65
65
READLn( fayl dəyişənin adı, dəyişənlərin siyahısı);
WRITE( fayl dəyişənin adı, xaric edilən elementlərin siyahısı);
WRITELN( fayl dəyişənin adı, xaric edilən elementlərin siyahısı);
Standart daxiletmə əvvəldən təyin olunmuş, klaviatura ilə əlaqəli İnput adlı mətn
faylında yerinə yetirilir. Standart xaric etmə isə əvvəldən təyin olunmuş, displey ilə
əlaqəli Output adlı mətn faylında yerinə yetirilir. susmaya görə daxiletmə üçün
İnput, xaricetmə üçün isə Output götürülür. Bunları nəzərə alsaq aşağıdakı
proqram fraqmentləri ekvivalentdir.
READLn( i
nput
, A, B);
WRITELN(Output,’A=’,A,’B=’,B);
və
READLn(A, B);
WRITELN(’A=’,A,’B=’,B);
Turbo Pascalda standart daxiletmə və standart xaric etmə prosedurlarından
istifadə edərkən aşağıdakıları nəzərə almaq lazımdır:
-READ, READLN prosedurları ilə yalnız tam, həqiqi, simvol, sətir tipli
verilənlər oxunur;
-WRITE, WRITELN prosedurları ilə yalnız tam, həqiqi, simvol, sətir və bul tipli
verilənlər yazılır.
Daxiletmədə Read prosedurundan fərqli olaraq Readln proseduru verilənlərin
növbəti sətrin başlanğıcından oxunmasını təmin edir. Parametrsiz Readln –dən
istifadə edildikdə verilənlərin oxunması başlanğıcından başlayır.
WRITELN prosedurunun hər bir elementi aşağıdakı kimi təsvir olunur:
Expr[:M[:D]]
burada: Expr – tam, həqiqi, simvol, sətir və bul tipindən olan xaric edilən ifadə;
M – xaricetmə sahəsinin uzunluğunu göstərən sıfırdan böyük tam tipli ədəd;
D- xaric edilənin onluq işarədəki rəqəmlərinin sayını göstərən sıfırdan böyük tam
tipli ədəddir. Burada D
WRITELN proseduru mətn faylları üçün WRITE prosedurunun genişlənmiş
variantıdır. Parametrsiz WRITELN proseduru faylın sonuna yalnız sətrin sonu
işarəsinin yazır.
Dostları ilə paylaş: