifadəsidir, yəni oyuğa
= SIN(90) daxil edildikdə, funksiya 90 dərəcəlik
bucağın deyil, 90 radianlıq bucağın sinusunu hesablayır. Dərəcəni radianla ifadə
etmək üçün aşğıdakı yazılış formasından istifadə etmək lazımdır:
= SIN(90*PI()/180) Nəticəsi 1-ə bərabər olar.